17 Avqust 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

İnsan sağlamlığında təbiət mühüm rola malikdir. Ona görə də muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Hər ilin yaz və payız iməciliklərində muxtar respublikanın idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri fəallıq göstərməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıqlara  aqrotexniki qulluq göstərilir, yeni yaşıllıqlar salınır, ağac və gül kolları əkilir. Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. 

Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub. Naxçıvan şəhərinin sakinləri Naxçıvan­-Sədərək magistral yolunun kənarındakı 4 hektarlıq ərazidə 2800 ədəd meyvə ağacı və 1000 ədəd üzüm tingi, çirkab sutəmizləyici qurğunun yaxınlığındakı 1,5 hektarlıq ərazidə 900 ədəd meyvə ağacı əkiblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Ələkli kəndindəki 0,4 hektarlıq yeni salınmış bağda 200 ədəd meyvə, Püsyan kəndindəki 15 hektarlıq bağda bərpa məqsədilə 1300 ədəd meyvə, Püsyan-Xanlıqlar avtomobil yolunun kənarlarında 300 ədəd meşə ağacı əkilib, Ələkli kənd qəbiristanlığında təmizlik işləri ­görülüb.

Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Rayon sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışaraq Naxçıvan-Şahbuz-Batabat magistral yolunun Uzunoba kəndi hissəsindəki 2 hektarlıq bağda 1300 ədəd badam ağacı əkiblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib, Naxçıvan-Ordubad magistral yolunun Düylün kəndi hissəsindəki 8 hektarlıq bağda 2500 ədəd meyvə ağacı, Ordubad şəhər qəbiristanlığında 15 ədəd meşə ağacı əkilib.
Culfa rayonunda keçirilən iməciliklərdə Əlincəqala ətrafında və Əlincəboyu kəndlərdə 200 ədəd meşə, ümumilikdə, 700 ədəd meyvə ağacı əkilib.
Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonundakı Qabıllı kəndi hissəsində 500, Qıvraq-Püsyan avtomobil yolunun kənarlarında isə 450 ədəd meyvə ağacı əkilib, həmin ərazidəki 20 hektarlıq bağda ağaclara aqrotexniki qulluq göstərilib.
Şahbuz rayonunun Sələsüz kəndindəki 0,5 hektarlıq yeni salınmış bağda 574 ədəd meyvə, Ayrınc kəndindəki 0,3 hektarlıq bağda bərpa məqsədilə 216 ədəd meyvə ağacı, Şahbuz şəhərinin girişindən mərkəzinə doğru yol kənarlarında 134 ədəd həmişəyaşıl ağac əkilib.
Sədərəklilər də iməcilikdə fəallıq göstəriblər. Belə ki, Naxçıvan-­Sədərək magistral yolunun sol hissəsindəki 0,5 hektarlıq ərazidə 350 ədəd, Sədərək kəndində 2 nömrəli tam orta məktəbin həyətində, Qaraağac kəndində yol kənarlarında və Gömrük İdarəsinə ayrılmış ərazidə, ümumilikdə, 50 ədəd meyvə ağacı əkilib.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883734
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12
4507
17423
70428
2883734

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter