19 İyun 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Bu il aprelin 11-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar martın 12-dən başlayaraq muxtar respublikada fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-­treninqlər keçirilir.
4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının iclas zalında keçirilmiş növbəti seminar-treninqi giriş sözü ilə açan dairə seçki komissiyasının sədri Cahangir Seyidov “Seçki məntəqələrinin səsverməyə hazırlanması” mövzusunda çıxış edib. O bildirib ki, seçki məntəqələrində səsvermə kabinələri və müvafiq məlumat lövhələri düzəldilməli, səsvermə qaydasına dair təlimat plakatları divara vurulmalı, səsvermə üçün zəruri olan material və avadanlıqlar yerləşdirilməlidir. Xüsusilə diqqət yetirilməlidir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Mərkəzi Seçki Komissiyasının təlimatları, seçici siyahısı, daşınan və daşınmaz seçki qutuları və digər material və avadanlıqlar seçki məntəqələrində olsun. Seçki bülleteninin doldurulmasına dair izah səsvermə kabinəsində mütləq yerləşdirilməlidir və məntəqə seçki komissiyasının sədri səsvermə saatlarında həmin plakatların yerində olmasını müntəzəm olaraq yoxlamalıdır. Səsverməyə 24 saat qalmış seçicilərin maarifləndirilməsi üçün nəzərdə tutulan məlumatlar istisna olmaqla, bütün təşviqat materialları səsvermə otağının daxilindən və xaricindən çıxarılmalıdır. Məntəqə seçki komissiyasının katibi seçki məntəqəsinə gəlmiş bütün müşahidəçilərin akkreditasiyasını və qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin və KİV nümayəndələrinin lövhəcik­lərini yoxlamalıdır.

Dairə seçki komissiyasının sədri vurğulayıb ki, səsvermə başlanmazdan əvvəl məntəqə seçki komissiyasının üzvləri seçki bülletenlərini saymalı, onların hər birinin möhürləndiyini yoxlamalıdır. Səsvermə günü səhər saat 0750-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, boş seçki qutularını seçki komissiyasının üzvlərinə, seçki məntəqəsində olan müşahidəçilərə göstərir, onları bağlayır, fərdi nömrələnmiş və təhlükəsizlik üçün nəzərdə tutulmuş birdəfəlik plastik kilidlərlə kilidləyir. Bu nömrələr müvafiq aktda qeyd olunmalıdır. Gözəgörünməyən mürəkkəb və ultrabənövşəyi lampalar da seçki məntəqəsi açılmazdan əvvəl müşahidəçilərin müşahidəsi ilə yoxlanılmalıdır. Daha sonra Cahangir Seyidov səsvermə günü səsvermə otağında kimlərin ola biləcəyi və zəruri hallarda seçki məntəqəsinə kimlərin dəvət oluna biləcəyi barədə ətraflı məlumat verib.
Dairə seçki komissiyasının katibi Ramal Salmanov çıxışında səsvermə prosesi haqqında məlumat verərək qeyd edib ki, məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü apararkən qanunvericiliyin tələblərini gözləməlidir. Səsvermənin başlandığı elan olunduqdan sonra məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin əvvəlcə xüsusi maye ilə işarələndiyini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə etməklə yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Əgər seçici barmağının işarələnməsindən imtina edərsə, ona seçki bülleteni verilməyəcəyi həmin komissiya üzvü tərəfindən izah olunmalıdır. Seçici razılaşmadığı təqdirdə ondan seçki məntəqəsini tərk etmək tələb olunmalıdır.
Çıxışda seçki bülletenini sərbəst almaq imkanına malik olmayan seçicilərin məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadəsinin hansı hallarda mümkünlüyü haqqında da danışılıb.
Diqqətə çatdırılıb ki, seçici səsvermə kabinetinə daxil olaraq öz səsvermə hüququnu real­laşdırmalıdır. Səsvermə kabinetinə digər şəxsin daxil olmasına yol verilmir. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi (burada yalnız həmin seçki məntəqəsi üzrə səsvermədə iştirak edən seçicilərdən biri nəzərdə tutulur) kömək üçün kabinetə çağıra bilər. Seçici səsvermə kabinetində öz səsvermə hüququnu ifadə etdikdən sonra seçki bülletenini yarıdan qatlamaqla seçki qutusuna yaxınlaşıb bülleteni ora atmalıdır.
Səsvermə günü səsvermə yerində qayda-qanuna nəzarət məntəqə seçki komissiyasının sədri tərəfindən həyata keçirilir. Seçki günü ictimai asayişin qorunması üçün formada olan polis əməkdaşları seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının sədrinin dəvəti ilə daxil ola bilərlər. İctimai asayiş bərpa edildikdən sonra polis işçiləri seçki məntəqəsini tərk etməli və azı 100 metr aralıda olmalıdırlar. Amma onların seçici qismində bir dəfə seçki məntəqəsinə daxil olmaq hüquqları var.
Ramal Salmanov səsvermə prosesindən danışarkən iki mühüm məsələ – qeydiyyatdançıxma vəsiqələri və daşınan seçki qutusu vasitəsilə səs vermək hüququ barədə də məlumat verib. Saat 1900-da məntəqə seçki komissiyasının sədri səsvermənin başa çatdığını ucadan elan edir. Bu zaman səsvermə otağında növbəyə dayanmış seçicilərin səs verməsi və səs verdikdən sonra seçki məntəqəsini tərk etmələri təmin olunmalıdır.
Seminarda çıxış edən dairə seçki komissiyasının baş məsləhətçisi Nail Həsənov səslərin sayılması və protokolların doldurulması barədə danışıb. O bildirib ki, axırıncı seçici səs verdikdən sonra məntəqə seçki komissiyasının sədri seçki bülletenlərinin sayılması prosesində iştirak etmək hüququ olan şəxslərdən başqa hamının seçki məntəqəsini tərk etməsini təmin etməli və seçki məntəqəsi bağlanmalıdır. Səslərin hesablanma prosesi, bütövlükdə, səsvermə otağında həyata keçirilməlidir. Daşınan və daşınmaz seçki qutuları, seçicilər siyahısı və digər seçki materialları səslərin hesablanması başa çatanadək həmin otaqda qalmalıdır. Səslərin hesablanması zamanı səsvermə məntəqəsində yalnız məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri, qeydə alınmış prezidentliyə namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, yerli və beynəlxalq müşahidəçilər, qeydiyyatdan keçmiş KİV nümayəndələri ola bilər. Lakin səslərin sayılmasını yalnız məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri birbaşa həyata keçirirlər. Səslərin hesablanması üçün münasib şərait yaradılmalı, bu zaman zəruri olan bütün sənədlər və əşyalar səslərin hesablanacağı masaya gətirilməlidir.
Məntəqə seçki komissiyasının sədri seçki bülletenlərinin sayılması və səsvermənin nəticələri haqqında protokolun doldurulması qaydalarını məntəqə seçki komissiyasının üzvlərinə bir daha izah etməli, tətbiq olunacaq ümumi prosedurlar barədə izahat verməlidir. Səsvermənin nəticələri haqqında protokol tərtib edilərkən onun hər bir bəndi otaqda ucadan elan edilir. Yadda saxlamaq lazımdır ki, rəsmi yekun protokolu tərtib edilməzdən əvvəl məlumatlar protokolun qaralama nüsxəsində sözlə və rəqəmlə qeyd olunur. Hazırlıq prosesindən sonra hesablama prosesi müəyyən mərhələlər daxilində həyata keçirilir. Daha sonra Nail Həsənov səslərin hesablanması və protokolun doldurulmasının mərhələləri haqqında komissiya üzvlərini ətraflı məlumatlandırıb.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası

*  *  *

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri ilə bağlı lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilir. Bu tədbirlərin davamı kimi ­ 2 saylı Şərur Dairə Seçki Komissiyasının əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün ­seminar-treninq təşkil edilib.
Tədbirdə əvvəlcə dairə seçki komissiyasının sədri İbrahim Abbasov seçkilərə hazırlığın vəziyyəti barədə məlumat verib. Qeyd edilib ki, dairə seçki komissiyası öz işini Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Mərkəzi Seçki Komissiyasının müvafiq qərarlarına uyğun qurub.
Məlumat verilib ki, 2 saylı Şərur Dairə Seçki Komissiyası 53 məntəqəni əhatə edir. Məntəqələr zəruri ədəbiyyatlarla, seçkilərə aid dövri nəşrlərlə təmin edilib, seçici siyahılarının dəqiqləşdirilməsi xüsusi diqqət mərkəzində olub. Dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə seçki qanun­vericiliyinə uyğun olaraq tərtib olunmuş iş planı əsasında tədbirlər davam etdirilir. Bunlardan biri də aşağı seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması məqsədi daşıyan ­seminar-treninqlərdir.
Seminar-treninqlərdə müxtəlif metodik və əyani vəsaitlərdən istifadə edilməklə iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə müfəssəl məlumat verilib. Həmçinin məntəqə seçki komissiyalarının rolu və vəzifələri, seçki günü prosedurlar, bülletenlərin təsnifatı, yekun protokolunun doldurulması və digər məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr izah olunub.
Qeyd edək ki, dairə seçki komissiyasının martın 12-dən təşkil etdiyi seminar­-treninqlər 3 gün davam edəcək və hər treninqdə 35-40 nəfər komissiya üzvü iştirak edəcək.
Seminar-treninqlərdə informasiya texnologiyalarının imkanlarından istifadə etməklə tədbir iştirakçılarının vəzifələrini əyani şəkildə göstərən slayd nümayiş ­etdirilir.

Mehman MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2601010
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1925
4770
6695
93796
2601010

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter