25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Yeni Kərki Kənd Mərkəzində 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirib ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Sovet imperiyası rəhbərliyinin 20 Yanvar faciəsini törətməkdə məqsədi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli azadlıq hərəkatına zərbə vurmaq idi. Həmin gecə 147 nəfər Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib.

Qeyd olunub ki, 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bu faciə ilə bağlı etiraz səsini ilk olaraq Moskvada xalqımızın böyük oğlu ucaldıb. Hadisələrin ertəsi günü Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələn ümummilli lider orada bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib. Ulu öndər Heydər Əliyev bununla, ilk növbədə, vətəndaşlıq borcunu yerinə yetirib, milli mövqeyini nümayiş etdirib.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə ilk dəfə 20 Yanvar hadisələrinə siyasi­-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb.
Sevda Quliyeva bildirib ki, bu hadisənin qurbanları, şəhid ailələri bu gün də unudulmur, onların sosial təminatının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov, təşkilatın şura üzvü Tahir Məmmədov, Yeni Kərki kənd ərazi ilk partiya təşkilatının sədri Ülviyyə Taharova, Yeni Kərki kənd tam orta məktəbinin direktoru Təhminə Hümbətova çıxış edərək bildiriblər ki, 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsi, Azərbaycanın milli azadlıq hərəkatının yüksəliş günüdür.
Tədbirdə məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videomateriala baxış olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128992
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1796
4356
6152
92592
4128992

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter