22 Aprel 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

1979-cu il fevralın 11-də İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.
Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi İran İslam Respublikasına səfərləri Azərbaycanla İran arasındakı münasibətlərin əsasını qoymuşdur. “Azərbaycanın və İranın tarixi keçmişi, ölkə­lərimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir”, – deyən ulu öndər ali hakimiyyətə qayıdışından sonra da Azərbaycan-İran əlaqələrinin inkişafını diqqətdə saxlamış, dövlətlərarası münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ­imzalanan sənədlər, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır.

Bu gün Azərbaycan-İran əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirmişdir. Bütün bunlar isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin uğurlu inkişafını şərtləndirən əsas amillərdir. Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük İdarəsinin və Şahtaxtı Gömrük İdarəsinin sərhəd-keçid kompleksinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması və iş saatının artırılması, həmçinin muxtar respublikamıza səfər edən İran vətəndaşlarına sadələşdirilmiş qaydada viza olmayan birdəfəlik giriş icazələrinin verilməsi gediş-gəlişin artmasına, ticarət-iqtisadi əlaqələrin ilbəil genişlənməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalqlarımızı qədim tarix və ortaq dəyərlər birləşdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin müştərək dəyərlər əsasında inkişafına çalışırdı. Dahi şəxsiyyətin əsasını qoyduğu dostluq və qonşuluq münasibətləri bu gün xalqlarımızın iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir, qarşılıqlı əməkdaşlıq genişlənir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında yaranmış әmәkdaşlıq münasibәtlәri Azərbaycan-İran əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətə malikdir. Mövcud imkanlardan səmərəli istifadə əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradıb. Gömrük-keçid məntəqələrinin fəaliyyəti, iqtisadi-ticarət, energetika, turizm, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı və nəqliyyat sahəsindəki əlaqələrin dinamikası məmnunluq doğurur”.
2017-ci il əlaqələrin inkişafı baxımından məhsuldar olmuşdur. Belə ki, ötən il yanvarın 24-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadətin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olmuş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüş keçirilmişdir. İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti də Naxçıvan Muxtar Respublikasına səfər etmiş, səfər zamanı dərman preparatlarının birgə paketlənməsi və laboratoriya ləvazimatlarının istehsalı sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır. 2017-ci il martın 5-12-də isə İranın Qərbi Azərbaycan Vilayəti sahibkarlarının Naxçıvan şəhərində ikinci sərgi-satışı təşkil olunmuş, iyulun 3-də İran İslam Respublikasının Urmiya şəhərində İran və Azərbaycanın gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilmişdir. Görüşdə qarşılıqlı şəkildə gömrük keçidlərinin daha da sadələşdirilməsi, ticarət və tranzit əməliyyatlarının artırılması istiqamətində müzakirələr aparılmış, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin iş vaxtının ­ 12 saat­dan 16 saata çatdırılması və bir sıra digər mühüm məsələlərlə bağlı razılıq əldə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvətinə əsasən dekabrın 17-18-də İran İslam Respublikasında rəsmi səfərdə olması əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyətə malik olmuşdur. İki günlük səfər çərçivəsində Ali Məclisin Sədri İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, İslami Şura Məclisinin sədri Əli Laricani, İran-Azərbaycan Parlament­lərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian, İranın “Fərab” şirkətinin rəhbəri və nümayəndələri ilə görüşmüşdür. Keçirilən görüşlər zamanı Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Bu gün ölkələrimiz arasındakı münasibətlər davamlı inkişaf mərhələsinə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Münasibətlərimiz bu gün ən yüksək səviyyədədir. Biz qonşuyuq, dostuq, qardaşıq. İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formalaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2256623
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1646
4862
34430
123685
2256623

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter