12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının sayca 77-ci məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dilimizin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb.O, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb. Bildirib ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ulu öndər dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırıb və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyanın 73-cü maddəsində öz əksini tapıb.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər ­Əliyev irsində Azərbaycan dilinin inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, ulu öndər 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” mühüm bir Fərman ­imzalayıb. Həmin fərmana əsasən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Əbülfəz Quliyev ana dilinə qayğı siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkə­də dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı Sərəncam ana dilimizin qorunmasına və inkişafına qayğının ən bariz nümunəsidir.
Alim bu siyasətin muxtar respublikamızda da uğurla davam etdirildiyini vurğulayaraq Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramının tətbiqi, dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində aparılan işlər, həyata keçirilən genişmiqyaslı tədbirlərin önəmindən danışıb. Əbülfəz Quliyev muxtar respublikada “Ana dili” abidəsi ucaldıldığını, tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin inkişafına da mühüm töhfə verən “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Kitabi-Dədə Qorqud” toponimləri” kimi əhəmiyyətli kitabların nəşr edildiyini deyib.
Məşğələyə akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391404
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
169
5851
11234
50571
3391404

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter