21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya xidmətində vakant vəzifələrin tutulması üçün 15 dekabr 2017-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilir.
Qeyd edək ki, müsabiqəyə 11 vakant vəzifənin tutulması üçün 125 namizəd sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 60, dünyagörüşü üzrə 10, informasiya texnologiyaları üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları müşahidəçi qismində iştirak ediblər.
Test imtahanlarının nəticələri gündəlik olaraq operativ şəkildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (www.dqmk.nmr.az) rəsmi internet səhifəsində yerləşdirilib.
Test imtahanları 22 fevral 2018-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4285506
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3324
5147
38671
116864
4285506

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter