15 İyul 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasındakı arxiv xidməti təşkilatları regionumuzun zəngin tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzləridir. Zaman keçdikcə xalqımızın əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinə daha çox müraciət olunur. Məhz bu xidmət vasitəsilə dövlət qurumlarının, eləcə də yerli və xarici tədqiqatçıların müxtəlif informasiyalara olan tələbatı ödənilir, vətəndaşların sosial-hüquqi xarakterli ərizə və sorğuları icra olunur. Bu baxımdan arxiv işinin günün tələbləri səviyyəsində qurulması qarşıda duran mühüm vəzifələrdəndir.

Qeyd edək ki, muxtar respublikamızdakı dövlət arxivlərinin fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu elmi-tədqiqat mərkəzləri üçün lazımi iş şəraitinin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Göstərilən dövlət qayğısı muxtar respublikada arxiv işinin təkmilləşdirilməsinə, xidmətlərin səviyyəsinin yüksəldilməsinə imkan verir. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi 2017-ci ili nailiyyətlərlə başa vurub, fəaliyyətində uğurlu nəticələr qazanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin tədbirlər planına uyğun olaraq ötən il Şahbuz, Şərur, Kəngərli, Babək və Ordubad Rayon Dövlət arxivlərində kompleks yoxlamalar və ictimai baxış keçirilərək, iş planlarının yerinə yetirilmə vəziyyəti, görülmüş işlərin keyfiyyəti və və­təndaşlar tərəfindən daxil olan sosial-hüquq xarakterli ərizə və sorğulara verilmiş arxiv arayışları yoxlanılaraq analiz edilib. Müəyyən edilmiş nöqsan və çatışmazlıqlar rayon dövlət arxivlərinin müdirlərinin diqqətinə çatdırılaraq, aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.
“Dövlət arxivlərinin maddi-texniki bazasının gücləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə göstərdiyi xidmətlərə görə Ödənişlər”in və həmin vəsaitin istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarının icrasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi və rayon dövlət arxivlərində 1 iyun 2017-ci il tarixdən ödənişli xidmətlərin göstərilməsinə başlanılıb. Həmin tarixdən 29 dekabr 2017-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə və rayon dövlət arxivlərinə vətəndaşlar, idarə, müəssisə və təşkilatlar tərəfindən 1031 sosial-hüquq xarakterli sorğu daxil olub. Bundan əlavə, ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin illik iş planında kağız əsaslı sənədlərin bərpa edilməsi 5500 vərəqə nəzərdə tutulub, 9631 vərəqə bərpa olunaraq illik plan 175 faiz yerinə yetirilib. Həmçinin 224 fotoşəkil bərpa edilib. Sənədlərin tikilməsi və cildlənməsi sahəsi üzrə illik 4500 saxlama vahidinə qarşı 5803 saxlama vahidi tikilib. Eyni zamanda kağız əsaslı sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması maddəsi üzrə illik 120 min saxlama vahidinə qarşı 129 min 327 saxlama vahidinin mövcudluğu yoxlanılıb, 6000 fotosənədin və 2720 kinolentin mövcudluğu yoxlanılaraq müvafiq aktlar tərtib edilib. İdarə tərəfindən sənədlərin elektron daşıyıcılara köçürülməsi də diqqət mərkəzində saxlanılıb, nəzərdə tutulmuş 43 min vərəqəyə qarşı 48 min 9 vərəqə elektron daşıyıcılara köçürülüb. Bundan əlavə, komplektləşdirmə mənbəyi olan idarə, müəssisə və təşkilatlardan bəhs edilən dövrdə 7674, ümumilikdə isə həm dövlət qurumlarından, həm də rayon dövlət arxivlərindən 12 min 662 saxlama vahidi sənəd daimi mühafizə üçün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə qəbul edilib.
Məlum olduğu kimi, arxiv sənədlərindən tədqiqat işlərində istifadə olunması qurumun əsas fəaliyyət istiqamətlərindəndir. Bəhs edilən dövrdə Dövlət Arxiv Fondu sənədlərindən istifadə edilməklə “Ordubad Pedaqoji Texnikumu (1937-1958)” , “Naxçıvan Musiqi Kolleci (1974-2017)”, “Naxçıvan Tibb Texnikumu”, “Milli ədəbi-mədəni fikrimizin bayraqdarı – Eynəli bəy Sultanov (1866-1935)”, “Zamandan yüksəkdə dayanan insan – Hüseyn ­Cavid-135”, “Naxçıvan Kənd Təsərrüfatı Texnikumu (1936-1939)”, “Cəlil Məmmədquluzadə adına Müəllimlər İnstitutu (1939-1954)” adlı tədqiqat işləri hazır­lanaraq 314 nömrəli fonda verilib. Bundan əlavə, Dövlət Arxiv İdarəsində mühafizə edilən Naxçıvan və Ordubad şəhərinin kameral siyahılarından qədim məhəllə adları seçilərək rus dilindən tərcümə olunub, onlar haqqında məlumatlar sistemləşdirilib, “Naxçıvan şəhərinin qədim məhəllə adları” və “Ordubad şəhərinin qədim məhəllə adları” mövzularında tədqiqat işləri hazır­lanaraq eyniadlı fonda verilib. Bundan əlavə, ötən il Rusiya Federasiyasından arxivə daxil olan 30 sorğuya cavab hazırlanıb.
Muxtar respublikanın tanınmış ­şəxsiyyətləri ilə bağlı şəxsi fondların yaradılması da diqqət mərkəzində saxlanılıb. Görülmüş bu işlərin nəticəsində ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elman Həbibin, şair-publisist Vaqif Məmmədovun, Böyük Vətən Müharibəsi veteranı Vəli Əliyevin şəxsi fondları yaradılıb, Azərbaycanın xalq artistləri Sofiya Hüseynovanın və Tofiq Mövləvinin şəxsi sənədləri Dövlət Arxivinə gətirilərək arxiv qaydalarına uyğun elmi-texniki cəhətdən tərtib olunmağa başlanılıb.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin tarixə, mədəniyyətə və mühüm dövlətçilik ənənələrinə malikdir. Eyni zamanda bu qədim Azərbaycan diyarı bir çox tanınmış şəxsiyyətləri ilə məşhurdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində qorunub saxlanılan sənədlər bu zəngin tarixi və mədəniyyəti daha dərindən öyrənməyə, müxtəlif sahələrdə fəaliyyət göstərmiş insanların həyat yoluna nəzər salmağa yeni imkanlar açır.


Mehman MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2732807
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4725
4754
35278
74046
2732807

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter