19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ötən ayın ümumi mənzərəsini məhz belə ifadə etmək olar 

Bu gün milli inkişaf potensialının hərəkətə gətirildiyi, bu potensialın səmərəli realizə edilməsinə zəruri əsasların yaradıldığı Naxçıvan Muxtar Respublikasının yüksəlişini özündə təcəssüm etdirən sosial-­iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilib. Ulu ­öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində muxtar respublikanın genişmiqyaslı uğurları ardıcıl xarakter alıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. 30 ilə yaxındır, davam edən blokada şəraitinin yaratdığı çətinliklərə, iqtisadi resurslara çıxış imkanlarının məhdudluğuna baxmayaraq, Naxçıvanda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı layihələr, quruculuq işləri bütün sahələrdə öz səmərəli nəticələrini göstərməkdədir.

Muxtar respublikamızda aparılan quruculuq işlərində müasir üsul və metodlardan məharətlə istifadə olunur, yeni tipli məktəblər, uşaq bağçaları, müasir kənd mərkəzləri tikilir, yollar abadlaşdırılır, parklar və xiyabanlar salınır, müasir tələblərə uyğun memarlıq nümunələri yaradılır. Bunun nəticəsidir ki, qədim diyarımızın şəhər, qəsəbə və kənd yaşayış məntəqələri yeni görkəm alır, ildən-ilə gözəlləşir. Bu gün muxtar respublikamızın bütün resursları səfərbər edilərək əhalinin rahat yaşayışı, sosial məsələlərin uğurlu həlli, intellektual potensialın artması, infrastrukturun güclənməsi təmin olunur. Yəni tarixi yüzilliklərlə ölçülən, Azərbaycan dövlətçilik ənənələrinin saxlanc yeri olan qədim diyarımızda insan amili həmişə ön planda tutulur. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edir. Bu çərçivədə görülən işlər nəticəsində muxtar respublikanın ən böyük bölgələrindən olan Şərur rayonunun Ərəbyengicə kəndi də müasir Azərbaycan kəndlərinin sırasına qoşuldu. Fevralın 1-də kənddə tam orta məktəbin yeni binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış tədbirlərində iştirak edib.
Müasir dünyada öz gələcəyini düşünən bütün xalqlar elmə, təhsilə böyük önəm verirlər. Gələcəyimizi etibarlı və inamlı görmək istəyinin nəticəsidir ki, muxtar respublikamızda təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi bu gün prioritet istiqamətlərdən biridir. Naxçıvan blokadada olsa da, qısa müddət ərzində onlarla məktəb binası tikilib, yaxud tam təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Məqsəd gənc nəslin daha mükəmməl təhsil alması, şagird və tələbələrin hərtərəfli biliklərə yiyələnmələri üçün hər cür şəraitin yaradılmasıdır. Çünki qlobal bilik, intellekt yarışından, yəni “biliklərin sürət qatarı”ndan geridə qalmaq inkişafdan geri qalmaq deməkdir. Ərəbyengicə kəndində yeni məktəb binasının istifadəyə verilməsində də məqsəd burada müasir təhsil infrastrukturunun yaradılması, şagirdlərin müasir dünya standartları səviyyəsində təhsil almalarının təmin edilməsidir.
Fevralın 1-də Ərəbyengicə kəndində yeni məktəb binasının açılış tədbirindəki çıxışında Ali Məclisin Sədri deyib: “Bu gün ölkə­mizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır”.
Ərəbyengicə kəndində aparılan kompleks quruculuq işlərindən sonra bu yaşayış məntəqəsi qəsəbə görkəmi alıb. Yollar abadlaşıb, asfalt örtük salınıb, fasiləsiz elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları bu kəndin sakinlərini qayğılardan azad edib. Burada yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün yaşayış məntəqəsində sakinlərə hərtərəfli tibbi xidmət göstərilir.
Muxtar respublikada inkişaf strategiyasının uğurla davam etdirilməsi iqtisadi potensialın daha da yüksəlməsinə şərait yaradıb, Naxçıvanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Doğma diyarımızda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, şəhərlərlə yanaşı, bölgələrdə də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bütün bunların nəticəsində sahibkar­lıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, onların fəaliyyəti üçün hərtərəfli şərait, əlverişli biznes və investisiya mühiti formalaşıb. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun hamısı, sənaye məhsulunun 95, tikintidə görülmüş işlərin 79, nəqliyyat xidmətlərinin 78 faizi, rabitə xidmətlərinin 83 faizə qədəri, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl sekto­run payına düşür. Yaradılan şəraitin nəticəsidir ki, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxt vardı ki, Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün isə 372 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat tama­milə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir. Məşğul əhalinin 83 faizi özəl sektorda çalışır.
Bu faktlar fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Ali Məclis Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşündə qeyd olunub.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümünün tamam olduğunu diqqətə çatdırıb, bu münasibətlə tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini təbrik edib, sosial-iqtisadi inkişafda əməyi olanlara təşəkkürünü bildirib.
Görüşdəki çıxışında Ali Məclisin Sədri muxtar respublikamızda sahibkarlığın inkişafını şərtləndirən ­ 6 istiqaməti vurğulayıb. Bunlardan ­birincisi, muxtar respublikada vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqidir. Naxçıvanda dövlət-sahibkar münasibətlərinin düzgün qurulmasının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 89 faizə çatıb.
İkinci, torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsidir. Bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi kənd təsərrüfatının davamlı inkişafını təmin edib.
Üçüncü, muxtar respublikamızda xidmət sektoru da inkişaf edir. Bu sektorun inkişafı, öz növbəsində, turizmin inkişafına təsir göstərib, müasir turizm sektorunun formalaşması hesabına isə muxtar respublikaya gələn turistlərin sayı artıb.
Dördüncü, muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi də yeni fəaliyyətə başlayan sahibkarlıq müəssisələri üçün geniş imkanlar açıb. Muxtar respublikada kreditlər üzrə aşağı faiz dərəcələrinin tətbiq olunması hesabına sahibkarların fəaliyyət dairəsi genişlənib.
Beşinci, idxaldan asılılığın aradan qaldırılması sahəsində görülən tədbirlər öz faydasını verməkdədir. Bu sahədə əhəmiyyətli addımlardan biri də ixracın təşviqi ilə bağlı qəbul olunmuş qərarlardır. Bunun nəticəsidir ki, ixracyönümlü məhsul istehsalı getdikcə artır. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.
Altıncı, bu gün muxtar respublikada ən müasir tələblərə cavab verən iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarka və festivalların təşkili, satış yerlərində yerli məhsullara üstünlük verilməsi məhsul istehsalçılarının marağını artırıb. Son dövrlərin təhlilləri göstərir ki, tarladan birbaşa satışa prinsipinin dəstəklənməsi ailə təsərrüfatlarının inkişafına və artmasına əhəmiyyətli təsir göstərib. Bütövlükdə, sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını artırıb.
“Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın”, – deyən Ali Məclisin Sədri əlaqədar orqanların qarşısında konkret vəzifələr qoyub.
Tədbirdə Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib.
Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb, yerli məhsulların istehsal prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, Naxçıvan məhsullarının xarici bazarlara çıxışı imkanlarının və ixrac potensialının artırılması, məhsulların qablaşdırılmasına və tara istehsalı sahələrinin yaradılmasına diqqət yetirilməsi, sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan-5028” modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması barədə tapşırıqlar verib.
Bu gün Azərbaycan-İran əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edir. Bu çərçivədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılıqlar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir. Münasibətlərin yüksək səviyyədə olmasını göstərən digər məqam isə qonşu dövlətlər üçün əlamətdar günlərin hər iki ölkədə qeyd olunmasıdır.
Fevralın 12-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 39-cu ildönümü – ­İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarını və vəsiqələrini təltif olunanlara ­təqdim edib.
Hər il olduğu kimi, bu il fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov abidə önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib. 

Bu gün muxtar respublikamızda bütün sahələrdə böyük uğurlar əldə edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi hər birimizdə qürur hissi yaradır. Muxtar respublikada uzaqgörənliklə həyata keçirilən abadlıq-quruculuq işləri, möhtəşəm layihələr özünün genişmiqyaslılığı və elmi əsaslandırılması ilə seçilir, əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırır.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037614
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4424
5369
14846
88945
3037614

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter