26 Aprel 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2017-ci ildə görülmüş işlərə və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Prokuroru vəzifəsini icra edən II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq bildirib ki, Naxçıvan Muxtar Rеspublikası Prоkurоrluğu 2017-ci ildə digər hüquq-mühafizə оrqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlət müstəqilliyimizin, cinayətkarlığa və hüquq pоzuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsinin təmin еdilməsində fəallıq göstərib. Ötən il pеşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib еdilməsi və оnlara təzyiqlər göstərilməsi ilə bağlı cinayət hadisəsi qеydə alınmayıb, yеtkinlik yaşına çatmayanlar və narkоmanlar tərəfindən cinayət hadisələri törədilməyib. Bu katеqоriyadan оlan şəxslər tərəfindən bundan sоnra da cinayət hadisələri törədilməsinin qarşısının alınması üçün bütün qabaqlayıcı-prоfilaktik tədbirlərin keçirilməsinə ciddi nəzarət edilib.

Qeyd olunub ki, prokurorluq orqanlarına işə qəbulun şəffaf şəraitdə müsabiqə qaydasında kеçirilməsi prokurorluğun kadr tərkibinin savadlı hüquqşünaslar hеsabına yеniləşdirilməsi üçün ciddi zəmin yaradıb. Gənc hüquqşünasların prokurorluğa müsabiqə yolu ilə işə qəbulu Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin ölkəmizdə həyata kеçirdiyi dövlət gənclər siya­sətinin məntiqi nəticəsidir. Azərbaycan Rеspublikası Prеzidеntinin 2001-ci il 19 iyun tariхli Fərmanı ilə təsdiq olunmuş və 2007-ci il 23 noyabr tariхli Fərmanı ilə dəyişikliklər еdilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə kеçirilməsi qaydaları haqqında” Əsasnaməyə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə kеçirilməsi Qaydaları”na müvafiq olaraq 10 noyabr 2017-ci il tarixdə 9 ştat vahidi üzrə işə qəbulla əlaqədar müsabiqə еlan еdilib və hazırda sənəd qəbulu davam edir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Rеspublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq еdilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Rеspublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Prоqramı”nın icrası ilə əlaqədar işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istеhsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət еtməsinə nəzarət məqsədilə 2017-ci ildə prоkurоrluq orqanlarının əməkdaşları bu işə cəlb еdilib və hazırda belə tədbirlər digər müvafiq оrqanlarla əlaqəli şəkildə mütəmadi оlaraq davam еtdirilir. Həmçinin bu sahədə hüquqi maarif­ləndirmə işi aparılmaqla, kütləvi infоrmasiya vasitələrinin gücündən də səmərəli istifadə оlunur.
Vurğulanıb ki, ölkəmizdə bərqərar оlmuş dayanıqlı ictimai-siyasi sabitliyin qоrunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının еtibarlı müdafiəsinin təmin olunması bundan sonra da prokurorluq orqanları tərəfindən davam etdiriləcək.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin kollegiya iclasını giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açıb.
Ali Məhkəmənin sədri qeyd edib ki, qanunvericilik bazasının mütəmаdi оlаrаq təkmilləşdirilməsi, məhkəmə orqanlarının yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olmaqla yanaşı, ədalət mühakiməsinin tam, obyektiv və qərəzsiz aparılmasına, məhkəmə nöqsanlarının və işlərə baxılmasında gecikdirilmə hallarının aradan qaldırılmasına, məhkəmə qərarlarının vaxtında icra olunmasına, məhkəmə müdafiəsi hüququnun daha möhkəm şəkildə təmin olunmasına şərait yaradıb.
Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 2011-ci il 15 iyul tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası haqqında, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərlə bağlı məlumat verərək, məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmilləşdirilməsindən, Ali Məhkəmənin nəşri olan “Bülleten”in növbəti saylarının işıq üzü görməsindən və məhkəmənin rəsmi internet səhifəsində yayımlanmasından, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləşdirilməsindən bəhs edib, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldiyini bildirib.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2017-ci ildə gördükləri işlərə dair məlumatları dinlənilib.
İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vuraraq bildirib ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini bundаn sоnrа dа qаnunvеriciliyin tələbləri səviyyəsində təşkil edərək ədаlət mühаkiməsini оbyеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçirəcək, vətəndaşların hüquqi mааrifləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlərinə оlаn tələbаtının ödənilməsi üçün səylərini davam etdirəcəkdir.

*   *  *

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir Famil Seyidov bildirib ki, 2017-ci ildə ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 2 milyard 701 milyon 663 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,6 faiz artaraq 5 min 990 manat təşkil edib. Ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb.
Qeyd olunub ki, yerli istehsal sahələrinin inkişafı nəticəsində muxtar respublikada 368 növdə məhsul istehsalı, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Ötən il ümumi daxili məhsulda sənaye məhsulunun payı 28 faiz, istehsal edilən sənaye məhsulunun tərkibində isə emal sənayesinin payı 57 faizi təşkil edib.
Diqqətə çatdırılıb ki, ötən il aqrar sektor üçün də uğurlu olub. 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb, ailə təsərrüfatlarının inkişafı üçün 13 təsərrüfata 243 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. 2017-ci ildə ilk dəfə olaraq muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası davam etdirilib, 2017-ci ildə kartof istehsalı 48 min 982 tona, tərəvəz istehsalı 83 min 583 tona, meyvə və giləmeyvə istehsalı 68 min 202 tona çatdırılıb.
Vurğulanıb ki, kənd təsərrüfatı sahəsində muxtar respublikada verilən güzəştli kreditlər hesabına yaradılmış 254 heyvandarlıq, 84 quşçu­luq, 15 balıqçılıq, 104 arıçılıq, 65 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min ton olan 31 soyuducu anbar, ümumi sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi, 19 taxıl emalı müəssisəsi tələbatın dolğun ödənilməsində mühüm rol oynayır.
2017-ci ildə Sahibkarlığa Kömək Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə sənaye, kənd təsərrüfatı və xidmət sahələri olmaqla, ümumilikdə, 25 layihənin maliyyələşməsinə 1 milyon 978 min manat kredit verilib. Həyata keçirilən tədbirlərin və görülən bütün işlərin muxtar respublikanın investisiya cazibədarlığını artırdığını deyən nazir vurğulayıb ki, ötən ilin yekunlarına əsasən ölkəmizin iqtisadi regionları üzrə illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək bal toplayaraq birinci yerə çıxıb. “Caspian European Club” kimi nüfuzlu təşkilatın 18 parametr və 6 qrup üzrə hazırladığı təhlillər Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın artan dinamika ilə getdiyini bir daha təsdiq edir.
Sonda işdə yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə olunub.

*  *   *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açaraq məruzə edib.
Bildirilib ki, ötən il ərzində plan tapşırıqlara 102,7 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 8 milyon 425 min 958 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 150 min 21 manat çoxdur.
Qeyd olunub ki, “Evədək optika” layihəsi çərçivəsində 72 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və Gigabit Passiv Optik Şəbəkə avadanlığı qurulub. Hesabat ili ərzində 2562 ədəd yeni telefon nömrəsi istismara verilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən yeni qurulan avadanlıqlar sayəsində genişzolaqlı internet istifadəçilərinin sayı il ərzində 5285 nəfər artıb.
Rövşən Məmmədov bildirib ki, “Naxçıvan­poçt”un kommunal ödəniş sisteminin proqram təminatı daha müasir Oracle məlumat bazası əsasında qurularaq serverdə yerləşdirilib. Ümumilikdə, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti öz müştərilərinə 27 milyon 436 min 390 manat dəyərində xidmət göstərib.
Vurğulanıb ki, nazirliyin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinin ilk ilində ciddi uğurlara imza atıb. Yüksəkkeyfiyyətli xidmət sayəsində 4-cü nəsil “Naxtel” operatorunun istifadəçi sayı il ərzində 20700 nəfər artaraq 30 minə yaxınlaşıb. Bank ödəniş və qəbul terminallarında “Naxtel”in sim kartlarından kanal yaradıcı vasitə kimi istifadə olunması və hesabat sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər icra edilib, 120 pos-terminal və 10 bankomatda “Naxtel” sim kartlarından istifadə olunması təmin edilib. Hazırda Gürcüstan Respublikasında “Naxtel”in rominq xidməti işə salınıb, digər 10 ölkə üzrə test-sınaq işləri həyata keçirilir.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı işlər aparılıb. Bundan əlavə, 2017-ci ilin iyun ayında nazirliklə Çin Xalq Respublikasının “Huawei” şirkətinin birgə layihəsi olan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram çərçivəsində 12 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki yay təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

“Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən iclası birliyin direktoru Ramin İsmayılov açaraq məruzə edib. Bildirib ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 yanvar 2018-ci il tarixə ümumi sayı 88 min 80 olub. Bunlardan 85 min 791-i əhali, 2 min 289-u isə qeyri-əhali abonentlərdir. Ötən il ərzində daxil olan müraciətlərə əsasən 893 mənzil, həmçinin müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Onlardan 812-si əhali, 81-i qeyri-əhali abonentlərdir.
Qeyd edilib ki, muxtar respublikada istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə qaz təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir. Bəhs olunan dövrdə qaz təsərrüfatında korroziyaya uğramış yeraltı boruların yerüstü keçidlərlə dəyişdirilməsi, evlərin, sosial obyektlərin qazlaşdırılması, yol-tikinti, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar ümumi uzunluğu 167 min 897 paqonometr olan müxtəlif diametrli borulardan istifadə edilib.
Vurğulanıb ki, Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının əvəz olunması istiqamətində ötən il də işlər uğurla aparılıb. Belə ki, 2923 ədəd smartkarttipli qaz sayğacı və mühafizə qutusu ­quraşdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən yığıncağı giriş sözü ilə açan icra başçısı Vüqar Səfərov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası son 20 ildən artıq bir dövrdə sürətli inkişaf yolu keçib.
Cari ilin ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin, Fövqəladə Hallar Nazirliyinin zabit və gizir ailələri üçün inşa edilmiş yaşayış binasının açılış mərasimində iştirak etməsi olub.
Vurğulanıb ki, əvvəlki dövrlərdə olduğu kimi, 2017-ci ildə də Naxçıvan şəhərinin abadlıq-bərpa, tikinti quraşdırma işləri ön plana çəkilib, əhalinin mənzillərə olan tələbatının ödənilməsi, həyat səviyyəsinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Ötən ildə Əlahiddə Ümumqoşun Ordusunun təlim-tədris mərkəzinin, Əlahiddə Sərhəd Diviziyasında infrastruktur obyektlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binasının və təlim mərkəzinin, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inzibati binasının, Tumbul və Qaraxanbəyli kənd mərkəzlərinin, 2 yaşayış binasının, çirkab sutəmizləyici qurğunun, yerüstü piyada keçidinin, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün korpusun, Tumbul kəndində 376 şagird yerlik 13 nömrəli tam orta məktəbin, Qaraxanbəyli və Tumbul kəndlərində feldşer-mama məntəqələrinin, 2 nömrəli Təqaüdçülər Klubunun tikintisi, 6 yaşayış binasının, Qaraxanbəyli kəndində avtomobil yolunun, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsinin, Beynəlxalq Hava Limanında karqo terminalının yenidən qurulması, bir yaşayış binasının əsaslı təmiri, Qaraçuq kəndində qapalı drenaj xəttinin çəkilişi, Əziz Əliyev küçəsində istirahət parkının salınması, “Xatun” bədii-gimnastika klubunun Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində, Naxçıvan Uşaq Bərpa Mərkəzində filiallarının yaradılması başa çatdırılıb.
Hazırda şəhərin müxtəlif ünvanlarında tikinti-quruculuq tədbirləri davam etdirilir.
Bildirilib ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması daim diqqətdə saxlanılan sahələrdən biri olub. 2017-ci ildə 707 milyon 411 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan şəhərində qeyri-məşğul əhalinin məşğulluğuna nail olunması üçün 2017-ci ildə bir sıra işlər görülüb. Belə ki, əvvəlki ildə işsiz kimi qeydə alınmış 767 nəfərdən 613 nəfəri işlə təmin edilib. 47 nəfər ictimai işə cəlb edilib, 7 nəfər kvota (norma) yerlərinə göndərilib, 141 nəfər peşə hazırlığı kursları keçib ki, bunlardan da 70 nəfəri işlə təmin olunub.
Məruzə ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2279305
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2521
5634
19242
146367
2279305

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter