24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət ­orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib.
Komissiyanın sədri İsmayıl Qəribli həmin mövzuya həsr olunmuş çıxışında bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati vəzifə tutan dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri nizama salır. Yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri həmin qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyin düzgün tətbiq olunması üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Lakin bəzi hallarda qanunvericiliyin, xüsusən də əmək münasibətlərini tənzimləyən normaların pozulması halları müşahidə olunur ki, bu da dövlət orqanlarının qərarlarının ləğv olunması, bəzi hallarda isə məhkəmə çəkişmələri ilə nəticələnir. Bugünkü seminarın məqsədi dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.

Daha sonra Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov “İnzibati icraat haqqında” Qanunun və əmək qanunvericiliyinin dövlət orqanlarında tətbiqi zamanı yaranan problemlər” mövzusunda çıxış edərək deyib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, dövlət quruculuğu və hüquq sistemində də köklü islahatlar aparılıb. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək hüquqi, demokratik dövlət yaradılmasına və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə böyük imkanlar yaradan bu islahatlar, ilk növbədə, insan hüquqlarının daha etibarlı şəkildə təmin edilməsinə xidmət edir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən hüquqi islahatların davamı kimi növbəti addım “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu və İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi olub.
Vurğulanıb ki, bu qanun inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Eyni zamanda bu qanunun müddəaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Hicran Muradov məhkəmə təcrübəsində sözügedən qanunların tətbiqi zamanı yaranmış problemlərdən danışıb, dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, dövlət qulluğuna xitam verilməsi, intizam tənbehlərinin tətbiq edilməsi zamanı buraxılmış nöqsanlardan, həmçinin qanunda nəzərdə tutulmuş inzibati orqanların və onların vəzifəli şəxslərinin məsuliyyət daşıması məsələlərindən söhbət açıb. O, mövcud qanunvericiliyin tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829666
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10789
17982
28771
364726
4829666

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter