23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən tədbiri nazir Famil Seyidov açaraq məruzə edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Bu məqsədlə muxtar respublikada daxili bazarın qorunması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, soyuducu anbar və istixanalardan səmərəli istifadə etməklə əhalinin tələbatının tam ödənilməsinə nail olunması istiqamətində icra planı hazırlanıb.
Qeyd edilib ki, mövsümə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması istiqamətində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə birgə soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, tələbatdan artıq istehsal olunan meyvə və tərəvəz məhsullarının anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib.

İlk növbədə, anbarlarda cari təmir və avadanlıqlara texniki baxış aparılıb. Hazırda soyuducu anbarlar tərəfindən kartof və soğan 35-40, alma isə 70-80 qəpiyə tədarük edilir.
Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda yanacaq və taxıl anbarları istisna olmaqla, soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 18 min ton olan anbar yaradılıb.
Vurğulanıb ki, əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 127 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir.
Muxtar respublika ərazisində ötən müddət ərzində istixana komplekslərində 509 ton tərəvəz məhsulları istehsal edilərək satışı həyata keçirilib.
Daxili bazarda süni qiymət artımının və razılaşdırılmamış qiymətlərin tətbiqinin qarşısının alınması istiqamətində muxtar respublikanın şəhər, rayon və kəndlərində fəaliyyət göstərən ticarət obyektlərində mütəmadi olaraq monitorinqlər ke­çirilib, satışa çıxarılan məhsulların üzərinə qiymət yarlıqlarının vurulması təmin edilib, satışda olan əsas istehlak mallarının qiymətləri nəzərdə saxlanılıb.
Payız-qış mövsümünə hazırlıq məqsədilə dövlət müəssisə və təşkilatlarının keyfiyyətli ərzaq məhsulları ilə təminatı diqqət mərkəzində saxlanılıb. Hazırda “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarlarında 65 min manat dəyərində ərzaq məhsulları mövcuddur.
Bundan əlavə, meyvə-tərəvəz istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə cəmiyyət tərəfindən meyvə qurutma və cem istehsalı sahələrinin yaradılmasına başlanılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov yekun vurub.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4347868
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3490
17506
82425
336232
4347868

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter