21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Fevralın 26-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə “Xocalıya ədalət” devizi altında anım tədbiri keçirmişdir.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnləri səslənmişdir.
Tədbirdə çıxış edən Baş konsul Nuru Quliyev Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu diqqətə çatdırmış və bildirmişdir ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində misligörünməmiş vəhşiliklər törətmiş, dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmişlər. Baş konsul Xocalı faciəsinə yalnız ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini bildirmiş, soyqırımı aktının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışmışdır.
Qars Bələdiyyə sədri Murtaza Karaçanta və Qars vilayətinin digər rəsmi şəxsləri, eləcə də ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə İqdır şəhərində də anım tədbiri keçirilmişdir.
Baş konsul Nuru Quliyev tədbirdə çıxış edərək Xocalı soyqırımının törədilmə səbəblərindən danışmış, “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işləri diqqətə çatdırmışdır.
Tədbirdə İqdır Vilayətinin valisi Ənvər Ünlü, İqdırda fəaliyyət göstərən Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Türkiyə Respublikası Qazi Universitetinin müəllimi Cəmaləddin Daşburan və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, tarixçi-alim Həvva Məmmədova çıxış etmişlər.
Türkiyənin təhsil müəssisələrində də Xocalı soyqırımının ildönümü qeyd olunmuşdur. Belə ki, fevralın 21-də Qars şəhərindəki Anadolu Liseyində, fevralın 23-də Aralıq Dilucu Peşə və Texniki Anadolu Liseyində, İqdır Universitetində və fevralın 25-də Ərzurum Atatürk Universitetində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmişdir.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875925
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
852
3976
24315
66316
3875925

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter