20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqini hazırlayıb. Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyevlə söhbətimiz də bu mövzuda oldu. Telman Əliyev əvvəlcə təşkilatın fəaliyyət istiqamətləri barədə danışaraq dedi:
– Məlum olduğu kimi, “Caspian European Club” dünyanın 70 ölkə­sinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən, dinamik inkişaf edən regional təşkilatlardan biridir. Təşkilatımız 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib. Yarandığı ilk gündən “Caspian European Club”un sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Klubun əsas hədəfi neft sahəsindən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına cəlb etmək, iqtisadiyyat, energetika, gömrük, vergi, ətraf mühitin mühafizəsi və sair məsələlər üzrə ümumi pro­qramın hazırlanması üçün informasiya səviyyəsində lazımi şəraitin formalaşdırılmasında iştirak etmək, xarici və yerli biznes nümayəndələrinin problemlərinin sistematik öyrənilməsi və bu məlumatların Prezident Administrasiyası, hökumət, parlament və iqtisadi bloka nəzarət edən dövlət qurumlarına çatdırmaqdır. Eyni zamanda təşkilat əlverişli investisiya və biznes mühitinin yaradılmasını şərtləndirən proqram və təklifləri həyata keçirir, regional əhəmiyyətli müxtəlif informasiya layihələrini gerçəkləşdirir, biznes-forum, dəyirmi masa və işçi qruplar çərçivəsində dövlət qurumları ­ilə özəl sektor arasında dialoqu ­dəstəkləyir.

Onu da qeyd edim ki, “Caspian European Club” dünyanın 70 ölkə­sində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. “Caspian European Club”un sədri cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, reytinq siyahısı hazırlanarkən müşahidə edilən müsbət hallar ölkəmizdə tətbiq olunsun. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkə­mizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Xüsusilə muxtar respublikada alternativ və bərpa­olunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması, yüksək standartlara uyğun yeyinti məhsullarının istehsal edilməsi, müasir turizm infrastrukturu, biznes və investisiya mühiti üçün yaradılan şərait ekspertlər tərəfindən düzgün idarəetmənin nəticəsi kimi dəyərləndirilib. Təsəvvür edin ki, inkişafına görə seçilən Avropa qitəsində belə, 60 faiz alternativ və bərpa­olunan enerjidən istifadə edən ölkə yoxdur. Bu baxımdan ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxması heç də təsadüfi deyil.
Bununla əlaqədar yanvarın 23-də Heydər Əliyev Muzeyində tədbir keçirildi. Həmin tədbirin məhz Heydər Əliyev Muzeyində keçirilməsi mühüm əhəmiyyətə malikdir. Çünki muxtar respublikanın, bütövlükdə, ölkəmizin inkişafı ulu öndərimizin adı, Onun siyasi xəttinin uğurla davam etdirilməsi ilə bağlıdır. Tədbirdə bu məqamlar, xüsusilə vurğulandı.
Onu da qeyd etmək istərdim ki, mən ilk dəfədir, Naxçıvana gəlirəm. Muxtar respublikada infra­struktur yüksək səviyyədə qurulub, çəkilən yollar, tikilən binalar çox gözəldir. Naxçıvan Muxtar Respublikası investisiya baxımından da cazibədar məkandır. Muxtar respublikada bir sıra əhəmiyyətli sahələr üzrə müsbət təcrübə formalaşıb. Bu mənada, Naxçıvan təcrübəsindən çox şey öyrənmək olar. Burada görülən işlər, həyata keçirilən əhəmiyyətli tədbirlər bir daha belə deməyə əsas verir ki, muxtar respublika bundan sonra da nümunə olaraq qalacaqdır.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782767
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
829
1827
5317
47084
3782767

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter