23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Qış insanları həmişə ciddi sınaqlara çəkir. Bu sınaqlardan uğurla çıxmaq üçün tədbirli adamlar hər il əvvəlcədən payız-qış mövsümünə ciddi hazırlaşırlar. Artıq indidən qarşıdakı qışın da soyuq keçəcəyi ilə bağlı proqnozlar verilir. 

Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Samil Kazımov bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən növbəti müşavirədə yeni mövsümə hazırlıqla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda bu məsələ geniş müzakirə olunub və tədbirlər planı təsdiqlənərək bütün ­aidiyyəti qurumlara göndərilib. Tədbirlər planının icra vəziyyəti ciddi nəzarətdə saxlanılır. İdarə və müəssisələrin, əhalinin qış mövsümündəki problemlərinin operativ həlli üçün xüsusi komissiya fəaliyyət göstərir. Komissiya meydana çıxan çətinlikləri dərhal həll etməyə çalışır. İndi haqlı olaraq əhalidə belə bir ümumi fikir formalaşıb ki, yay-payız aylarında rayonun əksər idarə və müəssisələri qışa daha yaxşı ­hazırlaşdıqları üçün, necə deyərlər, “qışın oğlan çağında” belə, ciddi çətinliklər meydana çıxmır.

Qeyd edək ki, rayon İcra Hakimiyyətinə getməmişdən əvvəl bölgənin sadə, sıravi sakinləri ilə ­görüşmüş, onların payız-qış mövsümünə hazırlıqla bağlı fikirlərini öyrənmişdim. İstər Sədərək və Qaraağac kəndlərində, istərsə də rayon mərkəzi Heydərabad qəsəbəsində adamlardan payız-qış mövsümü ilə bağlı qayğı və çətinliklərini soruşdum. Dedilər ki, son illər rayonda qışa yaydan ciddi hazır­lıq görülür, odur ki, mənzillərdə su, elektrik enerjisi, təbii qaz sarıdan heç bir problem yaranmır.
Payız-qış mövsümünə hazırlıqla bağlı aidiyyəti təşkilatlara da baş çəkdik. İlk növbədə, elektrik təsərrüfatında görülən işlərlə tanış olduq. Məlumdur ki, payız-qış aylarında küləkli, yağışlı, qarlı-şaxtalı havalarda elektrik dirəklərinin aşması, naqillərin qırılması, transformatorların, yağ açarlarının sıradan çıxması halları daha çox baş verir. Cari ilin ötən dövründə müxtəlif gücdə yarımstansiyalar quraşdırılıb, bəzi yerlərdə hava xətləri təzələnib. Bir çox ünvanlarda hava xətlərindən evlərin girişlərinədək yeni elektrik naqilləri çəkilib. Nasaz transformator yarımstansiyaları və hava xətləri təmir olunub, elektrik naqillərinə maneçilik törədən ağaclar təmizlənib. Həmçinin qış aylarında yarana biləcək hər hansı nasazlığın aradan qaldırılması üçün lazımi mal-­material ehtiyatı yaradılıb.
Sədərək Rayon Qaz İstismarı İdarəsi tərəfindən qaz xətlərinə baxış keçirilərək bütün sızmalar aradan qaldırılıb, qaz kəmərlərini qorumaq üçün gilizlər qoyulub. Bütün bu tədbirlər payız-qış mövsümündə hər hansı bir problemin yaranmasının qarşısının alınmasına xidmət edir.
Rayon Yol İstismarı Sahəsinin maşın və mexanizmləri işlək vəziyyətə gətirilib, körpülərə və buz bağlamaq ehtimalı olan yollara səpmək üçün qum ehtiyatı yaradılıb. İşçilər isti geyimlə təmin olunublar.
Rayonda əhalinin dayanıqlı rabitə ilə təmin edilməsi, rabitə xidmətinin yüksəldilməsi məsələsi də diqqətdə saxlanılır. Bunun üçün dizel generatoruna baxış keçirilib, nasazlıq aradan qaldırılıb, kabel quyuları açılıb yoxlanılıb, normativə uyğun hala gətirilib. İstismar müddəti keçmiş dirəklər yeniləri ilə əvəz edilib, köhnə kabellər təzələnib. Rabitə İdarəsi tərəfindən telefon xətləri çəkilib. Rabitəçilərə yeni iş alətləri verilib, onlar xüsusi geyimlə təmin olunublar.
Rayon əhalisi payız-qış mövsümündə içməli su sarıdan da korluq çəkməyəcək.
Ümumtəhsil məktəblərində istilik sistemi müasir tələblərə uyğun qurulub. Tədris müəssisələrində bina və qurğuların elektrik şəbəkəsində olan nasazlıqlar aradan qaldırılıb, cihaz və avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Təhsil ocaqlarında mövsümə hazırlıq məqsədilə görülən işlər, deməyə əsas verir ki, məktəblərdə qışın ən qarlı­-şaxtalı günlərində belə, tədris prosesi dayanmayacaq.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimova ilə də həmsöhbət olduq. Onun dediklərindən:
– Bir anlığa təsəvvür edin ki, qış aylarında səhiyyə ocaqlarında lazımi şərait olmasa, bizə müraciət edən əhali, xüsusilə stasionarda müalicə olunanlar nə qədər çətinliklərlə üzləşə bilərlər. Bunu nəzərə alaraq kollektivimiz 2017-2018-ci illərin payız-qış mövsümünə ciddi hazırlıq işləri görüb.
Öyrəndik ki, Mərkəzi Xəstəxananın bütün şöbələrində mövsümə hazırlıqla bağlı cari təmir işləri aparılıb. Mərkəzi Xəstəxananın əksər şöbələrində və kabinələrində elektrik cərəyanı ilə işləyən xüsusi qurğular mövsümə hazırlıq üçün yoxlama sınağından keçirilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin balansında Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində fəaliyyət göstərən klub və kitabxanalar mövcuddur. Təbii ki, qış aylarında bu müəssisələrdə lazımi şərait yaradılmasa, əhaliyə yüksək mədəni xidmətdən söhbət gedə bilməz. Odur ki, qış mövsümünə hazırlıq kampaniyası çərçivəsində şöbənin kollektivi çalışır ki, bu sahədə öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirsin, qış aylarında əhalinin haqlı irad və gileyləri ilə üzləşməsin.
Artıq qış fəslinin gəlməsinə az qalıb. Sərhəd bölgəsi Sədərək rayonunda bu, özünü daha qabarıq göstərir. Havalar gün ərzində bir neçə dəfə dəyişir. Bəzən buludların arxasından boylanan Günəş ilıq şüalarını ətrafa səpələyir.
Sədərək əhalisi nikbindir. Onlar inanırlar ki, növbəti payız-qış mövsümündə rayonda heç bir problemlə üzləşməyəcəklər.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4812110
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11215
15275
11215
347170
4812110

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter