24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəsi Furio de Angelis Naxçıvan Muxtar Respublikasına gəlib, Naxçıvan Biznes Mərkəzində keçirilən “Sığınacaqla bağlı müraciətlərin yönləndirilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda regional təlimdə iştirak edib. Qonaq səfər çərçivəsində Naxçıvan şəhərinin qədim tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olub.

Qonaq əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Naxçıvanqala ilə tanışlıq zamanı bildirilib ki, kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbir­üstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda mux­tar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə ­çevrilib.
Kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
Furio de Angelis “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.
Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonağın diqqətini cəlb edib. Məlumat verilib ki, burada Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə sərdabə və yerüstü hissələrdən ­ibarətdir.
Xan sarayında olarkən Furio de Angelisə məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazır­da 8 ekspozisiya zalından ibarət olan muzeydə yüzlərlə eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelisin muxtar respublikaya səfəri dünən başa çatıb.

*  *  *

Səfər təəssüratlarını “Şərq qapısı” qəzetinin müxbiri ilə bölüşən Furio de Angelis Naxçıvan Muxtar Respublikasının Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik bir bölgə olduğunu vurğulayıb. O qeyd edib ki, səfər çərçivəsində tarixi abidələrlə tanışlıq zamanı Naxçıvanın nə qədər qədim tarixə malik olduğunu gördüm.
Muxtar respublikaya səfərinin məqsədi haqqında da danışan qonaq deyib: “Naxçıvan Muxtar Respublikasında olmaqdan çox məmnu­nam. Burada bizim təlim keçirməyimiz üçün də çox gözəl şərait yaradılmışdı. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisindəki sərhəd nəzarət-buraxılış məntəqələrinə səfərlər təşkil olundu. Mən hesab edirəm ki, Azərbaycan hökuməti və aidiyyəti qurumlarla olan əməkdaşlığımız bundan sonra daha da ­möhkəmlənəcəkdir”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Azərbaycan hökuməti ilə birlikdə qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi üzrə görülən işlərin davamlı olacağına inandığını bildirib. O, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829672
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10795
17982
28777
364732
4829672

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter