19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Cənubi Qafqazın, Azərbaycanın xəritəsinə baxanda Sədərək kiçik bir nöqtə kimi görünür. Lakin Türk dünyasını bir-birinə bağlayan bu bölgənin əhəmiyyətini dərk etmək üçün, sadəcə, bir məqama diqqət yetirmək kifayətdir. 1990-cı ilin yanvarında sovet imperiyasının işğalçı qoşunları Bakıya hücum etdikləri vaxtda onun əlaltısı olan Ermənistanın quldur dəstələri də Sədərəyi ələ keçirməyə çalışırdılar. 

1990-cı ilin yanvarında soyuq qış gecəsində Bakıda gülləbaran edilmiş günahsız insanların qulaqbatıran fəryadları təkcə yerin deyil, göyün də bağrını yarırdı. Lakin, nədənsə, bu haraylar bəzi yatmış vicdanları oyatmırdı. Müasir silahlarla silahlanmış ordu əliyalın, günahsız insanların üzərinə hücuma keçir, dinc əhaliyə ağır divan tuturdu. Düşmən Sədərəkdə də eyni vəhşilikləri törətməyə çalışırdı. Amma xalqın azadlıq və istiqlaliyyətini boğmaq istəyən imperiya dairələrinə igid oğullarımız öz qanı bahasına cavab verirdi.
Həmin illərdə Naxçıvan olduqca gərgin günlər yaşayırdı. Sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan ulu öndər Heydər Əliyevin dediyi kimi, “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azadlıqdan məhrum olunmağa məcbur edilən xalq ov tüfənginə sarılaraq mərdliklə, rəşadətlə döyüşüb, torpaqlarımızın bütövlüyü uğrunda canını sipər edib əsl qəhrəmanlıq nümunəsi göstərirdi.

O qanlı-qadalı günlərin ağrı-acılı, eyni zamanda qürurla yad edilən hekayələrini Sədərək döyüşlərinin şahidlərindən dinləyirəm. Sədərəklilərlə həmin günlər haqqında söhbət edərkən o zaman getdikcə gərginləşən bir vəziyyətdə ermənilərin hər an sərhəd kəndinə hücum edə biləcəyi ehtimalının artması, yerli əhalinin uşaqdan-böyüyə bir olub Naxçıvanın hər yerindən gələn el köməyinin də gücü ilə düşmənə layiqincə cavab verməsi bir daha gözlərim önündə canlanır.
Sədərəkli bir qadının söylədikləri isə qəlbimi riqqətə gətirir. Kəndə hücumların səngidiyi bir vaxtda səngərdə döyüşən həyat yoldaşı kənddə qalmış ailəsini güllə yağışının altından daha təhlükəsiz yerə çıxarmaq üçün evinə gəlir. Qadının isə cavabı qəti olur: “Nə qədər ki biz bu kənddəyik, sənin torpağı qorumaq istəyinin üzərinə bir də ailəni, övladını və namusunu qorumaq vəzifəsi gəlir. Doğma ocağımız olmadıqdan sonra biz yaşasaq, nə dəyişər! Get və elə döyüş ki, bizi kənddən çıxarmaq məcburiyyətində qalma”.
Erməni canilərinin misligörünməmiş vəhşiliklərinin digər bir şahidi Sədərək kənd sakini Ramiz İbrahimov da ağrılı-acılı o günləri yad edir. Həmin günləri gözyaşları ilə xatırlayan Ramiz müəllim Oğuz yurdunun ilk şəhidi olan günahsız körpələr – Malik və Elvin Nəsirov qardaşları haqqında ürəkağrısıyla danışır: – Yanvar ayının 19-u, günorta vaxtı idi. Düşmən kəndi top atəşinə tutur, muxtar respublikanın ən böyük kəndi olan Sədərəyi ələ keçirmək istəyirdi. Sədərəyə yağan top mərmilərindən biri elə həyət darvazasının yanındaca 6 yaşlı Elvin və 4 yaşlı Malik qardaşlarını qanına qəltan etdi. Həmin vaxt bu günahsız körpələrin atası Tofiq Nəsirov kəndin qeyrətli oğulları ilə birlikdə Sədərəyə dolmaqda olan vəhşi ermənilərin hücumunun qarşısını alırdı. Oğlunun ölüm xəbərini eşidən ata Vətənin müdafiəsinin oğul itkisindən üstün olduğunu düşünərək Sədərəyin ən odlu nöqtəsi olan Qırmızılar dağındakı səngərdən enmək istəmədi. Dəstənin rəhbəri Vəli Kərimov Tofiqi kömək gətirmək adı ilə Sədərəyə yolladı. Körpə şəhidlərin atasının günahsız qurbanların dəfni zamanı bu sözləri hələ də qulaqlarımdan getmir: “Mənim şəhid olan cüt oğlumun ölümünə görə kim mənə təsəlli vermək istəyirsə, silahı götürüb arxamca gəlsin Qırmızılar dağına. Şəhidlərimizin ruhunu yalnız yurdumuzu qorumaqla şad edə bilərik”.
Düşmən nə qədər məkrli, nə qədər silahlanmış olsa da, o, torpağa bağlı, amalı bir olan insanları heç zaman qorxuda bilməz. Bir vaxtlar güllə səslərindən qulaq tutulan, mərmi yağışından həyət-bacaları dağılan “Qeyrət qalası” Sədərəyi qoruyan hünərli oğullara bata bilməyən mənfur düşmənlər bu gün səksəkədədirlər. Çünki bir zaman Vətən yalnız xalqın iradəsinin, mərdliyinin, yurda bağlılığının, torpağa sədaqətinin hesabına qorunurdusa, bu gün həm də sərhəddə ayıq-sayıq dayanan əsgərlərin, müasir texnikaya malik ordunun və dövlətin böyük qayğısının gücü ilə qorunur.
Sədərəyin bugünkü büsatını o günlərin mənəvi yaralarına, ağrı-acılarına məlhəm çəkən sakinlərlə bu qədim yurdun xoş günlərini gördükcə ürəyimiz dağa dönür. Bir zamanlar sabaha ümidləri qalmayan sədərəklilər bu gün daha xoş günlərə, aydın sabahlara, parlaq gələcəyə doğru inamla irəliləyirlər. Bu inamı isə onlara güclü, sarsılmaz, müstəqil Azərbaycan dövləti verir.
...Gözlərim Sədərəyin sinəsində ucalan və qürurla dalğalanan üçrəngli bayrağımıza zillənib. Sanki o döyüşlər zamanı Sədərəkdə qazi və şəhid olan oğullarımızın qanının rəngi əks olunub bu bayraqda. Bəli, qan da qırmızıdır, azadlığın qırmızısı! Bu rəng eynilə Sədərək kimi iki türk elinin bayraqlarını bir birinə bağlayır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612352
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
396
3542
89492
135594
3612352

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter