18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Fevralın 22-də Babək rayon Mədəniyyət Evində 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairəsinin məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazır­lanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb.
Bildirilib ki, muxtar respublikada bütün dairə seçki komissiyalarının, o cümlədən 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairəsinin müasir inzibati bina ilə təmin edilməsi, seçki məntəqələrinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması seçkilərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar açır.

Seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə ciddi vəzifələr düşür. Prezident seçkilərində seçki məntəqələri əməkdaşlarından tələb olunan əsas məsələ səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunmasını, seçkilərin demokratik prinsiplər əsasında keçirilməsini təmin etməkdir.
Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki komissiyaları seçkilərin hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına da bu komissiyalar tərəfindən nəzarət edilir. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirib ki, şəffaf seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən biri də dürüst seçici siyahılarının hazırlanmasıdır. Seçici siyahıları müvafiq seçki dairəsinin seçki məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahılarıdır və bu siyahılar rəsmi seçki sənədlərindən biri sayılır. Buna görə də seçicilər haqqında məlumatları təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.
Rəhman Məmmədov səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunmasının, seçkilərin azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirmiş, əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn Prezident seçkilərinin də ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini qeyd etmişdir.
Sonra Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədovun “Məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, rayon məhkəməsinin sədri Səxavət Bəylərlinin “Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri”, rayon prokuroru Əsrafil Əsgərovun “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Polis Şöbəsinin rəisi Teymur Quliyevin “Azərbaycan Respublikası Prezidenti seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının sədri Zahid Ələkbərovun “Seçki günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında məruzələri dinlənilib.
Çıxışlarda qeyd olunub ki, Babək rayonunun ərazisini əhatə edən 49 seçki məntəqəsi üzrə seçicilərin sayı 44 min 896 nəfərdir. Rayon ərazisində fəaliyyət göstərən 49 seçki məntəqəsindən 43-ü yeni tikilmiş binalarda yerləşdirilib və bu seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Prezident seçkilərinin qanunauyğun qaydada keçirilməsi üçün seçicilərə və seçki komissiyalarına Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq lazımi şərait ­yaradılacaq.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi HƏSƏNOV

*  *  *

Fevralın 22-də 5 saylı Şahbuz­-Babək Dairə Seçki Komissiyasında keçirilən seminar-­müşavirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyevin, rayon məhkəməsinin sədri Allahverdi ­Bağırovun, rayon prokuroru Daşqın Rəhimovun, Polis Şöbəsinin rəisi Elnur İsmayılovun, 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının sədri Taməddin Hüseynovun məruzələri dinlənilib.
Çıxışlarda bildirilib ki, 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyası üzrə seçki günü 37-si daimi, 9-u seçki gününə 5 gün qalmış yaradılması nəzərdə tutulan 45 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. 37 daimi seçki məntəqəsindən 25-i Şahbuz, 12-si isə Babək rayonunun ərazisində yerləşir. Dairə üzrə 27 min 350 seçici qeydə alınıb ki, onların 14 min 989-u Şahbuz, 12 min 361 nəfəri Babək rayonunun ərazisində yaşayan seçicilərdir. Onlardan 13 min 447-si kişi, 13 min 903-ü isə qadındır. Bu seçkilərdən 73-ü Şahbuz, 70-i Babək rayonunun ərazisində yaşayan 143 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcəkdir. Eyni zamanda dairə üzrə yaşı 100-dən yuxarı olan 4 seçici də vardır.
Qeyd olunub ki, Şahbuz rayonu ərazisində fəaliyyət göstərəcək 25 seçki məntəqəsindən 24-nə yeni tikilmiş binalarda müasir iş otaqları ayrılıb, onlar lazımi inventar və avadanlıqlarla təmin edilib, telefonlaşdırılıb. Həmin məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyət göstərməsi, səsvermənin qanuna­uyğun formada keçirilməsi üçün hər cür şərait yaradılıb. Rayon üzrə prezident seçkilərində iştirak edəcək seçicilərin hər birinin öz seçimini azad şəkildə ifadə etməsi üçün bütün texniki imkanlar nəzərə alınıb.

*  *  *

Sədərək Kənd İcra Nümayəndəliyinin akt zalında 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin, Sədərək rayonu üzrə əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov, rayon məhkəməsinin sədri Zülfiqar Əhmədov, rayon prokuroru Valid Mustafayev, ­Polis Şöbəsinin rəisi Hikmət Baxşıyev məruzələrlə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Sədərək rayonu ərazisində də mövcud olan məntəqələrin seçki komissiyaları üzvlərinin normal fəaliyyət göstərmələri üçün hər bir şərait yaradılıb. Belə ki, 1 saylı Şərur-Sədərək Seçki Dairəsi lazım olan inventarlarla, rabitə sistemi və sürətli internetlə təmin edilib.
Vurğulanıb ki, Sədərək rayonu üzrə seçicilərin sayı 10 min 335 nəfərdir. Bunlardan 5 min 192-si kişi, 5 min 143 nəfəri isə qadın seçicilərdir. İlk dəfə səs verəcək seçicilərin sayı 4 nəfərdir. Qarşıda duran əsas vəzifə rayonda seçki prosesinin demokratik və şəffaf başa çatdırılmasına nail olmaqdır.

 Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866172
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3687
4264
14562
56563
3866172

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter