25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ötən ayın mənzərəsini məhz belə ifadə etmək olar

Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qorunduğu, yaşadıldığı Naxçıvan Muxtar Respublikasında müstəqil respublikamızın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevlə bağlı bütün tarixi günlər daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan 3 oktyabr 1993-cü il müasir Azərbaycan Respublikasının uğurlarının başlandığı gün kimi hər zaman yaddaşlarda yaşayır, daim xatırlanır. Çünki həmin gün yeni tariximizin ən uğurlu seçkisi keçirilib, xalqımız öz gələcəyini ulu öndər Heydər Əliyevə etibar edib, dahi şəxsiyyət Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqımızı nicata aparan yol 1993-cü ilin yayında – Azərbaycanda siyasi böhranın ən ağır mərhələsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimizin Bakıya getməsi ilə başlanıbdırsa, 3 oktyabrdan etibarən isə müstəqil, demokratik, dünyəvi dövlət quruculuğu proseslərinə start verilib, bütün sahələrdə islahatlar aparılıb, ordu quruculuğu diqqət mərkəzində saxlanılıb, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Nəticədə, bugünkü müstəqil, qüdrətli Azərbaycan yaranıb.

Oktyabrın 3-də – ümummilli liderimizin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 24-cü ildönümündə Naxçıvan şəhərinin Atatürk küçəsində qardaş Türkiyə Respublikasının “Koton” Moda və Satış firmasının yeni mağazası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mağazanın fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Naxçıvanda “Koton” Moda və Satış firmasının yeni mağazası əlamətdar gündə istifadəyə verilir. 1993-cü il oktyabrın 3-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Əgər həmin tarixdə dahi şəxsiyyət ölkə Prezidenti seçilməsəydi, bugünkü müstəqil və inkişaf edən Azərbaycan da olmayacaqdı. Müstəqilliyin, dövlətçiliyin və sabitliyin qarantı olan ümummilli liderimiz Azərbaycanda hərtərəfli inkişafın əsasını qoydu. Ölkə Prezidentinin ulu öndərin yoluna sədaqətinin və bu yolu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycanda sabitlik və davamlı inkişaf təmin olunub... Yeni xidmət sahələri, mağazalar və sosial obyektlər o ölkələrdə istifadəyə verilir ki, orada sabitlik və inkişaf var, insanların yaşayış səviyyəsi ilbəil yaxşılaşır. Azərbaycan da belə ölkələrdəndir. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bütün bunların nəticəsidir ki, Azərbaycanda dünyanın ən tanınmış firmaları və şirkətləri fəaliyyət göstərirlər”.
Onu da deyək ki, “Koton” firmasının 28 xarici ölkədə və Türkiyədə, ümumilikdə, 486 mağazası var. 12 mindən artıq işçisi olan firma hər il 50-dən artıq kolleksiyada alıcılara 30 min fərqli çeşiddə məhsul təklif edir. Bu səbəbdən firmanın Naxçıvanda fəaliyyət göstərməsi mühüm əhəmiyyətə malikdir. Çünki bu mağaza yeni iş yerlərinin açılması ilə yanaşı, həm də Naxçıvanda turizmin inkişafına töhfə verəcək, gələn qonaqlar və muxtar respublika əhalisi keyfiyyətli məhsullarla təmin olunacaqdır.
Muxtar respublikamızda dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində də ardıcıl tədbirlər görülür. Qədim diyarın ərazisində olan dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcəkdir.
Oktyabrın 14-də Ali Məclisin Sədri məscid binasının inşa olunduğu əraziyə gəlib, tikinti işlərinin gedişi ilə maraqlanıb.
Qədim diyarımızın sosial-iqtisadi, mədəniyyət, təhsil və digər sahələrdə böyük inkişaf yolu keçməsi, muxtar respublika ilə dünyanın əhəmiyyətli dövlətləri arasında ölkələrimizin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə geniş imkanlar açıb. Hazırda nüfuzlu Qərb dövlətləri də bu məsələyə xüsusi maraq göstərir, həmin ölkələrin diplomatlarının muxtar respublikamıza səfərləri zamanı onlar elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayırlar.
Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen, oktyabrın 19-da isə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşü zamanı bu məsələlər diqqət mərkəzində olub.
Bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafında da ardıcıl tədbirlər həyata keçirilir. Təhsilin bütün pillələri üzrə infrastruktur yenilənir, tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəblərin maddi-texniki bazaları gücləndirilir, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimiz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi halda, bəzi təhsil ocaqları qarşıya qoyulan vəzifələrin icrasını qənaətbəxş səviyyədə həyata keçirmirlər. Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə də bu barədə danışılıb, konkret tapşırıqlar verilib.
Ötən ay muxtar respublikamızın sakinləri xatirələrdə daim yaşayacaq, qürurla xatırlanacaq möhtəşəm bir hadisənin şahidi oldular. Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd edildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etdilər.
Ali Məclisin Sədri Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olunduğunu bildirib, əlamətdar bayramlar münasibətilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edib.
Həmin gün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib. Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirib.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanan proses bugünkü qüdrətli Azərbaycan Ordusunun formalaşması ilə nəticələnib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində təşkil edilən ilk milli ordu qurumu – 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqadanın iştirakı ilə həmin il oktyabrın 9-da ilk hərbi parad keçirilib. 25 il sonra – 2017-ci il oktyabrın 18-də Naxçıvan şəhərində keçirilən hərbi parad və burada nümayiş etdirilən ən müasir silahlar – tanklar, raketlər, hərbi helikopterlər, qırıcı təyyarələr ordumuzun böyük inkişaf yolu keçdiyini və regionun ən güclü orduları sırasına daxil olduğunu bir daha nümayiş etdirdi. Bütün bunlar ötən illər ərzində Heydər Əliyev siyasi xəttinin fədakarlıqla, vətənpərvərliklə, sədaqətlə, qətiyyət və inamla davam etdirilməsi nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünün qeyd olunması ilə əlaqədar tədbirdə çıxış edən Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: “Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər”.
Həmin gün Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi də istifadəyə verilib. Ali Məclisin Sədri açılış tədbirində iştirak edib, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı da olub.
Bu gün muxtar respublikada aparılan quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar bölgələrin tarazlı inkişafını təmin edib. Kəndlərdə müasir şəhər infra­strukturu yaradılıb, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilib. Oktyabrın 20-də Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilib. Aparılan kompleks abadlıq-quruculuq işləri çərçivəsində Qarahəsənli kənd avtomobil yolu, kənd tam orta məktəbinin yeni binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi doğma diyarımızda əkinçiliyin inkişafı üçün geniş imkanlar açır. Muxtar respublikada qapalı suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Son 5 ildə muxtar respublikada 3 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurularaq istifadəyə verilib. Hazırda bu ərazilərdən bol məhsul götürülür. Kəngərli rayonunun Böyükdüz kəndində qurulan qapalı suvarma şəbəkəsi hesabına isə 407 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.
Oktyabrın 23-də qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir”.
Ali Məclisin Sədri meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb, qapalı suvarma şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb, suvarma şəbəkəsinin baş planı ilə tanış olub.
Oktyabrın 23-də Ali Məclisin Sədri “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki toxumçuluq təsərrüfatının taxıl əkini sahəsinə gəlib, taxıl əkininin gedişi ilə maraqlanıb.
Bu gün muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Müasir texnologiyaların tətbiqi və qabaqcıl idarəetmə təcrübəsindən istifadə rəqabətə­davamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına və keyfiyyətli məhsul istehsalına imkan verir. Muxtar respublikada istilik panellərinə və dam örtüklərinə olan tələbat nəzərə alınaraq “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri və dam örtükləri müəssisəsi yaradılıb. Oktyabrın 25-də istehsal müəssisəsi istifadəyə verilib.
Həmin gün Ali Məclisin Sədri “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni yaradılacaq plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsinə baxıb.
Oktyabrın 27-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 94-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb və yeni yerüstü piyada keçidi inşa olunub, oktyabrın 28-də istifadəyə verilib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, aparılan tikinti və yenidənqurma işləri ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb.
Oktyabrın 28-də Ali Məclisin Sədri Tütün Yetişdirmə Təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha görürük ki, oktyabr ayında muxtar respublikamızda ulu öndərimizin müəyyənləşdirdiyi strateji hədəflərə doğru aparan yolda mühüm mərhələləri təşkil edən əhəmiyyətli layihələr ardıcılıqla reallaşdırılıb. Belə ki, sahibkarlara yaradılan şərait nəticəsində Naxçıvanda yeni istehsal müəssisələri, yəni həm də yeni iş yerləri yaradılıb, kənd təsərrüfatının inkişafına hesablanmış meliorativ tədbirlər yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına geniş imkanlar açıb, şəhər və kənd­lərdə aparılan kompleks quruculuq işləri öz bəhrəsini verib.
Bu gün muxtar respublikamızda mövcud olan nizam-intizam yüksək tələbkarlığın, prinsipiallığın, yorulmaz fəaliyyətin, əqidə bütövlüyünün, dərin sədaqətin və nəhayət, vətənpərvərliyin tamamlayıcı amili kimi diqqəti cəlb edir, rəğbət yaradır. Yəni bu, o deməkdir ki, biz bundan sonra da inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacağıq. Ən böyük uğurumuz isə dövlətçilik irsimizin bundan sonra da daim qorunması və yaşadılması olacaqdır.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356413
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2606
19055
95987
404619
5356413

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter