25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

2016-cı ilin sentyabr ayına qədər Nuh Peyğəmbərin həqiqi vətəni haqqında məlumatımız yox idi. Mən həyat yoldaşım ilə Türkiyənin şərq hissəsinə – İqdır şəhəri istiqamətində hərəkət edərkən yolda Naxçıvan yazılmış lövhə gördük və Naxçıvan barədə bələdçidən məlumat aldıq. O bildirdi ki, Naxçıvan Türkiyə ilə sərhəddə yerləşir. Həmin andan mənim diqqətim bu əraziyə yönəldi. Çox təəssüf ki, həmin vaxt bizim xüsusi bir tur proqramımız var idi və həmin proqrama Türkiyə sərhədlərindən kənarda olan bir ərazini daxil edə bilməzdik.

2017-ci ilin yanvar ayından etibarən mən internet üzərindən və kitablardan Naxçıvan barədə məlumatlar toplamağa başladım. Hər bir axtarışdan sonra Naxçıvana daha da heyran oldum. Lakin əldə etdiyim məlumatlar mənə kifayət etmirdi. Həmçinin bələdçi kitabımda da Naxçıvan barədə az məlumat var idi.
Qərblilər, əsasən, katoliklər və ümumiyyətlə, xristianların protestantları “Tövrat” kitabı və Nuh Peyğəmbərin gəmisi haqqında məlumatlara malikdirlər. Lakin Nuh Peyğəmbərin gəmisinin yeri, onun vətəni və ailəsi barədə dünyada çox az məlumat var. Bu ərazi haradadır? İndi bu suala mən cavab verirəm: Naxçıvan Nuh Peyğəmbərin vətənidir.
Naxçıvana səfərimiz 2017-ci ilin oktyabr ayında reallaşdı. Naxçıvan Avrasiya və Qafqaz regionunda yerləşən Azərbaycan Respublikasının tərkibində muxtar respublikadır. Bəşəriyyətin beşiyi, Nuh Peyğəmbərin vətəni olan Naxçıvan səyahət etdiyimiz ən təsirli və maraqlı yerlərdən biridir. Naxçıvan ağaclarla əhatə olunmuş son dərəcədə təmiz və geniş küçələri olan müasir şəhərdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası min ildən artıq tarixi olan abidələri ilə seçilir. Orijinal formada yenidən təmir edilən bu abidələr səyahətçilərin diqqətini çox cəlb edir. Naxçıvanda gördüklərim mənim gözləntilərimi xeyli üstələdi. Mən və həyat yoldaşım ərazinin qədim tarixi abidələrinə, xüsusilə də insanların qonaqpərvərliyinə və mehribanlığına heyran olduq. Naxçıvanda çəkdiyimiz minlərlə fotoşəkli ən xoş xatirə kimi saxlamaqla yanaşı, dostlarımıza da göstəririk.

Luiz Eleodoro,
Sanora Pauztinio
Braziliyanın San-Paulo şəhər sakinləri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356420
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2613
19055
95994
404626
5356420

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter