19 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Ağac əkmək, ətraf mühitin yaşıl örtüyünü zənginləşdirmək, sağlam ekoloji mühit yaratmaq daim insanları düşündürən, onların diqqətini çəkən məsələlərdən biri olub. Bu məqsədlə martın 31-də muxtar respublikanın şəhər və rayonlarında keçirilən iməciliklər mütəşəkkilliyi ilə yadda qalıb.
Təşkilatçı qurumların əməkdaşlarının, ali və orta ixtisas məktəblərinin tələbələri, internet resursları və sosial şəbəkələr vasitəsilə könüllülük prinsipi əsasında qeydiyyatdan keçmiş gənclərin iştirakı ilə Naxçıvan şəhəri ətrafında, 1 hektarlıq ərazidə 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə bağ salınıb. Bu məqsədlə görülən işlər çərçivəsində, bağın ərazisində 750-dək ting əkilərək suvarılıb. Bağın salınmasında 150-dək gənc iştirak edib. Bağ bundan sonra da davamlı olaraq diqqətdə saxlanılacaq və əkilmiş ağaclara müntəzəm qaydada aqrotexniki qulluq göstəriləcəkdir.
Naxçıvan şəhərinin sakinləri Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı 3 hektar ərazidə 2200 meyvə tingi əkiblər.
Şərur rayonunda keçirilən iməciliklərdə də əhalinin mütəşəkkilliyi müşahidə edilib. Belə ki, ötən iməciliklərdə salınan “Gənclər bağı”na 80, Danyeri kəndindəki 3 hektarlıq bağa isə 1350 ədəd meyvə tingi, rayonun park və xiyabanlarına 2000 ədəd mövsümi gül kolu salınıb.

Babək rayonunun sakinləri isə Naxçıvan-Şahbuz-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində 500 meyvə tingi, Babək qəsəbə-Nehrəm kənd avtomobil yolunun kənarlarında 200 ədəd meşə ağacı əkiblər.
Ordubadda keçirilən iməciliklərdə sakinlər rayonun “Əylis düzü” adlanan hissəsində 1,7 hektarlıq ərazidə 500 üzüm tingi, qızılgül bağında 1900 gül kolu əkiblər. “Gənclər bağı”nda ərazi daşlardan təmizlənib, əlavə olaraq 20 həmişəyaşıl ağac salınıb. Rayonun kənd­lərində isə ümumilikdə, 800 meyvə ağacı əkilib.
Culfa rayonunda da iməcilik iştirakçıları fəallıq nümayiş etdiriblər. Rayon sakinləri “Culfa düzü” adlanan ərazidəki 1 hektarlıq sahədə 1500 üzüm tingi, Culfa şəhərində isə 300 meyvə tingi, 200 meşə ağacı, yol kənarlarına 100 ədəd gül kolu əkib, yaşıllıqlarda ağaclara aqrotexniki qulluq işləri aparıblar.
Kəngərli rayonunun sakinləri tərəfindən Xok kəndindəki 1 hektarlıq ərazidə 500 meyvə tingi əkilib.
Şahbuzlular Ayrınc kəndindəki 0,2 hektar ərazidə yeni salınmış bağda 230, “İşgəsu” adlanan ərazidəki 0,2 hektarlıq ərazidə 72 meyvə ağacı əkib, rayonun kəndlərindəki yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Sədərək rayonunda da iməciliklər mütəşəkkilliklə davam edib, Naxçıvan-Sədərək magistral yolunun sol hissəsindəki 0,5 hektarlıq ərazidə 1200 üzüm tingi, “Gənclər bağı”nda, Sədərək kənd 1 nömrəli məktəbin həyətində və magistral yolun kənarında 850 meyvə ağacı əkilib.
Ümumilikdə, martın 31-də muxtar respublikada keçirilən iməciliklərdə 22 min 557 nəfər iştirak edib, 14 min 502 ədəd ağac və bəzək kolları əkilib.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ənənəvi olaraq ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri də aparılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3427190
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2359
5012
12091
86357
3427190

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter