23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçı­­­­­­­­­­­­­­ları müstəqil Azərbay­­­­­­can­­­­­­ın qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmət­lə ucalan abidəsi önünə gül dəstələri düzərək ulu öndərin­ xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev ­Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara ­baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 5 oktyabr tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 10 ildə mühüm inkişaf yolu keçib. Muxtar respublikada insan hüquqlarının qorunması, o cümlədən saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir. Penitensiar Xidmət də bu məqsədlə – həm məhkumların reabilitasiyası və cəmiyyətə qovuşmasını asanlaşdırmaq, həm də onların ailələrinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Bu xidmətin yaradılması muxtar respublika əhalisi tərəfindən rəğbətlə qarşılanıb və məhkumların islah olunmasına müsbət təsir göstərib.

Qeyd olunub ki, Penitensiar Xidmət yarandıqdan sonra qısa müddətdə müasirtipli Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi tikilərək istifadəyə verilib, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, islaholma məsələləri, rejimə riayət olunma qaydaları diqqətdə saxlanıb. Xüsusilə məhkumların qidalanması, sağlamlığı və digər təminatları dövlət qayğısı ilə tam əhatə olunub. Nəticədə, cəza hüquq siyasətinin düzgün həyata keçirilməsinə və səmərəli olmasına şərait yaranıb. Bu gün Penitensiar Xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, rejim və davranış qaydalarına əməl edilməsi, qanunsuz əşyaların ötürülməsinin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəal iş aparılır. Həmçinin islah və tərbiyə işinin səmərəli olması, istehsalat sahəsinin genişləndirilməsi və məhkumların saxlanma şəraitinin daha da yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir.
Penitensiar Xidmətin əməkdaşlarının əməyinin qiymətləndirilməsinin də diqqət mərkəzində saxlanıldığını qeyd edən Cəlil Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının bir qrupunun təltif olunması da bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, ədliyyə polkovniki Tofiq Həsənov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə insan hüquqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan Penitensiar Xidmətin təşkili muxtar respublikamızda cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərmiş, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsini təmin etmək məqsədilə yeni penitensiar müəssisələr tikilib istifadəyə verilmişdir. Bu gün məhkumların təminatı, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtlarının təşkili, onlara tibbi yardımın göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin istehsalat binasında 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb. Bu günədək müəssisədə cəza çəkən məhkumlardan 107-si müxtəlif peşələr üzrə sertifikatlarla təmin olunub. Tofiq Həsənov yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlıq edib.
Tədbirdə Penitensiar Xidmətin şöbə rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Xidmət İstintaq Təcridxanasının əməkdaşı, ədliyyə baş leytenantı İlham Yaqubov çıxış ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasında ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilən ədliyyə işçilərinə “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811967
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11072
15275
11072
347027
4811967

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter