19 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bu il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda təşkil ediləcək
bir sıra əhəmiyyətli tədbirlər də bunun təzahürüdür

Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, ­vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb. 

Ölkə başçısı cənab İlham Əliyevin 2017-ci il sentyabr ayının 15-də “Azərbaycan gəncliyi 2016-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Dövlət proqramına uyğun olaraq 2018-ci ildə onlayn səsverməyə əsasən ölkə­mizin 23 şəhər və rayonu arasından Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi gənclər siyasətinin muxtar respublikada uğurla aparıldığının bəhrəsidir.

 Muxtar respublikada dövlət gənc­lər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bunu Naxçıvana gələn xarici qonaqlar da xüsusi vurğulayırlar. Çünki Naxçıvanda gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar bu təbəqəni cəmiyyətin avanqard qüvvəsinə çevirib. Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilir. Bu gün “Azərbaycan gəncliyi 2016-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq muxtar respublikada gənclər siyasəti daha səmərəli həyata keçirilir, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı təmin edilir. Eyni zamanda gənc nəslin sağlamlığının qorunmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət gündən-günə daha da artırılır, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilir. 

Sağlam cəmiyyətin formalaşmasında naxçıvanlı gənclərin üzərlərinə mühüm vəzifələr düşür. Belə ki, gənclərimiz, sadəcə, aid olduğu cəmiyyəti deyil, eyni zamanda ölkəmizin gələcəyinin qurulmasında da müstəsna rol oynayırlar. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi zərurətini qeyd edərək deyib: “Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gənc­liyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında ­tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər”.
Bu gün respublika gəncləri Naxçıvanı ölkənin Gənclər Paytaxtı seçməklə Azərbaycanın ictimai-siyasi həyatında öz sözlərini demiş oldular. Bəs bu müddət ərzində muxtar respublikamızda hansı tədbirlər keçiriləcək?
Hazırlanmış tədbirlər planına əsasən il ərzində gənclər arasında intellektual oyunların, muxtar respublikanın rayonlarında gənclərin toplantılarının və Naxçıvan şəhərində muxtar respublika gənclərinin VIII konfransının, “Naxçıvan Gənclər Paytaxtıdır” fotomüsabiqəsinin, gənc­lərə vətənpərvərlik hisslərinin aşılanması, çağırışyaşlı gənclərin hərbi hazırlığı məqsədilə peyntbol üzrə muxtar respublika çempionatının, “Gənclik” Mərkəzində gənc ifaçıların konsert proqramının və “Hünər” XII vətənpərvərlik mahnıları festivalının keçirilməsi, həmçinin “Naxçıvanı tanıdaq” devizi altında muxtar respublikanın turizm potensialını əks etdirən foto və videoçarxların sosial şəbəkələrdə yerləşdirilməsi kimi əhəmiyyətli tədbirlər nəzərdə tutulub.
Əlamətdar günlərlə əlaqədar olaraq may ayında gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü, ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası keçiriləcək. İyun ayında “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiyalar, 12 avqust – Beynəlxalq Gənclər Günü və 10-17 noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı tədbirlər, iyul və avqust aylarında isə gənclərin yay məktəbləri təşkil olunacaqdır.
Ən mötəbər tədbirlərdən olan Naxçıvan şəhərində “Avropa günləri” və Türk Şurası Gənc Liderlər Forumu bu il sentyabr və noyabr aylarında keçiriləcək. Eyni zamanda yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə VI Azərbaycan çempionatının final mərhələsi də noyabr ayında Naxçıvanda təşkil olunacaq.
Keçiriləcək bütün tədbirlər artıq Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə hazırladığı tədbirlər planında öz əksini tapıb.
Gənclər Paytaxtı olduqca böyük və uğurlu, eyni zamanda yüzlərlə gənci birləşdirən bir layihədir. Cari ildə muxtar respublikamıza xeyli gəncin səfər etməsi gözlənilir. Bütün tədbirlərdə, keçirilən konfranslarda olduğu kimi, Naxçıvanın tarixi və mədəniyyətini onlara təqdim və izah etmək mütləqdir. Bu, hər bir naxçıvanlı gəncin vətəndaşlıq borcudur.
Təşkilatçılar “Naxçıvan Gənclər Paytaxtı – 2018” fəaliyyət planına daxil olan layihələri, əsasən, bu prioritet sahələrə istiqamətləndiriblər: gənclərin cəmiyyətdə fəal iştirakı, onların məşğulluğu, təhsili, yerli və ölkədaxili idman yarışlarının təşkili və sosial rifahı.
Ölkə Prezidenti cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Ölkə gəncləri də, öz növbəsində, bütöv və müstəqil Azərbaycan naminə Vətənin inkişafı üçün səylə çalışmalı, ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3427064
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2233
5012
11965
86231
3427064

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter