21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Fevralın 24-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 26-cı ildönümü ­münasibətilə anım tədbiri keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədildiyini bildirmiş, qədim tarixə malik olan Xocalıdakı tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdırmışdır. Soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər ­Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirən Baş konsul bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən danışmış, Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımının tanındığını bildirmişdir.

Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Çağlar Fahri Çakıralp tədbirdə çıxış edərək ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsini və Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını qınadıqlarını bildirmiş, Azərbaycanla hər zaman həmrəy olduqlarını ifadə ­etmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş etdirilmiş, mərasim iştirakçılarına faciədən bəhs edən videomateriallar, kitab, jurnal və bukletlər paylanılmış, soyqırımına həsr olunmuş fotostendə baxış olmuşdur.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin İctimai Məsələlər və Mədəniyyət İdarəsinin baş direktoru, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndə­liyinin rəhbəri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875862
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
789
3976
24252
66253
3875862

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter