23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki “Təbriz” otelində “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda vəkillər üçün ikigünlük təlimlərə başlanılıb.
Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı əsasında, Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları layihəsi çərçivəsində keçirilən tədbiri Avropa Şurası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası təşkil edib.
Təlim başlanmazdan əvvəl Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi Vəfa Rövşənova bildirib ki, vəkillər üçün təşkil edilən təlimə muxtar respublikanın birinci və apellyasiya instansiya məhkəmələrində fəaliyyət göstərən hakimlər və prokurorluq əməkdaşları da dəvət olunub. Bu da mövzu ətrafında müzakirələrin səmərəli aparılmasına imkan yaradacaq. Təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan təminatlar, o cümlədən Avropa Məhkəməsinin müvafiq presedent hüququnun tətbiqi və ölkədaxili qanunvericilik müzakirə olunacaqdır. Bundan başqa, təlim müddətində mövzuya dair bu və ya digər nəzəri-təcrübi fikirlər təhlil ediləcək, təlim iştirakçılarına xüsusi vəsaitlər təqdim olunacaqdır. Əminliklə demək olar ki, iştirakçılar bu təlimdən çox məlumatlar əldə edə biləcəklər.

Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının Sədri Tural Hüseynov son illərdə qanunvericilik sahəsində aparılan islahatlardan danışıb, bu təlimin vəkillərin gələcək fəaliyyətində mühüm rolu olacağını bildirib. Qeyd edilib ki, bu gün muxtar respublika ölkə­mizin nüfuzlu beynəlxalq təşkilatlar qarşısında qəbul etdiyi bütün öhdəliklərin yerinə yetirilməsində iştirak edir. Muxtar respublikanın hüquq institutları da Azərbaycan Respublikasının hüquq institutlarının vahid sistemində bu sahədəki öhdəliklərin yerinə yetirilməsində fəallıq göstərir. Əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edildikdən sonra Vəkillər Kollegiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsi, onlara yüksəkkeyfiyyətli hüquqi yardımın göstərilməsi sahəsində səylə çalışır.
Sonra HELP-in (Hüquqşünaslar üçün insan hüquqlarının tədrisi üzrə Avropa Proqramı) təqdimatı olub. Bu proqramın Azərbaycan vəkilləri üçün əlaqələndiricisi Fərhad Nəcəfov­un təqdimatı zamanı bildirilib ki, proqram Avropa Şurasının üzvü olan ölkələrdə məhkəmə-hüquq sahəsində çalışan peşəkar əməkdaşlar üçün ixtisasartırma vasitəsidir. HELP milli bacarıqlardan istifadə etməklə milli tədris institutları vasitəsilə ümumi tədris proqramı həyata keçirir. Bu çərçivədə təhsil, ailə hüququ, məhkəmə-hüquq, beynəlxalq əməkdaş­lıq, presedent hüquqla bağlı bir sıra distant kurslar təşkil edilir. Kursların sonunda iştirakçılar müəyyən meyarlar üzrə qiymətləndirilir və onlara sertifikatlar təqdim olunur.
Təlimdə “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizələrin qəbuledilənlik meyarları: 6-cı maddənin ümumi hissəsi. Maddənin əhatə dairəsi” mövzusunda təlimçi Şəlalə Quluzadənin təqdimatı olub. Təqdimat zamanı iştirakçıların diqqətinə çatdırılıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən olunmuş hüquqlarının pozulduğunu iddia edən şəxs, təşkilat və şirkətlərdən gələn şikayətlərə baxan beynəlxalq məhkəmədir. Konvensiya bir çox Avropa dövlətlərinin müəyyən əsas hüquqların təmin edilməsi barədə razılığa gəldiyi beynəlxalq müqavilədir. Məhkəmənin hər növ şikayətlərə baxmaq səlahiyyəti yoxdur. Onun səlahiyyətləri Konvensiyada nəzərdə tutulmuş kimin, nə zaman və nə barədə şikayət etmək qabiliyyətini məhdudlaşdıran qəbuledilənlik meyarları ilə müəyyənləşir. Məhkəmə tərəfindən baxılan ərizələrin 90 faizindən çoxu qəbuledilməz elan olunur. Bu səbəbdən məhkəməyə müraciət etmədən öncə şikayətlər qəbuledilənlik tələblərinə müvafiq gəlməlidir.
Tədbirdə təlimçilərdən Nihad Əliyev və Nuranə İbadova tərəfindən “6-cı maddənin ümumi hissəsi: “Mülki hüquq və vəzifələr” və “Cinayət ittihamı” məhkəməyə müraciət hüququ. İşə “ağlabatan müddətdə” baxılması”, “Ədalətli məhkəmə araşdırmasının ümumi tələbləri: Qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə, çəkişmə prinsipi, tərəflərin bərabərliyi”, “Ədalətli məhkəmə araşdırmasının ümumi tələbləri: açıq məhkəmə araşdırması, “Susmaq hüququ və öz əleyhinə ifadə verməmək hüququ, əsaslandırılmış məhkəmə qərarı ” mövzularında təqdimatlar olub, təlim iştirakçılarının sualları cavablandırılıb.
Təlimin birinci gününün sonunda qrup işi – kazusun müzakirəsi aparılıb.
Məlumat üçün bildirək ki, təlimin ikinci günündə təqsirsizlik prezumpsiyası, müdafiə hüquqları – nədə təqsirləndirilmək barədə dərhal məlumatlandırmaq, müdafiənin hazırlanması üçün kifayət qədər vaxt və imkana malik olmaq, şəxsən və ya müdafiəçinin yardımı ilə müdafiə olunmaq, tərcüməçi ilə təmin olunmaq hüququ, şahidlərin dindirilməsi, sübutlar haqqında təqdimatlar olacaq, kazus müzakirə ediləcək. Yekunda isə qazanılan biliklər qiymətləndiriləcək və bu əsasda vəkillərə sertifikatlar təqdim ediləcəkdir.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811914
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11019
15275
11019
346974
4811914

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter