17 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Müstəqil Azərbaycanın iqtisadi və mədəni inkişaf sahəsində uğurları artdıqca dünyanın müxtəlif rəsmi media kanallarının, aparıcı informasiya qurumlarının da bununla bağlı müsbət reaksiyasını görməkdəyik. Məsafəcə Azərbaycandan çox uzaqlarda yerləşsə də, bir çox ölkəyə məxsus internet səhifələrində respublikamız, xüsusən də İslam Mədəniyyəti Paytaxtı kimi Naxçıvanın tarixi, mədəniyyəti, görməli yerləri haqqında informasiyaların verilməsi fərəh doğurur.

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyinin və Azərbaycan Respublikasının Cenevrədəki Birləşmiş Millətlər Təşkilatı Ofisində və digər beynəlxalq təşkilatlardakı Daimi Təmsilçiliyinin saytlarında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Asiya regionu üzrə 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması haqqında yazılar, Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən fotoşəkillər dərc olunub. Bu internet resurslarında beşminillik şəhər mədəniyyətinə malik Naxçıvan şəhərinin 5,5 min kvadratkilometr əraziyə və 452 mindən artıq əhalisi olan Naxçıvan Muxtar Respublikasının paytaxtı olması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvanın muxtariyyətinin 1921-ci ildə imzalanmış beynəlxalq Moskva və Qars müqavilələrində əks olunmaqla 1924-cü ildən başladığı göstərilib.
Naxçıvan Muxtar Respublikasının dövlət quruluşu, inzibati ərazi vahidləri, ali qanunverici və icraedici qurumları haqqında məlumatların yer aldığı məqalələrdə Naxçıvanın Qafqaz regionunda qədim tarixə malik olması, eyni zamanda Azərbaycan dövlətçiliyinin formalaşmasına verdiyi töhfələrdən bəhs olunur. Naxçıvanın XII əsrdə Atabəylər, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığı, XX əsrin əvvəlində Araz-Türk Respublikası kimi Azərbaycan ərazisində mövcud olmuş müxtəlif dövlətlərin paytaxtı olması, onun qədim və orta əsr türk-islam mədəniyyətinə məxsus abidələrlə zənginliyi qeyd edilib. Həmçinin böyük tarixi arxitektura nümunələri hesab olunan qədim yurd yerləri, şəhərlər, möhtəşəm qalalar, təbiət abidələri və məqbərələrin mövcudluğu vurğulanıb, ümumilikdə, 57-si dünya, 496-sı yerli əhəmiyyətli olmaqla, 1200-dən artıq tarixi abidənin qeydə alındığı bu yazılarda öz əksini tapıb.
Eyni zamanda Naxçıvanda bəşəri, dini, milli dəyərlərə və adət-ənənələrə hörmət göstərilməsi, onların qorunub saxlanılması, tarixi abidələrin, qeyri-maddi mirasın və mədəniyyətin mühafizə edilməsi, bərpa olunub dünyaya tanıdılması diqqətə çatdırılıb, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasının əhəmiyyəti vurğulanıb.

Hazırladı: Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3419309
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4210
4892
4210
78476
3419309

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter