19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Şərur rayonu 

Şərur rayonunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Şərur rayon ictimaiyyətinin nümayəndələri həmin gün Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həyata keçirilmiş soyqırımı, həmçinin ermənilər tərəfindən xalqımıza qarşı 200 ildən artıq bir müddətdə dəfələrlə törədilmiş qırğınlarla iyirmi altı il bundan əvvəl bəşəriyyət daha bir erməni vandallığının şahidi oldu. İyirmi altı ildir ki, dünyanın hər tərəfində sülhsevər insanlar bu faciənin soyqırımı kimi tanınmasını tələb edir, erməni vəhşiliyinin növbəti və dəhşətli nəticələrinin soyqırımı aktı kimi qəbul edilməsini istəyir.

Azğınlaşmış erməni silahlı birləşmələrinin, eləcə də onlara açıq-aşkar havadarlıq edənlərin bu soyqırımını törətməkdə məqsədi Azərbaycan xalqının mübarizə əzmini qırmaq və onu bütünlüklə məhv etmək idi. Lakin düşmənin niyyətləri baş tutmadı, dövlətimiz və dövlətçiliyimiz möhkəmləndi, iqtisadiyyatımız dirçəldi, qüdrətli və sarsılmaz milli ordu yaradıldı. Bu gün xalqımız tam əmindir ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, məkrli düşmən öz layiqli cəzasını alacaqdır.

Babək rayonu 

Fevralın 26-da Babək rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Erməni qəsbkarları XX yüzilliyin əvvəllərindən başlayaraq xalqımızın başına amansız terror hadisələri gətiriblər. 1988-ci ildən etibarən isə yeni terror aktları həyata keçirilib. Bu soyqırımı siyasətinin davamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu olan Xocalı şəhərində törədildi. Bununla da ermənilər vəhşi olduqlarını bir daha nümayiş etdirdilər. Nəticədə, on minlərlə insan həlak oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Erməni hərbi birləşmələri qadınlara, uşaqlara, qocalara aman vermədən minlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində bənzəri olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Amansızlığına, vəhşiliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Xalqımız əmindir ki, yaxın zamanda erməni vandalizmi tam olaraq ifşa olunacaq, beynəlxalq aləmdə Xocalı soyqırımını tanıyanların sayı ildən-ilə artacaq və bu dəhşətli faciəni bütün dünya tanıyacaq. Aparılan uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Bu gün Azərbaycan dövlətinin hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır.

Ordubad rayonu 

Xocalı soyqırımının törədilməsindən 26 il ötür. Bu tarix xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixi, doğma torpaqlarımız uğrunda şəhidliyə ucalmaq məqamıdır.
Xocalı soyqırımı öz miqyasına görə XX əsrin Xatın və Sonqmi faciələri ilə bir sırada dayanır. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı o yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərdən indiyə qədərki mərhələsini özündə əks etdirirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın edib günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdilər.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.
Xocalı soyqırımı günü ilə əlaqədar 2018-ci il fevralın 26-da Ordubad rayonunda da faciə qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilib.

Culfa rayonu 

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Culfa rayonunda keçirilən anım tədbirində rayon İcra Hakimiyyətinin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib, bu faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görülüb.
Torpaqlarımızda məskunlaşan, zaman-zaman ölkəmizə qarşı torpaq iddiaları ilə çıxış edən, soyqırımları törədən erməni daşnaklarının tarix qarşısında cavab verəcəkləri gün uzaqda deyil. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycan dövlətinin gündən-günə artan beynəlxalq nüfuzu, işğal altında olan torpaqlarımızı azad etməyə qadir olan hərbi gücü və iqtisadi qüdrəti bunu deməyə əsas verir.

Kəngərli rayonu 

Xocalı soyqırımının 26-cı ildönümü Kəngərli rayonunda da qeyd edilib. Rayon ­sakinləri Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunmuş anım mərasimində Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən panonun önünə tər qərənfillər düzüblər. Mərasim iştirakçıları soyqırımı qurban­larının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərin ruhuna Allahdan rəhmət diləyiblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misligörünməmiş soyqırımı törədiblər. Bu faciə zamanı hər tərəfdən mühasirəyə alınmış şəhər tamamilə dağıdılaraq yandırılıb, yüzlərlə insan qətlə yetirilib, əsir götürülüb. Xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüblər. Həmin dövrdə Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkələrin jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırıblar. Bu faciə, eyni zamanda ermənilər tərəfindən müxtəlif dövrlərdə xalqımıza qarşı törədilmiş soyqırımı aktlarının davamı, insanlığa yönəlmiş ən böyük hərbi cinayətdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ölkəmizin yüksək iqtisadi inkişafı və hərbi qüdrəti yaxın gələcəkdə ərazi bütövlüyümüzün təmin olunmasına öz töhfəsini verəcək.

Şahbuz rayonu 

Dünən Şahbuz rayonunda da xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı qurbanlarının anım mərasimi olub. Faciənin 26-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, idarə və müəssisələrin kollektivləri iştirak ediblər. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
XX əsrdə mənfur ermənilər öz bədxah niyyətlərinə çatmaq üçün dəfələrlə Azərbaycan torpaqlarında böyük qırğınlar törədib, öz işğalçılıq planlarını həyata keçirməyə çalışıblar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış erməni quldur dəstələrinin və onların havadarlarının Xocalıda törətdiyi soyqırımı isə tarixdə bənzəri olmayan bir vəhşilikdir. Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edən erməni terrorçuları bir gecədə yüzlərlə dinc sakini qətlə yetirib, evlərinə od vurub yandırıblar. Təpədən-dırnağa kimi silahlanmış erməni quldur dəstələrinin qarşısına əliyalın çıxaraq son damla qanlarına kimi mübarizə aparan qəhrəman Xocalı şəhidlərinin xatirəsini xalqımız həmişə uca tutur. Xocalı faciəsi əbədi olaraq yaddaşlarda yaşayacaq. Yeniyetmə və gənclərə bu faciənin mahiyyətini davamlı olaraq anlatmaq və aşılamaq hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bütün Azərbaycan xalqının iradəsini əks etdirir.

Sədərək rayonu

 

Ötən əsrin sonlarında Dağlıq Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə, ümumilikdə, 14 dəfə hücum ediblər. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Azərbaycanın alınmaz qalası olan Sədərəkdə daim uca tutulur. Şəhidlik zirvəsinə ucalan qəhrəman Xocalı sakinlərinin vəhşicəsinə qətlə yetirildikləri gündən artıq 26 il ötür. Bununla əlaqədar sərhəd bölgəsi olan Sədərək rayonunda anım tədbiri keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün ölkəmizdə və beynəlxalq aləmdə zəruri tədbirlər görülüb. Bu sahədə məqsədyönlü fəaliyyət xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanıb. Məhz dahi ­şəxsiyyətin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib.

 Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704934
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
297
2795
3092
46026
3704934

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter