23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mühüm əhəmiyyəti ilə seçilən “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalandı. Sərəncamın mətnində Naxçıvanda belə bir muzeyin yaradılması zərurətini şərtləndirən amillər ardıcıllıqla sadalanır, eyni zamanda duz mədənçiliyi ilə bağlı faktların tarixiliyi önə çəkilir. Belə bir mühüm dövlət sənədinin imzalanması həm də digər maraqlı tərəfləri ilə diqqət çəkir.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan müasir Naxçıvan Muxtar Respublikasının ərazisi Şərqin ən qədim tarixə və mədəniyyətə malik bölgələrindəndir. Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.
Faktın mükəmməlliyi ondadır ki, Naxçıvanla bağlı bütün yazılı mənbələrdə və səyyahların xatirələrində bu qədim diyarın adı hər hansı bir bölgə və ya ərazi kimi məchul deyil, bəzi fonetik dəyişikliklər istisna edilməklə, olduğu kimi yazılmasıdır. Yəni sözün kökündə Nuhla bağlılıq inkarolunmazdır. Sərəncamda adıçəkilən rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunmuş “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasının, şəhər əhalisinə duz çıxartmağı öyrətməsinin qeyd edilməsi isə Naxçıvanda duz mədənçiliyinin minilliklərlə yaşı olduğunu üzə çıxarır. Elə Naxçıvanla bağlı son illərdə aparılmış tədqiqatlarda, nəşr olunmuş elmi mənbələrdə gəlinən ortaq fikir də bundan ibarətdir ki, buradakı şəhər mədəniyyətinin əsasını duzçıxarma, duz mədənçiliyi təşkil edib.

Eneolit dövrünə gedib çıxan bu mədəniyyətin izi, eləcə də arxeoloji tədqiqatlar zamanı ərazidən tapılmış müxtəlif məmulatlar isə belə bir məsuliyyətli fikri səsləndirməyə imkan verir ki, bəşər tarixində duzdan qida elementi kimi ilk dəfə burada istifadə olunub. Bu faktın dəqiqliyini gücləndirən amil də bəşəriyyətin ikinci dəfə yaranışının və təbii ki, duzla tanışlığın Naxçıvandan başlanmasıdır. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, Duzdağ Naxçıvanın qədim tarixi və mədəni potensialını özündə cəmləşdirən əvəzsiz məkandır.
Məsələnin digər maraqlı tərəfi bundan ibarətdir ki, son illərdə muxtar respublikaya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi ünvanlardan biri Duzdağdır. Hətta muxtar respublikaya müalicə səbəbi olmadan belə, yolu düşənlərin əksəriyyəti Duzdağ mağaralarını görmək istəyir. Çünki analoji obyektə fərqli istisnalar olsa belə, dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Hazırda mağaraların daxil olduğu Fizioterapiya Mərkəzi isə Duzdağın tarixi əhəmiyyətini, Duzdağ mədəniyyətini turistlərə incəliklərinə qədər çatdırmaqda yetərli deyil. Çünki buradakı təqdimat ən çox müalicəvi baxımından qənaətbəxş sayıla bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılacaq Naxçıvan Duz Muzeyi isə belə əsrarəngiz bir abidənin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayacaq. Muzeydə Naxçıvanın duz mədəniyyəti ilə bağlı tarixi mənbələrdəki faktları, qədim dövrlərdən müasir günümüzədək duzun çıxarılması texnologiyasını, əsrlər boyu müxtəlif nəqliyyat vasitələri ilə digər ölkələrə daşınmasını, həmçinin buradakı duz yataqlarının yayılma coğrafiyasını, potensial ehtiyatını, duzun tərkibi və kimyəvi xüsusiyyətlərini əhatə edən məlumat stendlərinin təqdimatı, duzdan hazır­lanmış suvenirlərin satışının təşkili turizm marketinqi baxımından əvəz­olunmaz imkanlar ortaya qoyur. Eyni zamanda bu cür imkanlar muxtar respublikaya turist axınını daha da gücləndirəcək.
Hazırkı dövrdə bir bölgənin təqdimat və tanıtım metodu kimi muzeylər müstəsna əhəmiyyətə malikdir. Əvvəlki yazılarımızda da bu fikri bir neçə dəfə xatırlatmışıq ki, Naxçıvanın tarixi abidələri, təbiəti, faydalı qazıntıları bizim rasional dəyərlərimizdir. Bu dəyərlər isə turizmin bütün kütlələrinə xitab etmək gücündə olmur. Müasir marketinq belə dəyərləri emosional dəyərlərə çevirmək üzərində qurulur. Yəni obyektə baxdıqda emosiya, həyəcan, maraq ön plana keçsin. Dolayısı ilə turistlərin düşüncəsi ilə obyekt arasındakı assosiasiya tamamlanmış olsun. Məhz buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Duz Muzeyinin yaradılması haqqında Sərəncamı Naxçıvanın təbliği baxımından böyük əhəmiyyətə malikdir. İnanırıq ki, belə bir muzeyin yaradılması onu nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında unikal ünvanlardan birinə çevirəcək.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319701
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4285
18695
59275
367907
5319701

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter