17 Yanvar 2019, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Fəaliyyət göstərdiyi müddətdə nazirliyin səlahiyyətləri bir neçə dəfə məhdudlaşdırılaraq başqa orqanlara verilmiş, sabit fəaliyyət istiqaməti olmamışdır. 1956-cı ildə onun səlahiyyətləri Ali Məhkəmə, prokurorluq və digər orqanlara verilmişdir. Ulu öndər Heydər Əliyev ölkəmizdə ilk dəfə rəhbərliyə gəlişindən sonra respublikanın qanunvericilik sisteminə, hüquq-mühafizə orqanlarının statusuna, ədliyyə sisteminə diqqət göstərmiş, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. 1971-ci il mayın 5-də Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis edilmişdir. 1990-cı il noyabrın 17-dən etibarən isə qurum Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi adlanmışdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların aparılmasına başlanmışdır. Ümummilli liderin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi.

Ulu öndərin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə qərarlarının və cəzaların icrası, normativ aktların qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, digər maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verildi. Bundan sonra azsaylı ştat vahidi ilə fəaliyyət göstərən nazirliyin aparatının yeni strukturu təsdiq edildi, yeni şöbə və bölmələr yaradıldı, gənc hüquqşünaslar ədliyyə orqanlarına işə qəbul olundular.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, mükəmməl normativ-hüquqi baza yaradılmışdır. Ötən müddət ərzində ölkəmizdə ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, gələcək perspektivlərə hesablanmış mühüm dövlət proqramları qəbul edilmişdir. Ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı” haqqında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, “Ədliyyə orqanlarında qulluq keçmə” haqqında Qanunun qəbul olunması bu sahənin inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.
Muxtar respublikada da ədliyyə sahəsində sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulması təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında” Əsasnamə təsdiq edilmiş, nazirliyin muxtar respublikada ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı kimi geniş fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. Əsasnaməyə əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və notariat orqanlarının fəaliyyətini tənzimləyir, qeyri­-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və reyestrini aparır, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə qərarlarının icrasını, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir. Həmçinin bələdiyyələrin işinin təşkilinə kömək və metodoloji yardım göstərilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaq aparılması, məhkəmə ekspertizalarının keçirilməsi, hüquqi maarifləndirmə işi və digər məsələlər də Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinə aiddir.
Muxtar respublika rəhbərinin ədliyyə sahəsinə diqqət və qayğısı nəticəsində yeni struktur qurumları yaradıldı. Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri olan ekspertiza işinin təşkili diqqətdə saxlanıldı. Maddi sübutların Bakı şəhərinə göndərilmə çətinliyini aradan qaldırmaq, operativliyi təmin etmək məqsədilə 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı, 2015-ci ildə isə həmin filialın əsasında Məhkəmə Ekspertizası Mərkəzi yaradıldı. Mərkəzin yaradılması ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına böyük köməklik göstərmişdir. Hazırda mərkəzdə 11 növ, 17 ixtisas üzrə ekspertiza işi aparmaq mümkündür.
2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradıldı. Xidmətin yaradılması muxtar respublikada cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərdi. İnsan haqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan bu sahədə müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tikilib istifadəyə verildi. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən bu müəssisənin yaradılması insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlər kimi xüsusi əhəmiyyətə malikdir.
Penitensiar Xidmətin hüquqi ­bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 iyun tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında Əsasnamə” təsdiq edildi. Əsasnamənin təsdiqi ilə penitensiar xidmətin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri tam şəkildə təsbit edilmişdir.
Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması da diqqət mərkəzində saxlanılmışdır. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Müstəqil Azərbaycanın hər bir vətən­daşı ölkəmiz üçün çox qiymətlidir. Çünki ölkənin inkişafını onun vətəndaşları təmin edirlər. İxtisası və peşəsi olan vətəndaşlar isə ölkəsi və xalqı üçün daha faydalı olur”.
Hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm addımlar atılmışdır. Bütün bu inkişafın fonunda ədliyyə orqanları işçilərinin sosial təminatının yaxşılaşdırılması, onların dövlət təltiflərinə, fəxri adlara və yüksək ali rütbələrə layiq görülməsi ədliyyə sisteminə göstərilən diqqətin bariz ifadəsidir. Qürurla deyə bilərik ki, muxtar respublikada gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rahat və təhlükəsiz yaşamasına, onların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Bu da hər bir ədliyyə işçisinə stimul verir ki, üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlsin, öz fəaliyyəti ilə ölkəmizin sürətli inkişafına layiqli töhfəsini versin.
Ədliyyə işçiləri uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq demokratik, hüquqi dövlət quruculuğuna öz töhfələrini verməyə çalışırlar. Bizi qarşıda mühüm vəzifələr gözləyir. Öz fəaliyyətimizlə qanunçuluğun keşiyində layiqincə dayanmalı, muxtar respublikamızı tərəqqiyə qovuşdurmaqla ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3538335
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2113
4172
15475
61577
3538335

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter