18 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən beynəlxalq konfransda martın 8-i Beynəlxalq Qadınlar Günü kimi təsis edilmişdir. Bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bayram kimi qeyd olunur.
Tariximizin və mədəniyyətimizin xəzinəsinə nadir incilər bəxş etmiş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olmuş qadınlarımız öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənilmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Azərbaycan qadınları tarixin müxtəlif dövrlərində gözəl ana olmaqla yanaşı, həm də ictimai-mədəni həyatda yaxından iştirak etmiş, dövlət idarəçiliyində öz sözlərini demiş və adlarını tariximizə qızıl hərflərlə yazmışlar.
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Azərbaycan qadınlarının dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.

Ölkəmizdə dövlət qadın siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlamış, qadınların ictimai-mədəni həyatda yeri daha da möhkəmlənmişdir. 1993-cü ildə ulu ­öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət qadın siyasəti daha da gücləndirilmiş, qadının cəmiyyətdəki fəallığının artırılması üçün mühüm addımlar atılmış və qadın hərəkatına dövlət tərəfindən qayğı güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycan qadını ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilmiş və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmuşdur.
1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qadın hüquqları da öz əksini tapmış, dövlət qurucu­luğu prosesində onların iştirakı təmin edilmişdir. Ulu öndərimizin fərman və sərəncamları ilə ölkəmiz “Qadınlara münasibətdə ayrı-­seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli liderin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Azərbaycan Qadınlarının Birinci Qurultayının keçirilməsi qadınların hüquqlarının qorunmasına, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasına, xüsusilə dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasına yeni mərhələ açmış, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsinə, lazımi dövlət pro­qramlarının hazırlanmasına geniş imkanlar yaratmışdır.
Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Dövlət başçısı ­qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə xüsusi diqqət yetirir.
Prezident İlham Əliyevin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan ­qadınlarına ünvanladığı təbrik dövlətimizin başçısının qadınlara qarşı göstərdiyi diqqətin təcəssümüdür. Dövlət başçısı qadınlara təbrikində demişdir: “Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir”.
Dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır!”
Muxtar respublikada qadınların cəmiyyətdəki roluna və yerinə diqqətlə yanaşılır, bunun üçün hər cür şərait yaradılır. Qadınların sağlamlığı, təhsili ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvanlı qadınlar digər sahələrlə yanaşı, dövlət idarəçiliyində, ictimai-siyasi həyatda fəal iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputat­larının 7-si, muxtar respublikada bələdiyyə üzvlərinin 276-sı qadındır. Hazırda muxtar respublikada 14 qadın bələdiyyə sədri, 70 qadın təhsil, 28 qadın mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır, 2 qadın elmlər doktoru, 88 qadın fəlsəfə doktorudur. Ümumilikdə, təhsil, mədəniyyət və səhiyyə sahəsində 17 mindən artıq, dövlət qulluğunda 513 qadın işləyir, 7590 qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatında 23 min 175 qadın təmsil olunur.
Muxtar respublikada müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, sahibkarlıq sahəsində fəaliyyət göstərən qadınlara da dəstək göstərilir. Ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı üçün kompleks tədbirlər əlverişli biznes mühitinin inkişafına şərait yaradıb. Hazırda muxtar respublikada 4309 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Muxtar respublikada qadınların ictimai fəallığını yüksəltmək, onları öz hüquqları barədə məlumatlandırmaq məqsədilə müntəzəm olaraq maarifləndirici tədbirlər keçirilir. Ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitləri yaxşılaşdırılır, onların məişət və sosial problemləri həll olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud qadınlar, eləcə də aztəminatlı ailənin üzvü olan qadınlar peşə kurslarına cəlb olunur, məşğulluq problemləri aradan qaldırılır.
Sağlam qadın, sağlam ailə və sağlam cəmiyyətin olması bu gün dövlətin əsas prioritetlərindəndir. Bunun üçün isə xalqımızın ailə dəyərlərinin yaşadılması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması vacibdir. Ona görə də hər il olduğu kimi, bu il də muxtar respublikanın kənd mərkəzlərində müvafiq mövzularda qadınlar arasında maarifləndirici tədbirlər keçirilmiş, broşürlər paylanılmışdır. Qadınlarımız isə xalqımızın ailə dəyərlərinə söykənərək analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, xalqımızın gələcəyi üçün ailə dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edirlər.
Muxtar respublikada qadınların uğurları təhsil sahəsindən də yan keçməmişdir. Yaradılan şəraitdən istifadə edərək yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran gənc nəsil yetişir və onlar arasında hər sahədə olduğu kimi, qızlarımızın da rolu diqqətəlayiqdir. Bunun bariz nümunəsi olaraq qeyd etmək olar ki, ali təhsil müəssisələrinə qəbul zamanı 500-700 intervalında bal toplayan abituriyentlər arasında ­qızlar üstünlük təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünü­məşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün hər il istedadlı qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. 2017-ci ildə də bu sahədə görülən işlər ardıcıl olaraq davam etdirilmiş, muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində istedadlı ­qadınların, o cümlədən sağlamlıq imkanları məhdud, aztəminatlı ailə­nin üzvü olan qadınların əl işlərinin sərgi-satışı təşkil olunmuş, sərgi-satışlarda 298 istedadlı qadının 1403 əl işi satılmışdır.
Müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Naxçıvan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət quruculuğunda, cəmiyyətin ­ictimai-siyasi həyatında fəal iştirak edərək muxtar respublikamızın ­sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına da öz töhfələrini verirlər.

Heç şübhəsiz ki, muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Muxtar respublikada qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir. Qadınlarımız bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3423656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3837
4720
8557
82823
3423656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter