23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Şura iclasını giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, bu il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Yeni Azərbaycan Partiyası 25 illik fəaliyyəti dövründə ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilməsində fəal rol oynayıb. Ölkəmizin bugünkü inkişafında böyük xidmətləri olan partiya ötən illər ərzində xalqın ümidlərini doğruldaraq ümumxalq partiyasına çevrilib.
Qeyd olunub ki, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticəsində hazırda ölkəmiz güclü dövlətə çevrilib. Bu gün hərtərəfli inkişaf edən respublikamız və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Heydər Əliyev ideyalarının işığında özünün hərtərəfli yüksəliş mərhələsini yaşayır.

Sevda Quliyeva Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı tərəfindən ötən doqquz ayda əlamətdar və tarixi günlərlə bağlı bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının tərkibində fəaliyyət göstərən 31 ərazi ilk partiya təşkilatında 2 min 959 nəfər partiya üzvü vardır. Bunların da 1136 nəfərini qadınlar, 874 nəfərini gənclər təşkil edir. Bu ilin 9 ayı ərzində partiyanın sıralarına qəbul olunanların sayı 40 nəfər olub ki, bunların da 26 nəfəri qadın, 23 nəfəri gənc­lərdir. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı diqqət mərkəzində saxlanılıb, keyfiyyət amilinə üstünlük verilib. 2017-ci ilin 9 ayı ərzində ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin partiya sıralarına qəbul edilməsinə nail olunub, gənclərlə iş daim diqqət mərkəzində saxlanılıb, Qadınlar Şurasının fəaliyyəti gücləndirilib. 2017-ci ilin 9 ayında təşkilatın 1 şura, 3 idarə heyəti yığıncağı keçirilib.
Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının bəhs olunan dövrdəki fəaliyyətindən danışan Sevda Quliyeva bildirib ki, təşkilat öz işini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub. Keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik köməkliklər göstərilib.
Qeyd olunub ki, təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal və təşəbbüskar gənclərin partiya sıralarına cəlb edilməsinə diqqət artırılmalıdır. Hər bir partiya üzvü partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə əməl etməli, rayonda gedən quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində səyini əsirgəməməlidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatı Kəngərli Rayon Birliyinin sədri Süleyman Süleymanov, rayon Əhalinin Sosial Müdafiə Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Hacıyev, Böyükdüz kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Babayev, Çalxanqala kənd ərazi ilk partiya təşkilatının sədri Ehtiram İbrahimov çıxış ediblər.
Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Babək İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4812107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11212
15275
11212
347167
4812107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter