24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan nümayəndə heyəti 26-29 mart tarixlərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 34-cü sessiyasında iştirak etmişdir.
“Yerli və regional səviyyədə hüquqlara əsaslanan idarəetmə” devizi altında keçən sessiyanın gündəliyində qitənin bir sıra üzv-dövlətlərində yerli və regional seçkilərin müşahidəsi, bəzi dövlətlərin öhdə­liklərinə əməl edilməsinə dair monitorinq missiyalarının hesabatları, regional referendumlar, demokratiyanın aləti kimi: gözləntilər və risklər, regional identiklik və milli dövlətlərin bütövlüyü, yerli və regional səviyyədə insan hüquqlarının müdafiəsi və bir sıra digər məsələlər müzakirə olunmuşdur. Sessiyanın işində Danimarkanın həmsədrliyi ilə bağlı hökumət üzvünün iştirakı ilə müzakirələr aparılmış, eyni zamanda AŞPA-nın sədri Mikele Nikoletin çıxış etmişdir.

Azərbaycan nümayəndə heyəti ayrı-ayrı məsələlərə dair müzakirələrdə iştirak etmişdir. Plenar sessiyanın martın 28-də keçirilən toplantısında “Regional referendumlar, demokratiyanın aləti kimi: gözləntilər və risklər” mövzusunda təşkil olunan müzakirələrdə Avropa Şurasının Qanun üzərindən demokratiya (Venesiya) Komissiyası katibinin müavini, Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) direktoru və bir sıra Avropa regionlarının rəhbərlərinin məruzələri dinlənilmiş, məruzələr ətrafında müzakirələr olmuşdur.
Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov müzakirələrdə çıxış edərək bildirmişdir ki, referendumlar birbaşa demokratiyanın vacib alətidir. Lakin bu alətin geniş istifadəsi yüksək siyasi mədəniyyətin olmasını tələb edir. Son zamanlar Avropada bu sahədə bir sıra populist qərarların və addımların şahidi oluruq, tez-tez bu cür yalançı referendumlar, sadəcə, separatçı təşəbbüslərə hüquqi don geyindirilməsi üçün təşkil olunur. Biz bu riskləri mütləq nəzərə almalıyıq. Səlahiyyətlərin sərhədləri və ümummilli maraqlarla uzlaşma, hüquqi çərçivədən kənara çıxmamağa dayanan yanaşma – vahid yanaşma qəbul olunmalıdır.
Sessiya zamanı nümayəndə heyəti digər məsələlər barədə aparılan müzakirələrdə də yaxından iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058518
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1451
4261
1451
109849
3058518

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter