17 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızda gənclərə göstərilən qayğının nəticəsidir ki, onların cəmiyyət həyatındakı rolu günü-gündən daha da artır. Gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı isə muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının parlaq ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis olunub. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli Sərəncamına əsasən incəsənət və idman sahələrində fərqlənən səkkiz gəncin adı Gənc İstedadların “Qızıl kitabı”na salınaraq onlara müəyyən edilmiş məbləğdə aylıq təqaüdün verilməsi təmin olunub. Ali Məclisin Sədri 2018-ci il fevralın 23-də isə “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 150 manat müəyyənləşdirilib. Bu, muxtar respublikamızın gənc istedadlarına göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi kimi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Biz də öz növbəmizdə belə gənc istedadlardan bəzilərini oxucularımıza daha yaxından tanıtmaq istədik.

Naxçıvan Musiqi Kollecinin Balaban ixtisası üzrə ikinci kurs tələbəsi Sərxan Əliyev hələ kiçik yaşlarından öz istedadı ilə həmyaşıdlarından seçilib. Təsadüfi deyil ki, Sərxanın adı 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının ­“Qızıl kitabı”na yazılıb. Gənc istedadların aylıq təqaüdünün artırılması ilə bağlı ­imzalanan sərəncam onun sevincini ikiqat artırıb. Sərxan Əliyevin dediklərindən:
– Mən 2000-ci il mart ayının 18-də Şərur şəhərində dünyaya göz açmışam. Kiçik yaşlarımdan musiqiyə böyük həvəsim olub, xalq musiqilərini heyranlıqla dinləmişəm. Əvvəllər balaban ifaçılarına həsədlə tamaşa edir, bu sənəti öyrənməyə can atırdım. Elə bu düşüncə ilə də 2011-ci ildə Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin balaban sinfinə yazıldım. Məktəbdə oxuduğum müddətdə bu sənətə marağım daha da artdı, balabanın bütün incəliklərini öyrənməyə çalışdım. Həmin illərdə keçirilən müsabiqə və konsertlərdə çıxışlarım maraqla qarşılandı. Ötən dövr ərzində bir çox diplom, fəxri fərman və qiymətli hədiyyələr qazanmışam. Hazırda Naxçıvan Musiqi Kollecinin Balaban ixtisası üzrə II kurs tələbəsiyəm. Kollecdə gənc musiqiçi kadrların yetişməsi üçün hər cür şərait var. Ötən il yanvar ayının 16-da adımın Gənc İstedadların “Qızıl kitabı”na yazılması təkcə məni deyil, valideyn və müəllimlərimi də hədsiz dərəcədə sevindirdi. Bu, məni daha da həvəsləndirdi, gələcək fəaliyyətimə stimul oldu. Ötən ayın 23-ü isə daha bir xoş xəbər ailəmizə sevinc bəxş etdi, təqaüdüm artırıldı. Göstərilən diqqətə, yaradılan şəraitə görə dövlətimizə minnətdaram.
Bu gün Naxçıvanda bütün idman növləri kimi şahmat da kütləvi idman növünə çevrilib. Bu idman növünün inkişafına göstərilən diqqət sayəsində çox sayda zəka sahibləri yetişib. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi, FİDE ustası Sadiq Məmmədovdur. 2003-cü ildə Naxçıvan şəhərində anadan olan Sadiq kiçik yaşlarından şahmatla məşğul olmağa başlayıb. Hazırda Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə oxuyan zəka sahibinin dediklərindən:
– Mən 8 yaşımdaykən Neftçala rayonunda şahmat üzrə keçirilən Azərbaycan çempionatının seçmə yarışlarında iştirak edib ilk uğuruma imza atmışam. Bundan bir il sonra Gürcüstanın Kutaisi şəhərində təşkil olunan Avropa kubokuna qatıldım, burada yaxşı nəticə göstərdim. Ümumiyyətlə, ötən illər ərzində çox uğurlar qazanmışam. Şahmat mənə çox şey bəxş edib. Oyun üslubumu necə seçməyimi, hansı gedişlərdə düzgün addım atmağımı isə müəllimlərimdən öyrənirəm. 2014-cü ildə adım Naxçıvan Muxtar Respublikası Gənc İstedad­larının “Qızıl kitabı”na daxil edilib. Bu, məni daha da ruhlandırıb, yarışlara məsuliyyətlə hazırlaşmağa, uğurlarımın artmasına stimul olub. Elə bu amil sayəsində öz üzərimdə çalışaraq 2017-ci ildə ilk dəfə olaraq Azərbaycan çempionu adını qazanmışam. Təqaüdümün artırılması isə sevincimi birə-beş artırıb. Sevinirəm ki, biz idmançılara böyük qayğı var. Gələcəkdə şahmat üzrə daha böyük nəticələr əldə etmək niyyətindəyəm.
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 30 sen­tyabr tarixli Sərəncamına əsasən Naxçıvan Musiqi Kollecinin Fortepiano ixtisası üzrə birinci kurs tələbəsi Səkinə Quliyevanın adının Gənc İstedadların “Qızıl kitabı”na salınmasını da həmin təhsil ocağının uğurlarından hesab etmək olar. Hələ uşaq yaşlarından musiqi istedadı onu 2008-ci ildə Naxçıvan şəhərindəki 2 nömrəli uşaq musiqi məktəbinin fortepiano sinfinə gətirib çıxarıb. Musiqi təhsilinə ilk olaraq burada başlayan Səkinə oxuduğu illərdə bir sıra uğurlara imza atıb, bacarığı, çalışqanlığı və istedadı ilə digərlərindən fərqlənməyi bacarıb. O, 2010-cu ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş müsabiqədə birinci dərəcəli diploma layiq görülür. Səkinə deyir ki, 10 yaşında qazandığı bu ilk uğur onu və ailəsini xeyli sevindirib. Növbəti uğuru isə 2012-ci ildə Bakıda gənc pianoçuların ikinci respublika müsabiqəsində ikinci dərəcəli diploma layiq görülməsi olub. Həmin müsabiqədə Səkinənin bacarığı respublika səviyyəsində qiymətləndirilib. Bu hadisə gənc istedadımızı ruhlandırır, daha böyük müvəffəqiyyətlərə nail olmaq üçün yorulmadan çalışmağa sövq edir. Əzmlə və həvəslə çalışmağının nəticəsində Səkinə Quliyeva 15 iyun 2015-ci ildə Milli Qurtuluş Gününə həsr edilmiş solo konsert proqramını keçirməyə müvəffəq olur. Konsertin 12 nömrədən ibarət olan çıxış proqramında Vaqif Mustafazadənin, Vasif Adıgözəlovun, Ramiz Mirişlinin və Adil Bəbirovun əsərləri ilə yanaşı, Avropa bəstəkarlarından F.Şubertin, F.Şopenin də əsərləri yer almışdı. Konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. Elə həmin ildə Naxçıvan Musiqi Kollecinin Fortepiano ixtisasına qəbul olunan Səkinə burada Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın sinfində təhsil almağa başlayır. Müəllimi Səkinənin çalışqanlığından razı qaldığını bildirir. Gənc musiqiçi isə müəlliminin etimadını doğrultmaq yolunda əlindən gələni edəcəyini və yorulmadan çalışacağını vurğulayır.
7-8 yaşlarından şahmatla məşğul olan Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımov da istedadlı gənclərimizdəndir. Şahmata olan həvəsi haqqında bunları deyir: – Şahmata həvəsimin yaranmasında böyük qardaşımın da payı var. Kiçik yaşlarımdan bu idman növü üzrə ciddi çalışmağa başlamışam. ­Ailəmizin digər üzvləri də məni həmişə dəstəkləyiblər. Hətta bəzi yarışlarda iştirak etməyə tərəddüd etdiyim zamanlarda da onlar məni cəsarətləndirir, uğur qazanacağıma inandırırlar.
Pərviz Qasımov 2014-cü ildə Yunanıstanda keçirilən məktəblilər arasında Avropa çempionatında ikinci, elə həmin il İsmayıllıda keçirilən Azərbaycan şahmat olimpiadasında birinci, Gürcüstanda keçirilən gənclər arasında Avropa çempionatında, Dubayda və Abu-Dabidə keçirilən yarışlarda isə üçüncü yerə layiq görülüb.
Hazırda XI sinifdə təhsil alan Pərviz II ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanlarına hazırlaşır. Bununla yanaşı, şahmatla da müntəzəm məşğul olur. Bunu asudə vaxtını səmərəli keçirmək üçün adi bir məşğuliyyət saymır, həyatının bundan sonrakı mərhələsində də ona gərək olacağını düşünür. Pərviz deyir ki, qazandığı uğurların təməlində onlara göstərilən dövlət qayğısı durur. Buna görə də muxtar respublikada yeniyetmə və gənclər üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirir.
Göründüyü kimi, muxtar respublikamızda istedadlı gənclərin inkişafı üçün hərtərəfli şərait var. Onların ən böyük himayəçisi isə dövlətimizdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə gənc istedadların aylıq təqaüdünün artırılması isə onlara qayğının davamlı xarakter aldığını göstərir. Ümid edirik ki, dövlətimiz tərəfindən yaradılmış hərtərəfli şərait gənc istedadlarımızın sayını daha da artıracaq, onlar ölkəmizin və muxtar respublikamızın layiqincə tanıdılmasına öz töhfələrini verəcəklər.

 Gülcamal TAHİROVA
 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3418992
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3893
4892
3893
78159
3418992

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter