16 Avqust 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Vətən səngərdən başlayır. Bu gün bu deyim hər kəsin dilində səslənir, ürəklərdə bəslənən sonsuz Vətən sevgisindən xəbər verir. Bəli,Vətənin hər qarış torpağı bizlər üçün ən dəyərli nemətdir. Təsadüfi deyil ki, xalqımız Vətən kəlməsini hər zaman ana kəlməsi ilə birgə işlədir. Çünki qoynunda böyüyüb boya-başa çatdığımız bu diyar anamız qədər əziz və doğmadır.

Bu gün hər bir azərbaycanlı düşmən tapdağında olan torpaqlarımızı azad etməyə hazırdır. Babalarımızdan miras qalan bu yurdu göz bəbəyi kimi qorumaq qarşımızda duran əsas amaldır. Bu istiqamətdə dövlətimiz tərəfindən daim məqsədyönlü tədbirlər görülür. Həyata keçirilən işlər nəticəsində ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, səriştəli və vətənpərvər hərbçi kadrlar hazırlanır, hərbi qulluqçuların sosial şəraiti yaxşılaşdırılır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun son illər gücünə güc qatılıb, onun döyüş texnika və sursatlarının sayı xeyli artırılıb, müasir ordu modeli formalaşıb. Ötən il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə bağlı möhtəşəm hərbi paradın keçirilməsi, eləcə də Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunan nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülməsi həyata keçirilən tədbirlərin nəticəsidir. Son illər peşəkar kadrların ordu sıralarına cəlbi əsgərlərin döyüş ruhuna da böyük təsir göstərir. Əsgərlərimiz qarşılarında duran mühüm tapşırıqları yerinə yetirmək üçün xidməti vəzifələrinə ciddi əməl edirlər. Mənfur düşmən də yaxşı dərk edir ki, qarşısında dayanan məhz qüdrətli Azərbaycan əsgəridir.

Əlahiddə Ümumqoşun Orduda ölkəmizin digər bölgələrinin çağırışçıları da xidmət keçir. Dövlətimiz onlar üçün yaxşı xidmət şəraiti yaradıb, həmin əsgərlərin valideynləri ilə mütəmadi görüşləri təmin edilir, bayram günlərində onlara sovqatlar paylanılır, konsert proqramları təşkil olunur. Bu da onları Vətən keşiyində daha məsuliyyətlə dayanmağa ruhlandırır.
Ötən günlərdə Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət keçən əsgərləri ilə söhbətimizdə vətən oğullarının məğrurluğunu daha yaxından gördük. Söhbət zamanı əsgərlər bildirdilər ki, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə vətən keşiyində dayananlar üçün yaradılmış şərait yüksək səviyyədədir. Əsgər yataqxanaları kommunal sistemlərlə təchiz olunub. Postdan qayıdan əsgərlər burada televizora baxır, rahat çarpayılarda dincəlir, istirahətlərini mənalı keçirə bilirlər. Ucqar dağ yerində müasir infrastrukturun yaradılması, isti və soyuq suyu olan hamam və sanitar qovşağın inşa olunması da bu məqsədə xidmət edir. Hərbi hissələrin ərazisində müxtəlif idman qurğuları quraşdırılıb ki, bu da əsgərlərin fiziki hazırlıqlarını artırmalarına imkan verir. Şəxsi heyətin qidalanmasına da ciddi nəzarət olunur, keyfiyyətli ərzaq məhsulları düzgün şəraitdə saxlanılır.
Müsahibimiz Şərur rayonundan hərbi xidmətə çağırılan əsgər Fuad Səfərov dedi ki, Vətənin keşiyində dayanmaq şərəfli işdir. Bunu biz əsgərlər dərindən dərk edirik. Xidmətdə olduğum müddətdə çoxlu hərbi biliklərə yiyələnməyə çalışıram. Komandirlərimiz bizimlə mütəmadi olaraq müxtəlif mövzularda söhbətlər aparır, keçilən dərslərdə döyüş hazırlığının sirlərini öyrənirik. Doğma torpağımız daim vətənpərvər övladlar böyüdüb. Vətən yolunda canından keçən mərd oğullarımız da çoxdur. Onlar öz qəhrəmanlıqları ilə adlarını əbədi olaraq şanlı tariximizə yazdırıblar. Biz də həmin igidlərdən nümunə götürməliyik. Mən və əsgər yoldaşlarım mənfur düşmənə hər an layiqli cavab verməyə hazırıq.
Digər bir Vətən keşikçisi əsgər Rəvan Yamənlinin də fikirləri maraqlıdır. Onun dediklərindən:
– Məktəb illərindən hərbiyə böyük marağım olub. Elə o illərdə hərbi rəhbərimiz bizi hərbi hissələrə aparır, orada texnika və sursatlarla tanış olurduq. Ön xətdə xidmət etməyin necə məsuliyyətli və çətin olduğunu da o zamanlar anlamışdım. Arzum bu idi ki, cəbhə bölgəsində xidmət keçim. Bu gün həmin arzum həyata keçib. Amma bir arzum da var ki, o arzu bu gün hər bir azərbaycanlının ürəyində səslənir, damarlarda axan qanını coşdurur: düşmən üzərində zəfər çalaq. Bunun üçün Ali Baş Komandanın əmrini gözləyirik.
Ağdam rayonundan hərbi xidmətə çağırılmış əsgər Bəxtiyar Rəhimov Əlahiddə Ümumqoşun Ordunun sıralarında xidmət etdiyi üçün böyük fərəh hissi keçirdiyini deyir:
– Hərbi xidmətə gəlməzdən öncə atam mənə tez-tez yaşadığı müharibə illərindən söhbət açar, o günlərin ağrı-acısından, mənfur düşmənin xalqımıza qarşı etdiyi fitnəkarlıqdan, qəhrəman oğullarımızın göstərdiyi igidliklərdən bəhs edərdi. Mən bu söhbətlərdən çox təsirlənərdim. Doğma torpağımızdan düşmən ayağının çəkiləcəyinə bugünkü ordumuzun gücü tam zəmanət verir. Məni xidmətə yola salan ata və anam da ordumuzun qələbə xəbərini gözləyir, zəfər gününün uzaqda olmadığını yaxşı bilirlər. Qoy namərd düşmən bilsin ki, bizim Mübariz İbrahimov, Qabil Orucəliyev və Çingiz Qurbanov kimi yüzlərlə mərd, Vətənini sevən oğullarımız yetişib.
Növbəti həmsöhbətim nümunəvi xidməti ilə seçilən əsgər İsa Bayramov da hərbi xidmətin onda yaratdığı döyüş əzmindən bəhs etdi:
– Vətən torpağı uğrunda canından keçən hər bir əsgər yoldaşımız bizim üçün nümunədir. Biz də onlar kimi son damla qanımıza qədər vuruşmalı, uca bayrağımızı işğalda olan torpaqlarımızda dalğalandırmalıyıq. Əsgər yoldaşlarımla tez-tez bu barədə söhbətlər edirik. Vətənpərvər oğulların keçdiyi döyüş yolu bizi qələbəyə səsləyir. Hərbi xidmət mənə yaxşı dostlar da qazandırıb. Bizim üçün bir amal var – Vətən torpaqlarını qorumaq. Şəhid olan qardaşlarımızın qisasını almaq üçün hər an döyüşə atılmağa hazırıq. Düşmən Azərbaycan əsgərinin gücünə yaxşı bələddir. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərinin mübarizliyini, igidliyini təkcə düşmən deyil, bütün dünya gördü. Biz əsgərlər inanırıq ki, doğma torpaqlarımızı azad etmək uğrunda apardığımız tarixi və müqəddəs mübarizəmiz qalib gələcək.
Vətənpərvər oğullarla söhbətdən təsirlənməmək mümkünsüzdür. Onlar vətənimizin keşiyində mətinliklə dayanıb, gözlərini bir an belə qırpmadan doğma torpaqlarımızı qoruyurlar.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883717
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4502
4351
17406
70411
2883717

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter