18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının yanvarın 11-də keçirilən şura iclasında 2017-ci ildə görülmüş işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının iş planına uyğun olaraq 2017-ci ildə 4 şura, 12 İdarə Heyəti iclasları keçirilib. İclaslarda əsasən müəyyən zəruri məsələlər, partiya sıralarına yeni üzvlərin qəbulu müzakirə edilib, təşkilat sədrlərinin hesabatları dinlənilib, qərarlar qəbul olunub və onların icrası diqqətdə saxlanılıb.
Qeyd olunub ki, hazırda rayon təşkilatının 87 ilk partiya təşkilatı 10 min 424 nəfər partiya üzvünü öz ətrafında birləşdirir. Partiya üzvlərinin 3 min 81 nəfərini, yəni 29,5 faizini qadınlar, 3 min 238 nəfərini, yaxud 31 faizini gənclər təşkil edir. Ötən il Yeni Azərbaycan Partiyası sıralarına 121 nəfər qəbul olunub ki, bunların da 63 nəfəri qadın, 112 nəfəri gənclərdir. Ümumiyyətlə, partiya sıralarına üzv qəbul edərkən gənclərə və qadınlara daha çox üstünlük verilir.

Vurğulanıb ki, bu gün də əsas vəzifələrdən biri əhali arasında ideya-siyasi işi gücləndirmək, bu baxımdan partiya üzvlərinin fəallığını artırmaq üçün yerlərdə mütəmadi tədbirlər keçirmək, siyasi kampaniyalarda partiyanın mövqeyini, partiya üzvlərinin vəzifələrini izah etməkdən ibarət olmalıdır. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının hər bir üzvü, tutduğu vəzifədən asılı olmayaraq, bundan sonra da partiya məsuliyyətini dərindən dərk etməli, partiyanın Proqram və Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərə əməl etməli, siyasi proseslərdə, quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərində fəallıq göstərməlidir.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, təşkilatın Gənc­lər Birliyinin üzvü Cahandur Məhərrəmov, Şərur şəhər və Maxta kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Məhərrəm Həşimov və Süleyman Süleymanov çıxış ediblər.
İclasda müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunub.

Elman MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6244991
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10217
22591
67045
295294
6244991

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter