24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada fəaliyyət göstərən muzeylərə kollektiv gedişlərin təmin olunmasında böyük rol oynayır. Belə muzey ziyarətləri tamaşaçılar qarşısında qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin, bu yurdun görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin hərtərəfli öyrənilməsinə geniş imkanlar açıb. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi isə muxtar respublikada ən çox ziyarət edilən mədəniyyət müəssisəsidir.
Cari ilin ötən 9 ayında Heydər Əliyev Muzeyini 9596 nəfər ziyarət edib. Onlardan 7089-u yerli, 2507-si isə xarici ölkələrdən gələn qonaqlar olub. Bununla yanaşı, bu mədəniyyət müəssisəsi ilə tanışlıqda muxtar respublikanın təhsil müəssisələri ilə yaradılmış məktəb-muzey şəbəkəsi də böyük rol oynayır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə ­tədbirlər haqqında” 2014-cü il ­ 20 iyun tarixli Sərəncamına uyğun olaraq cari ilin fevral ayının ­ 1-dən sentyabrın ­30-dək Heydər Əliyev Muzeyində müxtəlif mövzularda orta ümumtəhsil məktəbləri şagirdlərinə 31, orta ixtisas məktəbləri tələbələrinə isə 38 saat olmaqla açıq dərslər keçilib. Bu dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilib.

Heydər Əliyev Muzeyi ilə tanış olmaq üçün muzeyin internet saytından istifadə edənlər də az deyil. Cari ilin 9 ayı ərzində muzeyi virtual olaraq izləyən tamaşaçıların sayı 44 min 400 nəfər təşkil edib.
Qeyd edək ki, görkəmli ictimai-siyasi və dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının əbədiyaşar lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndərimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 fevral 1999-cu il tarixdə imzaladığı ­Sərəncamla muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Hazırda muzeydə 4665 eksponat nümayiş etdirilir ki, onlardan 36 ədədi bu ilin ilk 9 ayında qəbul edilib.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829692
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10815
17982
28797
364752
4829692

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter