17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir İbrahim oğlu Qədirzadə 2018-ci il martın 8-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Qadir Qədirzadə 1948-ci il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuş, orta məktəbi 1966-cı ildə həmin kənddə bitirmişdir. 1967-1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında ali təhsil almış və həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir.
1971-1975-ci illərdə Cəhri kənd orta məktəbində müəllim işləyən Qadir Qədirzadə 1975-ci ildən elm sahəsində fəaliyyətə başlamış, Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1992-2002-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini, 2003-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
1983-cü ildə tarix üzrə fəlsəfə doktoru, 2004-cü ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsi alan Qadir Qədirzadə 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Qadir Qədirzadə etnoqrafiya üzrə tanınmış alimlərdən idi. O, bu sahədə uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatlar aparmış və Azərbaycan elminə töhfələr vermişdir. Qadir Qədirzadənin elmi fəaliyyətində etnik tarix, ­etnik-mədəni münasibətlər, etnodemo­qrafik proseslər, türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi və inanclar sistemi kimi məsələlər əsas yer tuturdu.
Qadir Qədirzadə zəngin elmi yaradıcılıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirirdi. O, uzun illər Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində, Akademiyanın Naxçıvan Bölməsində gənc kadrların hazırlanması işində böyük əmək sərf etmişdir.
Qadir Qədirzadə 400-ə yaxın elmi-kütləvi əsərin, o cümlədən 22 kitab və monoqrafiyanın müəllifi idi. Onun 65-dən çox elmi əsəri beynəlxalq jurnallarda nəşr olunmuşdur. Fəaliyyəti dövründə müxtəlif ölkələrdə keçirilən beynəlxalq səviyyəli simpozium, qurultay, konfrans və digər elmi məclislərdə Azərbaycan elmini layiqincə təmsil edən Qadir Qədirzadənin elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2009-cu ildə o, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülmüşdür.
Ömrünü elmin inkişafına həsr edən fədakar alim, ziyalı və gözəl insan Qadir Qədirzadənin xatirəsi unudulmayacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti

AMEA-nın Naxçıvan Bölməsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149336
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
800
4297
9501
63883
3149336

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter