20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Babək Rayon Mədəniyyət Evində keçirilən tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açıb.
Təşkilat sədri bildirib ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası çox mürəkkəb tarixi şəraitdə yaradılıb. 1992-1993-cü illərdə partiyanın yerlərdə rayon təşkilatı və özəklərinin yaradılması prosesi gedib. Partiyanın Babək Rayon Təşkilatı isə 1993-cü il yanvar ayının 30-dan fəaliyyətə başlayıb.
Bildirilib ki, yaradılmasının 25 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis konfransı dahi rəhbərimiz Heydər Əliyevin iştirakı ilə keçirilib. Konfransda ulu öndər çıxış edərək mövcud tarixi şəraitdən, ictimai-siyasi vəziyyətdən, yeni yaradılan rayon təşkilatı qarşısında duran vəzifələrdən danışıb.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayon üzrə partiya sıralarına 111 nəfər qəbul olunub ki, onlardan 85-i gəncdir. Hazırda rayon üzrə 55 ərazi ilk partiya təşkilatı öz ətrafında 6748 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2822 nəfəri qadınlar, 2292 nəfəri isə gənc­lərdir. Babək qəsəbəsi və kəndlərdə yerləşən ərazi ilk partiya təşkilatları hər cür şə­raitlə təmin olunmuş müasir inzibati binalarda fəaliyyət göstərirlər.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov partiya üzvlərini yubiley münasibətilə təbrik edərək deyib ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı xarakter daşıması, dövlətçiliyin və müstəqilliyin qorunması Yeni Azərbaycan Partiyasının platformasının təməl prinsipidir. Ötən dövr ərzində ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda da aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edib.
İcra başçısı bildirib ki, Yeni Azərbaycan Partiyasının uğurları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonunu da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə hər il rayonun qəsəbə və kənd­lərində kompleks quruculuq işləri aparılır, məktəb binaları tikilir, yaşayış məntəqələri abadlaşdırılır, körpülər, yollar salınır, yeni iş yerləri açılır. Təkcə 2017-ci ildə rayonda İcra Hakimiyyətinin inzibati binasında yenidənqurma işləri aparılıb, Ali Məclis Sədrinin iştirakı ilə Nehrəm kəndində Heydər Parkı və üzümçülük təsərrüfatı istifadəyə verilib. Şıxmahmud və Xəlilli kənd­lərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol, eləcə də su-kanalizasiya sistemləri yenidən qurulub. Bundan başqa, rayonun ucqar dağ kəndlərindən olan Payızda və Gərməçataqda kompleks qurucu­luq tədbirləri reallaşdırılıb, əhalinin rahatlığı təmin edilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxışında bildirib ki, 25 illik tarixə və böyük siyasi nüfuza malik Yeni Azərbaycan Partiyasının əsasının ulu öndər tərəfindən doğma diyarımızda qoyulması hər birimiz üçün qürurvericidir. Qeyd olunub ki, bu gün Babək rayonunda da partiya sıraları gəncləşir, üzvlər Heydər Əliyev ideyalarının gerçəkləşməsində yaxından iştirak edirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadın­lar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, təşkilatın Gənclər Birliyinin sədri Elnur Abbasov və Nehrəm kənd ərazi ilk partiya təşkilatının sədri Tofiq Abutalıbov çıxış ediblər.
Sonra partiya üzvlüyünə yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına hədiyyələr təqdim olunub. Şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782892
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
954
1827
5442
47209
3782892

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter