21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisasının tələbələri ilə görüş keçirib.
Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən tədbiri nazir Azad Cabbarov açaraq ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi sərəncamda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri davam etdirir.
“Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi idmana da qayğı ilə yanaşıb. Müstəqillik illərində idmanla bağlı qanunvericilik təkmilləşdirilib, maddi-texniki baza yaxşılaşdırılıb, böyük idman kompleksləri, idman-sağlamlıq mərkəzləri tikilib”, – deyən nazir vurğulayıb ki, bu gün muxtar respublikada da uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Vətənpərvər gənc nəslin yetişdirilməsi, onların intellektual potensiallarının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait gənclərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmalarına geniş imkanlar açır. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar muxtar respublikada gənclərin intellektual səviyyəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gəncliyə dövlət qayğısı sabaha və gələcək uğurlara hesablanan bir siyasətdir.

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanılmasından danışıb. Bildirib ki, muxtar respublikada müasir idman infra­strukturunun, olimpiya komplekslərinin, orta və ali təhsil müəssisələrində idman zallarının yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkan verib.
Sonra tələbələr Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Naxçıvan Muxtar Respublika Stadionu və İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbi ilə yaxından tanış olublar.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284061
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5438
18197
23635
332267
5284061

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter