25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi də tapşırılıb. Bu istiqamətdə muxtar respublikada ənənəyə uyğun olaraq hazırlanmış yun corablar hərbi hissələrə təhvil verilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov açaraq bildirib ki, məhdud fiziki imkanlı 19 nəfər tərəfindən toxunan yun corablardan 1400 cütü Əlahiddə Ümumqoşun Orduya, 300 cütü isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilir. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da öz töhfəsini verir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Niyaməddin Tağıyev bildirib ki, dünyada kifayət qədər nüfuz qazanan müstəqil Azərbaycan ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə edib, Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna malik güclü dövlətə çevrilib. Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad bunu bir daha sübut etdi.
Qeyd edilib ki, muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı yüksəldilir. Fiziki imkanları məhdud insanlar tərəfindən toxunan isti geyimlərin hərbi hissələrə təhvil verilməsi artıq ənənə halını alıb. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artırır.
“N” hərbi hissənin əsgəri Əli Rəcəbli əsgərlər adından göstərilən diqqət və qayğıya görə minnətdar­lığını bildirib.
Sonda isti geyimlər hərbi hissələrə təhvil verilib.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356479
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2672
19055
96053
404685
5356479

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter