18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

2018-ci il fevralın 20-də Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia Review” və Avropanın nüfuzlu qəzetlərindən olan “Moderndiplomacy” qəzetlərində Naxçıvan Muxtar Respublikası barədə məqalə nəşr edilmişdir. Həmin məqaləni diqqətinizə çatdırırıq.

Naxçıvan Muxtar Respublikasının rəhbəri cənab Vasif Talıbov Naxçıvanın regionlarının inkişafı, turizm infrastrukturunun yenilənməsi və meşə zolaqlarının salınması layihəsini həyata keçirməklə iqlim dəyişikliyi təhlükəsinə qarşı ölkəsinin dünya qarşısındakı mövqeyini möhkəmləndirmişdir. Paris müqaviləsinin memarları və beynəlxalq ictimaiyyət Azərbaycanın qərbində yerləşən Naxçıvanı Qərbi Avropa ölkəsi kimi inkişaf etdirən Ali Məclisin Sədrinin həyata keçirdiyi layihələrə daha çox diqqət yetirməlidir.
Son on il ərzində Ali Məclisin Sədri Naxçıvanın yenilənən enerji resurslarını köklü şəkildə dəyişmişdir. Naxçıvan Muxtar Respublikası ərazi nisbəti baxımından dünyanın ən çox hidroelektrik stansiyasına sahibdir. Naxçıvanda beş hidroelektrik, bir ədəd günəş enerjisi və bir ədəd qaz-turbin stansiyası tikilib istifadəyə verilmişdir.

Ermənistanla sərhəddən yalnız bir neçə metr məsafədə və tərk edilmiş təhlükəli bir erməni kəndindən yüz metr aralıda yerləşən nümunəvi Heydərabad qəsəbəsində tikilmiş yeni yol, orta məktəb, xəstəxana və şəhər mərkəzinin infrastrukturu cazibədar bir turizm marşrutudur.
Bundan əlavə, xarici ölkələrdən gələn qonaqlar Azərbaycan tərəfdə olan firavan şəhərin bütün şəraitini yüksək qiymətləndirdikləri bir vaxtda Ermənistan tərəfində isə çiy kərpic, yaxud palçıqdan tikilmiş evlərdə yaşayan kifayət qədər yoxsul bir cəmiyyət vardır. Həmin kənd Yerevan faşist rejimi tərəfindən bu vəziyyətə salınmışdır.
2017-ci il noyabrın 23-də Şərur rayonuna səfər edərkən mən yolun hər iki tərəfində Naxçıvan muxtar dövləti tərəfindən meşə zolaqlarının salınması ilə bağlı başladılan kampaniyanı müşahidə etdim. Meşə zolaqlarının salınması kampaniyasına vətəndaş cəmiyyətləri cəlb olunmuşdu. Ali Məclis Sədrinin ideya və yüksək rəhbərlik bacarığı Azərbaycan Respublikasının iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik olan turizm infrastrukturunu da əhatə edir. Tarixi-mədəni və arxeoloji abidələrin təmiri muxtar respublikanın dünyada təbliği üçün mühüm əhəmiyyətə malikdir.
Tarixi abidələrin bərpa edilməsi və turizm infrastrukturunun dəstəklənməsi sahəsindəki praktiki liderlik təşəbbüsü Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində mühüm rol oynamışdır.
Təxminən, Naxçıvan şəhərindən birsaatlıq məsafədə yerləşən Əlincəqala Ali Məclis Sədrinin ideyasının şah əsəridir. Bura əsas turistik ərazidir, VI əsrdə dağın üzərində tikilmiş tarixi abidə və mükəmməl mühəndislik ixtirasıdır. Müdafiə sistemini qüvvətləndirən istehkamlar 1800 metr yüksəklikdədir. Azərbaycanda yüksək hündürlükdə tikilmiş digər qalalar da var, lakin onlar Əlincəqala ilə müqayisə edilə bilməz. Təbii maneələr və istehkam birləşmələri bu qalanı alınmaz edib. Dağın üzərində 50-yə yaxın bina: anbarlar, hamam, təndirlər, zərbxana, silah anbarı və hökmdar sarayı yerləşmişdir. Bir çox hökmdarlar bu qalada öz xəzinələrini saxlamışdır; Azərbaycan Atabəyləri, Eldənizlər, Hülakülər və Cəlairilər.
O zaman Əlincəqaladan daha təhlükəsiz bir yer tapmaq çətin idi. Əlincəqala saxlancına qoyulan xəzinələrin miqdarı o qədər idi ki, Çobani sülaləsindən olan Məlik Əşrəfə həmin sərvəti daşımaq üçün 1000 dəvə və 400 ədəd qatır lazım olmuşdu.
Qartalların yuva qurduğu qalaya yalnız iki yol var. Qalanın şərq yamacında dar cığır var ki, oradan yalnız iki nəfər qalxa bilər, lakin həmin yol 3 divarla bağlanmışdır. Hər bir divarın hündürlüyü 9 metrdir və qırıq kərpicdən deyil, böyük daşlardan inşa edilmişdir. Divarları orta əsr topları ilə dağıt­maq belə, mümkünsüz idi. Bundan əlavə, qalaya gedən yollarda inşa edilmiş nəzarət binaları və xəbərdarlıq məntəqələri ilə yamaclar arasında, bir-birindən 20-25 addım məsafədə iki və ya üç balaca sığınacaq vardır. Ümumiyyətlə, Əlincəqalada hər bir santimetr ərazinin alınması hücum edənlərin həyatı bahasına başa gəlirdi. Qeyd etmək vacibdir ki, Əlincəqala dik dağın başında yerləşir və zirehli forma ilə təchiz olunmuş hər bir döyüşçünün qalaya qalxması onun gücünün tükənməsinə gətirib çıxara bilərdi. Buna görə də qalaya qalxmaq istəyənlər 600-dən çox qala müdafiəçisinin oxlarına asan bir hədəf olurdu.
Dünya tarixinə Naxçıvan Muxtar Respublikasının bəxş etdiyi bu tarixi abidə və digər orta əsr abidələri Naxçıvanda dəqiqliklə bərpa edilmişdir. Həmin abidələri ziyarət edib baxmaq çox asandır. Ali Məclis Sədri cənab Vasif Talıbov Naxçıvanı Avropanın ən gözəl yerlərindən birinə çevirmişdir. Əlincəqalada bərpa işləri onun təşəbbüsü ilə həyata keçirilmişdir.

Peter Tase
Amerikalı jurnalist və tədqiqatçı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866369
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3884
4264
14759
56760
3866369

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter