25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahədə qazanılmış nailiyyətlər ordu quruculuğunda da uğurların qazanılmasına imkan verir.
Belə ki, muxtar respublika ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, ordumuz ən müasir silahlarla təchiz olunur, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazır­lığı artırılır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdirilib.
Ötən il Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzi istifadəyə verilib, mərkəzi hərbi xəstəxananın, tibb, texniki qulluq və texniki nəzarət məntəqələrinin, avtomobil dayanacağının, anqarın tikintisi davam etdirilib. Bundan əlavə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb, sərhəd diviziyasında yaşayış binasının, Qaraçuq kəndi ərazisində sərhəd nəzarət məntəqəsinin inzibati binasının yenidən qurulması, Şərur rayonunda “N” hərbi hissədə infrastruktur obyektlərinin, Babək rayonunda qərargah binasının və texniki istismar hissəsinin tikintisi davam etdirilib. Eyni zamanda Şərur rayonunda qərargah binasının, əsgər yeməkxanasının və əsgər yataqxanasının, Babək rayonunda anqarın tikintisi başa çatdırılıb, Culfa rayonunda dörd, Şahbuz rayonunda üç anqarın tikintisi davam etdirilib.

Qeyd edək ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər mahiyyət etibarilə ötən il daha böyük əhəmiyyət daşıyıb. Belə ki, 2017-ci il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad hər kəsin yaddaşında dərin iz buraxıb. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 minə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Bu möhtəşəm tədbir müxtəlif xarici ölkələrin mətbuatında da işıqlandırılıb. Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülməsi də ötən ilin əhəmiyyətli uğurlarındandır.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6914257
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2680
20122
118977
450995
6914257

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter