25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Ulu öndərin müəllifi olduğu Kon­stitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin ­əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı, xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilmişdir. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın ali dəyərlərini əks etdirir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Kon­stitusiyamızın üçdəbir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Kon­stitusiyasının qəbulu nəticəsində ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir. Təsadüfi deyil ki, Konstitusiyada təsbit edilmiş hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyətcə yeni funksiyalar əldə etmişdir.
Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni bir institutun – Konstitusiya nəzarəti təsisatının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, Konstitusiya nəzarətinin əsas məqsədi Konstitusiyanın aliliyinin təmin edilməsi və Konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsidir. Bu baxımdan ali Kon­stitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya və hüquqi iyerarxiyada özündən üstün qüvvəyə malik aktlara uyğunluğunun müəyyənləşdirilməsi, insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi kimi mühüm səlahiyyətlərə malikdir.
Konstitusiyamızın gətirdiyi digər yeniliklərdən biri də ilk dəfə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin statusunun konstitusion səviyyədə təsbit edilməsi olmuşdur. Milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır.
Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazır­lanıb 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulmuş, Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Bu Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə ali vəzifəli şəxs institutu təsis edilmişdir. Bu Kon­stitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəinki muxtar respublikada, bütövlükdə ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilmiş, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır.
Azərbaycan Respublikasının beynəlxalq arenaya inteqrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitində Konstitusiya islahatlarının aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir.
2002-ci il avqustun 24-də ­ölkəmizdə ümumxalq səsverməsi – referendum keçirilmiş, ilk dəfə Kon­stitusiyanın, ümumilikdə, 24 maddəsinə 31 əlavə və dəyişikliklər edilmişdir. 2009-cu il martın 18-də ölkəmizdə yenidən ümumxalq səsverməsi – referendum keçirilmiş, ikinci dəfə Konstitusiyaya 29 maddə üzrə 41 əlavə və dəyişikliklər edilmişdir. 2016-cı ildə keçirilən ümumxalq səsverməsi – referendumla isə Konstitusiyanın 23 maddəsinə əlavə və dəyişikliklər edilmiş, eləcə də yeni 6 maddə əlavə olunmuşdur.

Hazırda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, qanunvericilik sahəsində əldə olunan nailiyyətlər mənbəyini Azərbaycan Konstitusiyasından alan möhkəm hüquqi bazaya malikdir. Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, möhkəm hüquqi bazaya malik olan Azərbaycan Respublikasının Konstitusiyası hələ uzun illər Azərbaycan Respublikasının sabitlik şəraitində davamlı inkişafını təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, müstəqilliyimizi yaşatmağa qadir olacaq və Azərbaycan xalqına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356447
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2640
19055
96021
404653
5356447

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter