25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.
Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının ilk dəfə yaranması tarixindən danışan rektor dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir.
Universitetin Elmi şurasının elmi katibi, dosent Elçin Zamanov, Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov çıxış edərək bildiriblər ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Tələbələrin bayrağa həsr olunmuş şeirləri, dövlət rəmzlərinin təbliği istiqamətində tələbə-gənclər arasında aparılacaq tədbirlərlə bağlı fikir və təklifləri səsləndirilib.
Dəyirmi masada Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub.

Nərmin Cabbarova

*  *  *

“Naxçıvan” Universitetində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra səhnəyə üçrəngli bayrağımız gətirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, 1918-ci il iyun ayının 24-də Dövlət Bayrağı haqqında ilk qərar verilərək üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. Həmin sessiya Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı milli rəmzlərimizin yaşadılması və təbliği baxımından əhəmiyyət kəsb edir.
Tədbirin bədii hissəsində tələbələrin ifasında bayrağımıza həsr olunmuş şeirlər səsləndirilib, milli rəqslərimiz nümayiş etdirilib. Universitetin xarici ölkələrdən olan tələbələrinin ifa etdikləri musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.


Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356475
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2668
19055
96049
404681
5356475

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter