19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə açıq dərs keçilib.
Dərsdə muzeyin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda danışıb. Bildirib ki, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə ölkəmiz üçün gördüyü ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, burada Azərbaycanın ilk milli nizami ordu hissələrini yaratmasıdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edilib, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılıb. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş moto­atıcı briqada təşkil edilib. 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul olunub.

Vurğulanıb ki, bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ordu quruculuğu sahəsində həyata keçirilən ciddi və məqsədyönlü tədbirlər nəticəsində, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri, eyni zamanda zabit və gizirlər üçün yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin silah-sursatla təminatı da qat-qat yaxşılaşdırılıb.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə zəmin yaradıb.
Sonda kursantlar muzeyin ekspozisiyası ilə tanış olublar.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704917
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
280
2795
3075
46009
3704917

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter