23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikası bu gün dünyada sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən, beynəlxalq mövqeləri gündən-günə güclənən, regional informasiya mərkəzinə çevrilən bir dövlət kimi tanınmaqdadır. Əldə edilən bu nailiyyətlər həm də ölkə Prezidenti cənab İlham Əliyevin son 14 ildə ulu öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Dövlət başçısının iqtisadi islahatları vaxtında həyata keçirməsi, apardığı çevik, qətiyyətli və cəsarətli siyasət Azərbaycanın gücünü daha da artırır. 2013-cü il oktyabrın 9-da keçirilən növbəti prezident seçkilərində Azərbaycan xalqının cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçməsi məhz qeyd etdiyimiz məqamlarla əlaqədardır.

Prezident İlham Əliyev ulu öndərimizin siyasi xəttinə dərin sədaqət nümayiş etdirir, verdiyi bütün vədlərə əməl edir. Nəticədə isə xalqın böyük sevgisini qazanıb. Dövlət başçısının iqtisadi strategiyasının əsas istiqamətlərini də ulu öndərin demokratik dövlət quruculuğuna, Azərbaycanın iqtisadi inkişafına və ölkəmizin qüdrətinin möhkəmləndirilməsinə yönəlmiş ideyalarının reallaşdırılması təşkil edib. Azərbaycan xalqının ümummilli lideri tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf siyasəti ötən illər ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara yol açıb. Bu siyasət Azərbaycanın dünya iqtisadi sisteminə uğurla inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik probleminin həlli və infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaradıb.
Uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyası, aparılan islahatlar ölkənin qüdrətini və vətəndaşlarımızın rifah halının yüksəlişini təmin edib. Prezident İlham Əliyev bu məqamı nəzərdə tutaraq deyib: “1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tarixdə qalır. Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün biz o illərə qayıtmalıyıq... Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm”.
2003-cü ildən iqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edilmişdir. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkədə əlverişli investisiya mühiti və yeni iş yerləri yaratmaq üçün digər sahələrlə yanaşı, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək, sahibkarlıq strukturlarının dövlət köməyi vasitəsilə daha da təkmilləşdirilməsi prioritet vəzifələrdən idi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri­-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasirtipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratmışdır.
Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərmişdir. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradılmışdır. Bu gün Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri­-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidentinin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-cü ildən bəri yaradılan çoxsaylı yeni iş yerləri işsizliyin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur.
Dövlətin əsas sütunlarından birini təşkil edən ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Azərbaycanda mütəşəkkil, güclü və qüdrətli milli ordunun əsasını qoyan ümummilli liderimizin ideyalarını davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunu prioritet sahə kimi müəyyənləşdirmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi birləşmələrin maddi-texniki bazası daha da gücləndirilmiş, ən müasir texnikalar alınmış, milli müdafiə sənayesi formalaşdırılmışdır.
Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Respublikamızın geo­siyasi mövqeyi ilə bağlı tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Bu il sentyabrın 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sekto­runda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini daha da möhkəmləndirir, gələcəkdə karbohidrogen ehtiyatlarının işlənməsi və ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqının istedadı, zəhməti, ulu öndər Heydər Əliyev siyasəti hesabına yaratmışıq. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq”.
Ötən il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendumda xalqımız böyük ruh yüksəkliyi ilə iştirak etmişdir. Bu referendum Azərbaycan xalqının Prezident ­İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəklədiyini, onu özünün şəriksiz lideri kimi gördüyünü bir daha sübut etmişdir.
Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf xətti Naxçıvan Muxtar Respublikasının timsalında əyani şəkildə özünü göstərməkdədir. Heydər Əliyev quruculuq xəttinin muxtar respublikada uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan bu gün öz inkişafının yeni mərhələsini yaşayır.
Dövlət başçısı müntəzəm olaraq Naxçıvan Muxtar Respublikasına səfərə gəlir, elm, təhsil və mədəniyyət, idman, səhiyyə, sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən obyektlərin açılışında iştirak edir. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamlar imzalamış, Naxçıvanın tarixinə dair yeni elmi araşdırmalar aparılmış, milli dəyərlərin inkişafı, tarixi abidələrin qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev qısa müddət ərzində ümumxalq etimadı qazanmışdır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar ölkə rəhbərinin siyasi fəaliyyətinin əsasını təşkil edir. Ölkə Prezidenti­nin Azərbaycanı sürətlə inkişaf edən və beynəlxalq aləmdə nüfuzu durmadan artan dövlətə çevirməsi həm də ulu öndərimizin arzularını reallaşdırmasıdır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4812064
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11169
15275
11169
347124
4812064

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter