16 Dekabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə:
– İslam həmrəyliyi zamanın çağırışıdır. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm də bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi ölkəmiz müsəlman intibahında mühüm rol oynayıb. Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir. Ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır. Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, islami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır.
İslam həmrəyliyi bu gün İslam dünyası qarşısında duran mühüm vəzifədir. İslam həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasını ümumi məqsəd əsasında birləşdirmək və vahid mövqedən çıxış etmək Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayır, milli və mənəvi dəyərlərə hörmət edilir. Elə etməliyik ki, gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməsinlər. Bu məsələdə biz alimlərin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Ona görə də İslam həmrəyliyinin təmin olunmasında təkcə din alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri də fəal olmalıdırlar. Bu baxımdan Naxçıvanda keçirilən konfransın əhəmiyyəti böyükdür.
Amea-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli:
– İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2017-ci il ölkə­mizdə “İslam Həmrəyliyi ili” elan edilib. İslam həmrəyliyinə çağırış təşəbbüsü ölkə başçısının İslam dininə və həmrəyliyə verdiyi diqqətin bariz nümunəsidir. Bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib, həmrəylik çağırışı bütün dünyada maraqla və razılıqla qarşılanıb. Dünyada baş verən siyasi proseslər onu deməyə əsas verir ki, müsəlman ölkələrinin həmrəyliyi bəzi qüvvələrin İslam adından çıxış etməsinin qarşısını ala bilər. Ölkəmiz bu işdə öz sözünü dedi və bütün dünyaya göstərdi ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq, humanizm, insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir. Bu mədəniyyət nümunələrini indi doğma Naxçıvanımızın hər qarışında görmək olar. Əminliklə deyə bilərik ki, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransla Naxçıvan ümumbəşəri dəyərlərin carçısına çevriləcək, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı olduğunu bütün dünyaya nümayiş etdirəcək.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov:
– Dövlət başçısının 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncam böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, ölkəmiz bir sıra təşkilatların, həmçinin müsəlman ölkələrini birləşdirən mötəbər qurumların üzvüdür. Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib. Son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılıb. Keçmiş sovet dövründə dinlə bağlı sərt qadağalar vardı, həmin illərdə Azərbaycanda cəmi iyirmi məscid fəaliyyət göstərirdi. Hazırda ölkəmizdə məscidlərin sayı 2000-i ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Bu iş Naxçıvanda da uğurla davam etdirilir, yeni məscidlər inşa edilir, qədim dini- mədəni abidələr bərpa edilərək həyata vəsiqə alır. Bu, ulu öndərimiz Heydər Əliyevin milli və mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirdiyi siyasətin qədim Naxçıvanda uğurlu bəhrələrindən xəbər verir. Bu nümunələri indi hər addımda görmək olar.
Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein:
– Mən Azərbaycandakı fəaliyyətim dövründə ilk dəfədir ki, Naxçıvanda oluram. Açığını deyim ki, bu qədim diyara “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransda iştirak etmək üçün gəlməyim çox yerinə düşdü, Naxçıvan haqqında dəyərli məlumatlar əldə etdim. Biz bu gün muxtar respublika paytaxtını gəzdik, tarixi-mədəni abidələr, müalicə turizmi obyektləri ilə tanış olduq. Paytaxtın memarlıq ansamblından da açıq-aşkar görmək olar ki, şəhəriniz uzun əsrlər boyu bir çox mədəniyyətləri özündə ehtiva edib. Buradakı İslam abidələri isə əsra­rəngizdir. Biz konfransda dini həmrəyliklə bağlı maraqlı məruzələr dinləyəcəyik. Bu konfransın təşkilatçılarına və bizi qonaqpərvərliklə qarşılayan Naxçıvan sakinlərinə öz minnətdarlığımı bildirirəm.
Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete:
– Bu gün Naxçıvan öz tarixinin ən maraqlı səhifələrindən birini yaşayır. Naxçıvan haqqında araşdırmalar apararkən öyrənmişəm ki, bu diyarda tarixən müxtəlif xalqlar, millətlər və dinlərdən olan insanlar sülh və mehribanlıq şəraitində yaşayıblar. Bu proses indi də davam edir, dini həmrəyliyin kökü isə əsrlər bundan öncəyə gedib çıxır. Naxçıvanda keçirilən bu konfrans dünyada ksenofobiyanın, islamofobiyanın dərinləşməsi fonunda bizə – din xadimlərinə dini dəyərlərin qorunması işində stimul verir. “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən bu konfrans ümumbəşəri ideyaların qlobal əhəmiyyət daşıdığını göstərir. Əminliklə deyə bilərəm ki, konfransda ulu öndərimizin İslam həmrəyliyi ilə bağlı həyata keçirdiyi misilsiz işlər haqqında ətraflı söhbət açılacaq, bu qədim diyar keçmişdə olduğu kimi, gələcəkdə də islam həmrəyliyinin simvoluna çevriləcəkdir.
Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev:
– Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması bütün dünya müsəlmanlarına bir həmrəylik mesajı idi. Bu gün Azərbaycanda həyata keçirilən layihələrin miqyası çox böyükdür. Dövlət başçımızın elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri bu baxımdan Azərbaycan Respublikasının dünyada gedən proseslərə dəyərli töhfəsidir.
Bugünkü həmrəylik ideyaları ilə bağlı Naxçıvanda təşkil edilən konfrans da dünya mədəniyyətinin, dünya müsəlmanlarının bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşaması baxımından əhəmiyyətlidir. Bugünkü sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu konfrans da məhz bu amala xidmət edir.

Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3411086
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
879
3748
30916
70253
3411086

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter