23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Oktyabrın 7-də Naxçıvan Mətbuat Şurasının V konfransı keçirilib.

Konfransda Mətbuat Şurasının üzvləri, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar və qocaman jurnalistlər iştirak ediblər.

Konfransa Naxçıvan Mətbuat Şurasının üzvü Elxan Məmmədov sədrlik edib. Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov hesabat məruzəsi ilə çıxış edərək  son beş ildə görülən işlər haqqında danışıb. Qeyd olunub ki, şura Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublika mətbuatının qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsinə nəzarəti gücləndirib. Mətbuatın problemləri araşdırılıb, “Şərq qapısı”, şəhər və rayon qəzetlərində aylıq monitorinqlər davam etdirilib, lazımi tövsiyələr verilib.  Bildirilib ki, Mətbuat Şurasının üzvləri müxtəlif mövzularda keçirilən yaradıcılıq müsabiqələrində fəal iştirak ediblər. Keçirilən müsabiqələrə 200-dən artıq yazı təqdim olunub, 25-dən çox əməkdaş I, II, III yerlərə layiq görülüb, 30 əməkdaş isə həvəsləndirici mükafat alıb. Bununla yanaşı, qəzet redaksiyalarında da seminar-treninqlər keçirilb.

 Hesabat məruzəsi ətrafında müzakirələrdə “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova, “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qənbərov çıxış ediblər.

Sonra konfransda 9 nəfərdən ibarət idarə heyətinin tərkibi seçilib. Naxçıvan Mətbuat Şurasının idarə heyətinin üzvləri Qahirə Hüseynova və Rauf Əliyev Rövşən Hüseynovun yenidən Mətbuat Şurasının sədrliyinə namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və qəbul olunub.  

 Konfransda Naxçıvan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının da yeni tərkibi müəyyənləşib. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. Səbuhi  Həsənov Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək Naxçıvan Mətbuat Şurasının İdarə Heyətinə yeni seçilən üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinə göstərilən qayğı Mətbuat Şurasının fəaliyyəti üçün də geniş imkanlar açır. Jurnalistikanın prinsiplərinə əməl edilməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fıkir və məlumat azadlığına daha geniş imkanların yaradılması şuranın qarşısında duran əsas vəzifələrdir.

Ötən dövr ərzində Mətbuat Şurası bu istiqamətdə fəaliyyətini qurmağa çalışmış, müəyyən tədbirlər, seminarlar, rayonlarda qəzet müzakirələri keçirilmişdir.

Təəssüf ki, bunlar ardıcıl xarakter daşımamışdır. Buna görə də Mətbuat Şurasının yeni seçilən İdarə Heyətiişdə dönüş yaratmalı, Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalı, tədbirlər planı hazırlanaraq icrası təmin edilməlidir.

Mətbuat Şurası muxtar respublikamızda nəşr olunan qəzetlərin fəaliyyətinin yaxşılaşdırılmasını konkret istiqamət kimi götürməlidir. Şuranın üzvləri qəzetlərin monitorinqlərinin aparılmasında yaxından iştirak etməli, redaksiyalarda yaradıcılıq müzakirələri aparılmalı, qəzetlərdə dərc olunan yazılar təhlil olunmalı, buraxılan nöqsanlar araşdırılmalıdır.

Qeyd edilib ki, bu gün mövcud imkanlardan düzgün istifadə olunmur. İstər şura, istərsə də mətbuat orqanları ictimai nəzarətçi kimi öz funksiyasını tələb olunan səviyyədə yerinə yetirmirlər. Qəzet səhifələrində şura üzvlərinin günün mövzusuna aid təhlili məqalələri dərc edilməli, bu yazılar yaradıcılığı nümunə gücündə olmalı, istiqamət verməlidir.

Mətbuat Şurası İdarə Heyətinin iclasları yaxşı hazırlanmalı, muxtar respublika mətbuatının mövcud vəziyyəti ilə bağlı müzakirə və təhlillər aparılmalıdır. Şura kollektiv fəaliyyətin təmin olunması qayğısına qalmalı, qəzet əməkdaşlarının iştirakı ilə müxtəlif mövzularda seminar-treninqlər təşkil olunmalıdır.

Ali Məclis Aparatının rəhbəri qeyd edib ki, yaradıcılıq işi daim axtarış, yenilik və operativlik tələb edir. Lakin muxtar respublikanın bəzi mətbuat orqanları hələ də öz şablon üslublarından uzaqlaşa bilmirlər. Mətbuatda ziyalı sözü, oxucu münasibəti, ictimaiyyətin mövqeyi görünmür. Kənar müəlliflərlə iş zəif qurulub. Təbii ki, bu da qəzetlərin oxunaqlığını xeyli aşağı salır. Mətbuat Şurası idarə heyətinin üzvləri bu sahədə fəaliyyətlərini daha da gücləndirməli, yaradıcılıq müsabiqələri keçirilməli, muxtar respublikanın müasir tarixinin, aparılan genişmiqyaslı quruculuq tədbirlərinin qəzet səhifələrində işıqlandırılmasma geniş yer verilməlidir.  

Mətbuat Şurasının digər yaradıcılıq təşkilatları, xüsusilə Yazıçılar Birliyi ilə əlaqəsi zəifdir. Nə qədər acınacaqlı olsa da, mətbuat muxtar respublika ədəbi mühitindən uzaqlaşıb. Ədəbi nümunələrə qəzet səhifələrində az yer verilir. Halbuki bu əlaqələr nə qədər məhsuldar və sıx olsa, qəzetlərə oxucu marağı da bir o qədər artar. Ona görə də Mətbuat Şurası Yazıçılar Birliyi və digər yaradıcılıq təşkilatları ilə əlaqələri gücləndirməli, sanballı və günün ruhunu tutan ədəbi nümunələrə, şair və yazıçıların publisistik çıxışlarına qəzet səhifələrində geniş yer verilməlidir.

Bir sözlə, qarşıdakı 5 il ərzində Mətbuat Şurasının yeni seçilmiş tərkibi ciddi çalışmalı, Şuranın Nizamnamə tələbləri və buradan irəli gələn vəzifələr yerinə yetirilməlidir.

Kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu vəzifələrdən danışaraq demişdir: “Mətbuat Şurasının işi canlandırılmalı, qəzetlərin monitorinqinin aparılmasına xüsusi fikir verilməli, yerlərdə müzakirələr keçirilməlidir. Şuranın üzvləri mütəmadi olaraq mətbuatda çıxış etməli, onların yazıları nümunə gücünə malik olmalı, gənc jurnalistləri istiqamətləndirməlidir”.

Əli Həsənov muxtar respublika rəhbərinin qarşıya qoyduğu vəzifələrin və verdiyi tapşırıqların icrasında Mətbuat Şurasının üzvlərinə uğurlar arzulayıb.

Gündəlikdə duran məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra Naxçıvan Mətbuat Şurasının V konfransının qərar layihəsi oxunub və qəbul olunub.

Bununla da Naxçıvan Mətbuat Şurasının V konfransı öz işini başa çatdırmışdır. 

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811931
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11036
15275
11036
346991
4811931

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter