23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir. Məhz bu tarixdən Azərbaycanda özbaşınalığa, anarxiyaya, xaosa son qoyulmuş, ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmizin müstəqilliyi möhkəmləndirilmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasından sonra ölkədə hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin olunması və nəhayət, Azərbaycanın parçalanmaqdan xilası həllini gözləyən ən mühüm vəzifələr idi. Daxili və xarici siyasətdəki uğursuzluqlar nəticəsində ölkənin müxtəlif bölgələrində separatçı qüvvələr baş qaldırmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Həmin dövrdə ulu öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbər­lik edir, burada müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atırdı. Belə ki, l990-cı il iyulun 22-də ümummilli lideri­mizin Naxçıvana gəlişi xalqın böyük sevincinə səbəb olmuşdu. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdır. Naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində ulu öndəri özlərinə rəhbər seçmişdilər. Görkəmli dövlət xadimi Heydər Əliyev isə Naxçıvanı təhlükələrdən qorumuş, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə nail olmuşdur.

Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. Bu dövrdə görkəm­li dövlət xadiminin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də qədim Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsidir. Naxçıvanda dövlətçiliyin, müstəqilliyin qorunub saxlanılması sahəsində tədbirlərin həyata keçirildiyi dövrdə bunun əksinə olaraq ölkəmizin digər bölgələri faktiki vətəndaş müharibəsinin astanasında idi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan cana doymuş xalq ölkənin xilasını dahi rəhbər Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Azərbaycanı müstəqilliyə hazırlayan ulu öndərimiz bu yolda xalqın birliyini əsas götürərək deyirdi: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”.
15 iyun 1993-cü ildə Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan ulu öndər ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas etdi. Ümummilli lider zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkənin dünya birliyinin müstəqil subyekti olmaq hüququnu özünə qaytardı. Dahi rəhbərimizin qətiyyəti sayəsində Azərbaycan dinamik inkişaf yoluna çıxdı. Ölkə məhv olmaqdan xilas edildi, müstəqilliyimiz qorundu, iqtisadiyyat gücləndirildi, torpaqlarımızın işğalının qarşısı alındı. 1991-ci il oktyabrın 18-dən 1993-cü il iyunun 15-nə qədər yaşadığımız ağır və məhrumiyyətlə dolu günlərin arxada qalacağına böyük inam və ümid yarandı. Məhz bu inam və ümidlərlə Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü deməyi bacardı. Həmin seçkilər, sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran ağır sınaq idi. Xalq bu sınaqdan da üzüağ çıxdı. Xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan bu seçkidə ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır.
Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndərimiz 1993-cü ilin 10 ok­tyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Bəli, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə qazandığı istənilən uğur barədə söz açan xarici ekspertlər, ilk növbədə, ulu öndər Heydər Əliyevin adını çəkir, bugünkü Azərbaycanın məhz onun əsəri olduğunu söyləyirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır”.
Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəs əldə edildi, torpaqlarımızın işğalının qarşısı alındı, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Ölkə daxilində yaranmış sabitliyin, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inamın nəticəsi olaraq 1994-cü ilin sen­tyabrında “Əsrin müqaviləsi” imzalandı. Bununla da, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının əsası qoyuldu.
Dahi şəxsiyyət Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi. Xalqımızın böyük oğlunun uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xid­mət edən qanunvericilik bazası yaradıldı, demokratik cəmiyyət formalaşdırıldı.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də, qeyd etdiyimiz kimi, ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunması idi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın əsası qoyuldu. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrinin təşəbbüsçüsünə və əsas icraçısına çevrildi. Bu ilin sentyabrında “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması isə Azərbaycan iqtisadiyyatının gələcək inkişafının qarantı olaraq, yaxın tariximizə önəmli hadisə kimi həkk olundu.
Xalqımızın rifahına, təhlükəsizliyinə və gələcək inkişafına töhfələrini verən Heydər Əliyev siyasəti Azərbaycanın regionda müstəqil siyasət yürüdən lider dövlət kimi möhkəmlənməsinin əsasını qoymuşdur. Əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu söz sahibinə çevrilmişdir. Dünya ölkələrinin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inki­­şaf edən müstəqil Azərbaycan Respublikası ulu öndərimizin əzmkar­lıq, uzaqgörənlik və əsl və­təndaşlıq mövqeyinin nəticəsi kimi xalqımızın fəxr mənbəyinə çevrilmişdir.
Görkəmli dövlət xadiminin inkişaf strategiyasının reallaşdırılması Naxçıvanı da çiçəklənən diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası hazırda ulu öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir, yenidən qurulur. Son illər muxtar respublikanın keçdiyi inkişaf yolu dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına sədaqətin təcəssümüdür. Naxçıvan Muxtar Respublikası inkişaf dinamikasına görə öncül mövqedədir. Bu gün muxtar respublikada inkişafdan kənarda qalan sahə yoxdur. Bütün infra­struktur yeniləşdirilmiş, xüsusi zövqlə, diqqət və qayğı ilə yenidən qurulmuş, müasir tələblər səviyyəsinə çatdırılmışdır. Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri, eləcə də digər şəhər, qəsəbə və kəndlərimiz yeniləşmə və inkişaf dövrünü yaşayır. Hərtərəfli və dinamik inkişafın real təzahürləri hər addımda göz oxşayır.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızı həqiqi müstəqilliyə, Azərbaycan dövlətini isə inkişaf və tərəqqiyə qovuşdurdu. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin yeganə təminatı ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir”.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811952
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11057
15275
11057
347012
4811952

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter