24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Aprelin 4-də Naxçıvan Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib.
Konfransa şuranın üzvü Qurban Nabatov sədrlik edib. Gündəlik təsdiq edildikdən sonra Naxçıvan Şəhər Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əziz Hacıyevin hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, Naxçıvan Muxtаr Respublikаsı Аli Məclisi Sədrinin diqqət və qayğısı sаyəsində bu gün Naxçıvanda bütün sаhələrdə yüksək nаiliyyətlər qаzаnılıb. Əldə edilən uğurlar Naxçıvan şəhər аğsаqqаllаrının, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub.
Vurğulanıb ki, şura hesabat dövründə fəaliyyətini düzgün istiqamətdə qurmağa çalışıb, Naxçıvan şəhərində aparılan quruculuq işlərinin, əldə olunan inkişafın əsas təbliğatçısı olub, milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görüb.
Konfransda İdarə Heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Naxçıvan Şəhər Ağsaqqallar Şurasının üzvü Zöhrab Axundov Qadir Həsənovun şuranın sədrliyinə namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və qəbul olunub.
Qadir Həsənov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, şura bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, gənc nəsillə bağlı işə diqqət artırılacaq, vətənpərvər gəncliyin yetişdirilməsi, milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadılması istiqamətində ardıcıl iş aparılacaqdır.

Konfransda Naxçıvan Şəhər Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının yeni tərkibi müəyyən olunub və 3 nəfər komissiyanın üzvlüyünə qəbul edilib. Nadir Hümbətov Nəzarət-təftiş komissiyasının sədri seçilib. Müzakirə olunan məsələlərlə əlaqədar hazırlanmış qərar layihəsi oxunub və səs çoxluğu ilə qəbul olunub.
Konfransda Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov çıxış edərək Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətini və Nəzarət-təftiş komissiyasına yeni seçilən üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058562
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1495
4261
1495
109893
3058562

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter