17 Yanvar 2019, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

20 Yanvar faciəsindən 28 il ötür. Bu faciə ən yeni tariximizə xalqımızın müstəqillik uğrunda mübarizəsinin uca zirvəsi kimi yazılıb. Reallıq budur ki, əgər həmin illərdə biz müstəqil dövlətə və bu müstəqilliyin qarantı olan güclü milli orduya malik olsaydıq, onda nə 20 Yanvar, nə də Xocalı faciələri baş verərdi. Ancaq o tarixi dövrdən fərqli olaraq bu gün qürurla deyə bilirik ki, bizim müstəqil dövlətimiz və güclü ordumuz var. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qurulan milli ordumuz bu gün təkcə regionun deyil, dünyanın ən güclü ordularından biridir.

Ötən dövrdə ordu quruculuğuna dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğı Silahlı Qüvvələrimizin yeni mərhələyə qədəm qoymasına şərait yaratmaqla yanaşı, ölkəmizin regionda nüfuzunun artmasına da öz təsirini göstərib.
Qeyd edək ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda ilk milli ordu hissələrinin yaradılmasına Naxçıvandan başlayıb. Məhz həmin dövrdən etibarən muxtar respublikada ordu quruculuğu bir çox mərhələlərdən keçib və ötən hər il hərbi hissələr daha da təkmilləşdirilib. 2013-cü ilin dekabrında isə muxtar respublikada 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən atılan bu tarixi addım Naxçıvanın hərbi gücünün artırılmasında yeni bir mərhələyə çevrilib. Qısa müddət ərzində Əlahiddə Ümumqoşun Ordusu müxtəlif təyinatlı müasir döyüş texnikaları ilə təmin olunub, şəxsi heyətin sayı dəfələrlə artırılıb.

Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də iqtisadi və sosial sahədə əldə edilmiş nailiyyətlər ordu quruculuğunda da uğurların qazanılmasına imkan verib. Ötən illərdə orduda döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülüb, muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazır­lığı əhəmiyyətli dərəcədə artırılıb. 2017-ci ildə bu sahədə görülən işlərin davamı kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin iştirakı ilə Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində 900 yerlik əsgər yataqxanası və Əsgəri-Məişət Kompleksi istifadəyə verilib.
2017-ci tədris ilində Silahlı Qüvvələrin muxtar respublikada yerləşən birləşmə və hərbi hissələri hər bir tapşırığı peşəkarlıqla yerinə yetiriblər. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 12-15-də Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri keçirilib. Təlimə Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin, ümumilikdə, 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib, qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov birgə əməliyyat taktiki təlimi izləyib, təlimdə iştirak edən şəxsi heyətə təşəkkürünü bildirərək deyib: “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşki­latlanma yolu keçərək daha da möhkəmlənmişdir”.
Ötən ilin yaddaqalan hadisələrindən biri də oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünün qeyd olunmasıdır. Bu münasibətlə keçirilən hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrinin güc və qüdrətini bir daha nümayiş etdirib.
Həmin gün Əlahiddə Ümumqoşun Ordusunun yeni Təlim-Tədris Mərkəzi də istifadəyə verilib. Üç mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Burada yaradılmış şərait hərbi tədris pro­qramının keyfiyyətlə mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına imkan verir.
Ötən il dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissədə və hərbi hissənin əhatə etdiyi postda olması, burada əsgər və zabitlərlə görüşməsi dövlətimizin orduya göstərdiyi qayğını bir daha özündə əks etdirir. Bütün bunların nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordusu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb.
Xatırlatmaq lazımdır ki, Silahlı Qüvvələrimizə göstərilən böyük dövlət qayğısı bununla bitmir. Elə 2018-ci ilin ilk ayında – yanvarın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki xidməti yaşayış binasının əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilməsi bu sahədə görülən işlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yeni ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti yaşayış binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə sərhədçi ailələrini təbrik edərək deyib: “Ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilir, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılır. Bununla yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Bütün bunlar da Azərbaycan dövlətinin orduya və zabit ailələrinə göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir”.
Muxtar respublikada sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Həmin gün istifadəyə verilən yaşayış binası da sərhədçi ailələrinin müasir və təhlükəsiz şəraitdə yaşamasına imkan verib.
Bütün bunlar onu deməyə əsas verir ki, muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin səviyyəsi ölçüyəgəlməzdir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın düşmənlə sərhəddəki bütün təmas xəttini nəzarətdə saxlamağa imkan verir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikamızın təhlükəsizliyinin təminatçısına çevrilən Əlahiddə Ümumqoşun Ordusu hər keçən gün gücünü daha da artırır. Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, bu ordunun indiyədək müxtəlif taktiki təlimlərdə yüksək nəticələr əldə etməsi düşmənlərimizi indi daha çox narahat edir.
Bu gün hər birimiz qürur hissi keçiririk ki, biz müstəqil dövlətdə yaşayırıq, xalqımız bu Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızı unutmur, onları elliklə yad edir. Bu qürur hissini isə bizə qüdrətli müstəqil Azərbaycan və onu qoruyan güclü Ordumuz yaşadır.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3538335
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2113
4172
15475
61577
3538335

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter